Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Aİ-nin genişlənməsi geosiyasi zərurətdir və region Rusiya, Türkiyə və ya Çinin təsirinə buraxılmamalıdır.
Hamburqda keçirilən "Die Zeit" qəzetinin 80 illik yubiley tədbirində çıxış edən fon der Leyen Aİ-nin genişlənməsini dəstəklədiyini vurğulayaraq bildirib: "Avropa qitəsinin Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməməsi üçün onu tamamlamağa müvəffəq olmalıyıq. Daha böyük və daha geosiyasi düşünməliyik".
Leyen, Avropanın indiyə qədər Rusiyadan ucuz enerji, Çindən ucuz işçi qüvvəsi və ABŞ-dan təhlükəsizlik dəstəyinə əsaslanan model izlədiyini, lakin bu dövrün artıq geridə qaldığını bildirib.
Tahir TAĞIYEV