şənbə günü, 26 sentyabr 2026
     

Lukaşenko Trampı ələ salmağa başlayıb...

Image


Məhəmməd Əsədullazadə: "Lukaşenko vəziyyəti bilərəkdən gərginləşdirməyə çalışır"

Belarus prezidenti Aleksadr Lukaşenko ABŞ ilə razılaşmaya açıq olduğunu, lakin görüşün "vassal-imperator" formatında baş tutmayacağını bildirib. Lukaşenko Zelenskini hədəf alaraq deyib ki, o, Trampın yanına pul-silah istəməyə getməyəcək. Vaşinqtona mesajı isə sadədir: "Bərabər şərtlərlə masaya oturaq".

Lukaşenkonun Trampa münasibətdə nümayiş etdirdiyi bu açıq və saymazyana üslub ilk baxışda təəccüblü görünə bilər. Lakin dərindən düşündükdə bunun arxasında ciddi siyasi hesablamalar dayandığı aydın olur.

Hər şeydən əvvəl, Lukaşenko artıq itirəcəyi çox şeyi olmayan bir liderdir. 2020-ci ildəki mübahisəli seçkilərdən sonra Qərb onu legitim prezident kimi tanımaqdan imtina etdi, üzərinə ağır sanksiyalar qoyuldu və beynəlxalq arenada demək olar ki, tam təcrid olundu. Paradoksal görünsə də, məhz bu təcrid ona müəyyən bir söz azadlığı verdi. Qərbin rəyindən, beynəlxalq reytinqlərdən və diplomatik nəzakət qaydalarından artıq asılı olmadığı üçün sözlərini ölçüb-biçməyə ehtiyac duymur. İtirəcəyi nüfuz artıq itirilib, buna görə də danışıq tərzi daha sərbəst, daha kəskin olur.

İkincisi və bəlkə də ən əsas amil arxasında Rusiyanın durmasıdır. 2020-ci ildə xalq kütlələri küçəyə çıxanda hakimiyyəti əlindən gedə biləcəyini hiss edən Lukaşenko Moskvaya sığındı və o gündən etibarən iki ölkə arasındakı asılılıq dramatik şəkildə dərinləşdi. Moskvanın hərbi, siyasi və iqtisadi dəstəyi olmadan Lukaşenko hakimiyyətdə bir gün belə qala bilməzdi. Bu dəstək ona Qərblə, o cümlədən ABŞ-la danışarkən bir növ "arxaya söykənmə" imkanı yaradır. Rusiya ilə olan ittifaq onu qoruyur, o isə bu qalxandan istifadə edərək, bəlkə də Kremilə xoş getsin dəyə Vaşinqtona qarşı iddialı bir dil işlədir.

Üçüncüsü, bu cür çıxışlar yalnız xarici auditoriyaya deyil, eyni zamanda daxili auditoriyaya da hesablanır. Lukaşenko öz xalqına, eləcə də postsovet məkanındakı müşahidəçilərə "mən böyük güclərin qarşısında baş əyməyən, öz mövqeyini qoruyan bir liderəm" mesajı verir. Bu, xüsusilə Qərbə qarşı şübhə ilə yanaşan, sovet nostaljisinə malik seçici kütlə üçün güclü bir siyasi kapital rolunu oynayır. Trampla bərabər şərtlərdən danışmaq, Zelenskini isə pul və silah diləyən biri kimi təsvir etmək, bu müqayisə daxili auditoriyada Lukaşenkonu güclü, Zelenskini isə aciz göstərən bir obrazdır.

Dördüncüsü, hazırki beynəlxalq mühit Lukaşenkoya belə bir çıxış üçün əlverişli şərait yaratdı. ABŞ-ın Ukrayna müharibəsindəki mövqeyinin dəyişməsi, Trampın Avropa müttəfiqləri ilə artan gərginliyi, İran böhranı və bir sıra digər regional problemlər Vaşinqtonun diqqətini tam mənada başqa istiqamətlərə yönəltdi. Belarus bu anda ABŞ üçün prioritet deyil. Lukaşenko da məhz bu boşluqdan bacarıqla istifadə edir - diqqət kənarındakı bir lider kimi daha rahat danışa bilir, çünki ciddi bir cavab gəlmə ehtimalı azdır.

Bütün bunları birlikdə dəyərləndirdikdə aydın olur ki, Lukaşenkonun "cəsarəti" əslində kortəbii deyil. Bu, tamamilə hesablanmış, çoxqatlı bir ritorik strategiyadır. O, bir tərəfdən Rusiya dayağına söykənir, digər tərəfdən Qərbin sanksiyaları ilə artıq tam izolyasiyaya düşmüş bir lider kimi əlavə itirəcəyi bir şey olmadığını bilir. Üstəlik daxili legitimlik problemi yaşayan bir lider üçün bu cür sərt xarici çıxışlar əvəzsiz bir kompensasiya vasitəsidir. Bu xaricdə güclü görünmək, içəridə zəif mövqeyi örtmək üçün klassik bir üsuldur.

Nəticə etibarilə Lukaşenkonun Trampa söylədiyi sözlər nə qədər cəsarətli görünsə də, arxasında güc deyil, məhz gücsüzlüyün doğurduğu bir azadlıq dayanır. İtirəcəyi az olanın dili həmişə daha kəskin olur.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, son aylar ərzində ABŞ və Belarus arasında müəyyən ciddi dinamika var və tərəflər arasında münasibətlərin normallaşması, müqavilələrin bağlanması istiqamətində Vaşinqton səylər göstərir. Siyasi şərhçinin fikrincə, Lukaşenko Vaşinqtonun bu istəyindən çıxış edərək öz şərtlərini irəli sürür: "O, hesab edir ki, ABŞ-la bərabərhüquqlu razılaşmalar əldə etməlidir. Çünki Donald Tramp bir çox hallarda qarşı tərəfə yalnız öz şərtlərini diktə edir, özünü üstün tərəf kimi aparır. Ona görə də Belarus prezidenti qabaqdangəlmə taktikasına əl atır.

Həm də görünür, İranla bağlı ABŞ-ın siyasətinin müsbət olmadığı Lukaşenkonu müəyyən qədər cəsarətləndirir."

Ekspertin fikrincə, Zelenski məsələsinə gəldikdə isə Belarus prezidentinin son həftələrdə Ukrayna lideri barədə kəskin ritorikası diqqət çəkir: "Müəyyən kəşfiyyat məlumatlarına görə, yaxın zamanlarda Belarus ərazisindən Ukraynaya qarşı yeni bir cəbhə açıla bilər. Ona görə də Lukaşenko vəziyyəti bilərəkdən gərginləşdirməyə çalışır.

Hesab edirəm ki, Belarus ilə Amerika arasında münasibətlərin tezliklə normallaşacağı mümkün görünmür. Bu proses çətinliklə inkişaf edə bilər. Çünki Rusiyanın Belarusa çox ciddi təzyiqləri var. Lukaşenkonun dedikləri isə Vaşinqton tərəfindən o qədər də ciddiyə alınmır."

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ