ABŞ və İran arasında gərginlik danışıqlardan masasından sosial media daşınıb. ABŞ prezidenti Donald Trampın İranda edam gözləyən səkkiz qadına "mərhəmət" çağırışı Tehran administrasiyası tərəfindən "saxta xəbər" kimi rədd edilib.
Tramp sosial media vasitəsilə Tehrana müraciət edərək bir fəalın iddiasını paylaşıb. Edam gözləyən səkkiz qadının şəkillərini paylaşan Tramp, onların azad edilməsinin İslamabadda planlaşdırılan sülh danışıqları üçün "yaxşı başlanğıc" və İranın xeyrinə atılan bir addım olacağını iddia edib.
İran məhkəmə sisteminin rəsmi nəşri olan Mizan Online vasitəsilə yayımlanan açıqlamada Trampın bir daha dezinformasiya ilə məşğul olduğu bildirilib.
"Tramp bir daha saxta xəbərlə aldadılıb. Edam cəzası ilə üzləşdiyi iddia edilən bəzi qadınlar artıq azadlığa buraxılıb. Digərlərinin isə məhkəmələri davam edir və hətta məhkum edilsələr belə, alacaqları ən ağır cəza həbs cəzası olavaq" – deyə İran məhkəməsinin açıqlamasında bildirilir.
Tahir TAĞIYEV