Tehran və Vaşinqton arasındakı böhran daha da şiddətlənir. ABŞ Fars körfəzi və Oman körfəzindəki İran limanlarına daxil olan və ya çıxan gəmilərin blokadasını davam etdirərkən, İran tərəfindən diqqət çəkən bir açıqlama gəlib.
Atəşkəsin bitməsinə saatlar qalmış İran ordusu, ABŞ hərbi blokadasına baxmayaraq, İran bayrağı altında üzən neft tankerinin İran ərazi sularına daxil ola bildiyini açıqlayıb.
"ABŞ ordusunun xəbərdarlıqlarına və təhdidlərinə baxmayaraq, İranın "Sili City" neft tankeri gecə İran donanmasının əməliyyat dəstəyi ilə Oman körfəzindən təhlükəsiz şəkildə keçərək İran ərazi sularına daxil olub" - deyə İran ordusunun yazılı açıqlamasında bildirilir.
Neft tankerinin İranın cənub limanlarından birinə lövbər saldığı bildirilib.
İranın açıqlamalarından sonra ABŞ prezidenti Truth Social sosial media platformasında bir cümləlik paylaşım edib.Paylaşımda deyilir: "İran atəşkəsi dəfələrlə pozub".
Tahir TAĞIYEV