şənbə günü, 26 sentyabr 2026
     

Lütfkar qadın

Image


Yaxşılıq etmək, kiməsə təmənnasız köməklik göstərmək, hətta ona əlindən gələni əsirgəməmək hamıya xas deyil. Bu kimi yaxşılıqlar fərqli, bir qism insana məxsusdur; Allah bu lütfü insan saydıqlarına verir...

Bizim Lətifə xanım da məhz belə insanlardandır... Lətifə Məmmədovadan bəhs edirəm, o Lətifə Məmmədovadan ki, insanlıq onun həyat kredosudur; tanıdı, tanımadı, ünvanına müraciət edənləri xoş çöhrə ilə qarşılayar, qəti pərişan etməz, mümkün qədər razı salar.

Səmimi deyim, Lətifə Məmmədova sözün əsl mənasında insandır... Onu lap çoxdan tanıyıram. İllər əvvəl Respublika Xatirə Kitabı bizi həm tanış etdi, həm də mənim Lətifə xanımı yaxından tanımağıma vəsilə oldu.

Bu, necə oldu? Düz on il əvvəl-onda Respublika Xatirə Kitabı Redaksiyası Azərbaycan Milli Ensiklopediyasının tərkibində fəaliyyət göstərirdi, məlum olmayan səbəblərdən redaksiyamız AMEA-nın strukturundan kənarlaşdırıldı və o vaxt biz bir neçə Nazirliyə, o cümlədən Mədəniyyət Nazirliyinə müraciət etdik. Bizə yalnız Mədəniyyət Nazirliyindən müsbət cavab gəldi...

Sonralar Lətifə xanım dedi ki, Respublika Xatirə Kitabının mahiyyəti barədə nazirə məruzə etmişdim...

Lətifə xanım cənab nazirə məruzə etməklə, əslində, redaksiyamıza, xüsusilə bizə böyük bir xeyirxahlıq etmiş oldu...

Nə vaxt Lətifə xanımdan söz düşürsə, mən bu epizodu məxsusi olaraq vurğulayıram. Bir insana əl tutmaq, ondan köməyini əsirgəməmək insanın insana sevgisidir və bu, bütövlükdə bir Allah lütfüdür. Belə bir lütfü necə yaddan çıxarmaq olar?

Lətifə xanımla tez-tez görüşüb zəngləşməsək də, aramızdakı doğma münasibət qorunur. Hesab edirəm ki, aradakı uzaqlıq bizi o qədər də uzaq məsafələrdə tutmur, çünki ən azından tez-tez bir-birimizi xatırlayırıq.

Lətifə xanım hazırda Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktorudur, çox bacarıqlı kadr, fərqli təşkilatçı, ən əsası, dediyim kimi, həqiqi insandır. Onunla hətta uzaqdan uzağa doğma olmağın öz fərqli təsirləri var. O, hər gün ən azı iki-üç dəfə xatırladığım, ləyaqətinə, insana sevgisinə heyran qaldığım səmimi dost, mehriban tərəfdaşdır.

Lətifə xanımın insan çöhrəsi öz rəngindədir, başqa rəng çaları ilə qarışmaz. Onun insan çöhrəsinin rəngi, mən deyərdim, bəlkə də elə sevgi rəngidir. Çünki onun ürəyi ilə düşüncəsi məhz bu anlamdadır.

Lətifə xanımın insan çöhrəsində təzahür edən kübarlıq, həlimlik bəlli ki, bir az özünün həyatla münasibətindən irəli gəlirsə, daha çox gendən gəlir. O, ali keyfiyyətlər arzusu ilə yaşayan qadın olmayıb, Allah ona qəlb aynasının təmizliyi səbəbindən bu keyfiyyətləri nəsib edib. Zənnimcə, Lətifə xanım başqasının dərdini öz dərdi sanır, ağlayanın halına acıyır, yeri gəldikdə dərdinə əlac edir, sülhpərvərdir və s. Bütün bunlar da elə əsl kübarlıqdır.

Aramızdan qatar tələskənliyi ilə ötüb keçən illər Lətifə xanımı ömrünün 65-ci mərtəbəsinə çatdırıb. Adamın inanmağı gəlmir ki, həyatını yaxşılıqlara sərf etmiş bu dəyərli, eleqant insanın 65 yaşı olur.

65 yaş müdrikliyin göstəricisidir. Bu yaşda da Lətifə xanım çox möhtəşəm görünür. O, bu çağında da əvvəlki qətiyyətini saxlayıb, bunu qarşıdakı yubileylərə də aparmaq niyyətindədir...

Səni ürəkdən təbrik edirəm, əziz Lətifə xanım. 65-in mübarək! Gün gəlsin, 70, 75, 80, 85 yaşını da belə duru və qaynar sevgi ilə təbrik edim!

Ömür boz kahadı - zülmət yığını,

Siz də bir işıqsız, camalınız xoş.

Yenə eyni ruhda, havadasınız,

Yenə də işiniz, amalınız xoş.

Könül rübabınız neçə xətti ki?

Sanıram, Allahı anmısız elə...

Su qədər ağrınız, acınız olub,

Siz doğma, yad üçün yanmısız elə.

Ömür qatarına əl edən qadın

Qayğı olan yerdə çağlamaq çətin.

Eşq ürək ovutmur, iz salır elə,

Yetmiş qapı açıb bağlamaq çətin.

İrəli şütüyür illər saattək,

Yenə sevgi adlı çəpərdə qalın...

Hələ açılası qapılar çoxdur,

Həminki ovqatda, təpərdə qalın.

Söz kimi qətidi andınız, bəlli.

...Söz həyat mülkündə ləliydi, adam.

Mən gülə heç zaman gül vermədim ki,

Sonra deməsinlər: dəliydi adam...

Mən ovçu deyiləm tüfəngim olsun,

...Qışın oğlan çağı tələm sevinər.

Bu şeir Allahın söz çələngidi, -

Məndən qəbul etsəz, qələm sevinər.

Məndən qəbul etsəz,

Lətifə xanım həm sözüm,

Həm də ki, qələm sevinər.

Nəzakət Məmmədova

Respublika Xatirə Kitabı

Redaksiyasının Baş redaktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ