Macarıstanda bazar günü keçirilən seçkilərdə Viktor Orban üzərində qələbə qazanan Peter Madyar hakimiyyətin sürətli şəkildə ötürülməsini təmin etmək üçün Macarıstan prezidenti Tamaş Şuyokla görüşüb.
Görüşdən sonra jurnalistlərlə söhbətində Madyar Şuyokun yeni perlamentin ilk sessiyasının çağırılmasını sürətləndirmək üçün əlindən gələni etməyə razı olduğunu bildirib. O, rəsmi seçki nəticələrinin 4 mayda hazır olacağını və Madyarın “Tisza” partiyasının yerlərin üçdə ikisini tutacağı yeni parlamentin 6 və ya 7 mayda toplana biləcəyini qeyd edib.
"Prezident mənə bildirdi ki, yeni parlamentin ilk iclasında məndən baş nazir olmağımı və hökumət qurmağımı - ən çox səs toplayan partiyanın lideri kimi - xahiş edəcək", - deyə Madyar bildirib.
Madyar həmçinin bildirib ki, görüş zamanı prezident Şuyokdan istefa verməsini istəyib və o da təklifi nəzərdən keçirəcyini bildirib. "Mən ona bir daha dedim ki, mənim və macar xalqının fikrincə, o, macar millətinin birliyini təmsil etməyə layiq deyil və qanunu dəstəkləmək iqtidarında deyil", - deyə Madyar bildirib.
Bu arada Macarıstanın növbəti baş naziri olacağı gözlənilən Madyar 18 aydan sonra ilk dəfə dövlət radio və televiziyasına çıxaraq, təbliğatda günahlandırdığı dövlət mediasının yayımını dayandıracağına söz verib.
O, əvvəllər demişdi ki, Macarıstan mediasının 70-80%-i Orbanın müttəfiqləri tərəfindən idarə olunur və onlar hər gün ona və partiyasına qarşı yüzlərlə yalan ittiham dərc edir, eyni zamanda onun dövlət televiziyasında çıxış etməsinə heç vaxt icazə vermirdilər.
Tahir TAĞIYEV