şənbə günü, 26 sentyabr 2026
     

Moskva nəhayət Bakı ilə razılaşdı...

Image


Azərbaycanın qətiyyəti və konkret addımları “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus məlum təyyarə qəzası ilə bağlı artıq öz nəticələrini verdi. Bakı beynəlxalq hüquqa uyğun irəli sürdüyü tələblərə nail oldu. Belə ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 2025-ci il oktyabrın 9-da keçirilən görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirliklərinin birgə bəyanatında bu xüsusda bildirilir: “Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”. Rus hərbi analitik İqor Korotçenko “Vestnik Kavkaza”ya aşıqlamasında qeyd edilənlər fonunda bildirir ki, Rusiya və Azərbaycanın Xarici İşlər nazirliklərinin birgə bəyanatı iki ölkə arasında siyasi münasibətlərin tam normallaşdığını göstərir. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar əvvəllər ikitərəfli münasibətlərə kölgə salan bütün məsələlərin tənzimləndiyini göstərir. Ekspert vurğulayıb ki, bu prosesdə prezidentlər Vladimir Putin və İlham Əliyevin siyasi iradələri əsas rol oynayıb. Bunun sayəsində bütün əsas problemli məsələlər həll edilib, qalan məsələlər isə yaxın vaxtlarda tənzimlənə bilər: “Bilirdik ki, iki ölkə arasında münasibətləri pozmağa çalışanlar, yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərənlər və Rusiya ilə Azərbaycanın maraqlarına uyğun olmayan məqsədlərlə hərəkət edənlər çox idi. Onların cəhdləri uğursuz oldu. Bu gün əminik ki, problemli məqamlar keçmişdə qalıb və biz ölkələrimiz arasında münasibətlərdə həmişə mövcud olmuş dostluq formatına qayıtmışıq”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub. 2025-ci ilin 9 oktyabrında Tacikistanın Düşənbə şəhərində keçirilən İlham Əliyev-Vladimir Putin görüşündə Rusiya prezidenti ilk dəfə bunu açıq etiraf edib.

Putin bildirib ki, iki raket Ukrayna pilotsuz uçan aparatlarına (PUA) qarşı atılıb, texniki nasazlıq səbəbindən təyyarəyə təxminən 10 metr məsafədə partlayıb və qırıntılar zədəyə səbəb olub. Rusiya tərəfi üzr istəyib və “kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq” vədini verib. Bu görüş Azərbaycan üçün diplomatik irəliləyiş kimi qəbul olunub. Elə həmin ərəfədə Rusiya XİN bildirirdi ki, “AlfaStrakhovanie” artıq AZAL-a təyyarənin sığorta dəyəri üzrə 1,003 milyard rubl, zərərçəkənlərə və həlak olanların ailələrinə isə ümumilikdə 358,4 milyon rubl həcmində ödəniş edib. Bakı isə buna dərhal etiraz edərək bildirib ki, bunlar sığorta müqaviləsindən irəli gələn ödənişlərdir, Rusiya dövlətindən tələb olunan kompensasiya ilə eyniləşdirilə bilməz. Moskva əvvəl bun aetiraz etsə də, sonda Bakının mövqeyini qəbul edib. Ümumiyyətlə, Azərbaycan təyyarəsinin Qroznı yaxınlığında qəzaya uğradığı andan etibarən bu məsələ dövlətimiz və xalqımız üçün son dərəcə prinsipial mövqedə qərarlaşdı. Baş verən qəza ilə bağlı prezident İlham Əliyev siyasi iradə, strateji baxış ortaya qoydu. Proseslə bağlı ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasına xüsusi həssaslıqla yanaşıldı. Ötən dövr ərzində Azərbaycan dövləti zərərçəkmiş insanları da diqqətdə saxladı. Bütün bunların nəticəsi olaraq bir daha təsdiqləndi ki, ədalətin bərpası, hüququn aliliyi, habelə vətəndaşlarımızın müdafiəsi Azərbaycan dövləti üçün hər zaman prioritetdir. Buna da uğurla nail olundu. Milli Məclisin deputatı Mehriban Vəliyeva qeyd edir ki, Azərbaycan və Rusiya prezidentləri arasında Düşənbə şəhərində əldə olunmuş razılaşma fonunda AZAL-a məxsus təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli həm regional diplomatiyanın, həm də dövlət məsuliyyətinin mühüm nümunəsi kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, bu proses bir daha göstərdi ki, ən mürəkkəb və həssas məsələlər belə siyasi iradə, qarşılıqlı hörmət və davamlı dialoq əsasında həllini tapa bilər: "Azərbaycan tərəfi hadisənin ilk anlarından etibarən prinsipial və dəyişməz mövqe sərgiləyərək məsələnin yalnız hüquqi deyil, həm də ədalət və şəffaflıq prinsipləri çərçivəsində araşdırılmasını əsas prioritet kimi müəyyənləşdirdi. Bu yanaşma dövlətin milli maraqlarının qorunması ilə yanaşı, vətəndaş amilinin də daim diqqət mərkəzində saxlanıldığını açıq şəkildə nümayiş etdirdi. Xüsusilə vurğulanmalıdır ki, bu nəticənin əldə olunmasında prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, strateji baxışı və prosesə birbaşa nəzarəti həlledici rol oynayıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq məsuliyyətin dəqiq müəyyən olunması, təqsirli tərəfin cavabdehliyə cəlb edilməsi və zərərçəkmişlərə adekvat kompensasiyanın ödənilməsi istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirib". Deputat qeyd edib ki, qəza ilə bağlı məsələlərin obyektiv araşdırılması, ictimaiyyətə açıq məlumatlandırma və şəffaflığın təmin edilməsi Azərbaycanın hüquqi dövlət kimi mövqeyini daha da gücləndirdi: "Qəbul olunmuş kompensasiya mexanizmi isə təkcə hüquqi məsuliyyətin yerinə yetirilməsi deyil, eyni zamanda insan həyatına verilən yüksək dəyərin ifadəsi kimi çıxış edir. Bu hadisə fonunda Azərbaycan dövləti bir daha sübut etdi ki, öz vətəndaşlarının hüquq və mənafelərini ən yüksək səviyyədə müdafiə etmək iqtidarındadır. Dövlətin əyilməz siyasi iradəsi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan siyasəti nəticəsində ədalətli və layiqli qərarın əldə olunması mümkün oldu. Ümumilikdə, bu proses Azərbaycanın beynəlxalq münasibətlər sistemində məsuliyyətli, qətiyyətli və konstruktiv tərəfdaş kimi çıxış etdiyini bir daha təsdiqləyir. Eyni zamanda, dövlətin öz vətəndaşının yanında olduğunu əməli addımlarla nümayiş etdirməsi milli həmrəyliyin və dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm amil kimi qiymətləndirilə bilər".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ