şənbə günü, 26 sentyabr 2026
     

Dünya iqtisadiyyatı neft xaosunda - durum Azərbaycana iki istiqamətdə təsir edir...

Image


Neft bazarında cərəyan edən proseslər istehsalçı ölkələrin “qara qızıl”dan daha çox gəlir əldə edəcəyini nümayiş etdirir. Bu sıraya Azərbaycan da aiddir. Məsələ burasındadır ki, kağız üzərində neft qiymətləri ilə fiziki neft tədarükünün faktiki qiyməti arasındakı fərq qlobal miqyasda artır. Neft fyuçersləri bir barel üçün 95-96 dollar arasında ticarət edilsə də, alıcılar reallıqda 130-150 dollar ödəməyə hazırdırlar. Hətta bu qiymətlərdə belə, yanacaq çatışmazlığı davam edir və bu da yeni bir reallıq yaradır: aviaşirkətlər yanacaq çatışmazlığı ilə üzləşir və Asiyadakı fermerlər məhsullarını yığa bilmirlər ki, bu da əsas qida olan düyünün qiymətinin kəskin artmasına səbəb olur.

ABŞ prezidenti Donald Trampın İranla müharibənin sona çatması perspektivləri ilə bağlı açıqlamaları neft qiymətlərindəki gündəlik dalğalanmalardan qazanc əldə etməyə çalışan fond bazarı spekulyantları tərəfindən dərhal qəbul edilir. "Wealth Club”un baş investisiya strateqi Suzanne Streeter bildirib: “İran münaqişəsinin danışıqlar yolu ilə həllinə ümidlərdən qaynaqlanan nikbinlik tədricən azalır. Bu həftə bir irəliləyiş baş versə və Hörmüz boğazı nisbətən tez açılsa belə, neft və qazdan gübrələrə və heliuma qədər bir sıra əsas malların təchizatındakı fasilələri həll etmək üçün xeyli vaxt lazım olacaq”. Həqiqətən də, Yaxın Şərqdə neft hasilatı və emalı gücü artıq qismən məhv edilib. Qlobal iqtisadiyyat hazırda uzun müddət davam edən enerji çatışmazlığı dövrünə uyğunlaşır, mal və xidmətlərin tədarükünü azaldır və son istehlakçılar üçün qiymətləri qaldırır. Avropada təcili satış üçün nəzərdə tutulmuş bir barel xam neftin qiyməti bu həftənin əvvəlində rekord həddə - 150 dollara çatdı. Asiyada düyü qiymətləri yanacaq və gübrə qiymətlərinin artması səbəbindən iki ildən çox müddətdə ən yüksək səviyyəyə yüksəlib. “Bloomberg”in məlumatına görə, bəzi Tayland fermerləri yeni qiymət mühiti səbəbindən məhsullarını yığmaqdan imtina ediblər. Taylandın ağ düyüsünün qiyməti bir həftə ərzində 10% artıb. Lakin bu, artan istehsal xərclərinin bazara təsir göstərməyə başladığının yalnız ilkin əlamətidir. İsrail-Amerikanın İrana qarşı təcavüzündən əvvəl düyü qiymətləri uzun müddətdir ki, aşağı düşmə meylində idi və on ildən çoxdur ki, ən aşağı səviyyələrinə yaxın idi.”Rabobank”ın baş əmtəə analitiki Oskar Çakra bildirib ki, Taylanddakı bəzi fermerlər düyü becərilməsini dayandırıblar, çünki onların mənfəəti sadəcə artan xərcləri ödəyə bilmir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Tayland dünyanın üçüncü ən böyük ixracatçısıdır. Ölkədəki fermerlər, regiondakı digər fermerlərlə birlikdə, hazırda mövsümdənkənar məhsulu yığır və may ayında başlanması planlaşdırılan əsas məhsul əkininə hazırlaşırlar. Asiyada fermerlər məhsullarını yığmaqdan imtina edərkən, Avropadakı aviaşirkətlər sərnişin baqajını və ya müşayiət olunan yükü daşımaqdan imtina edirlər. Yanacaq böhranı səbəbindən aviaşirkətlər bəzən sərnişin baqajını və kommersiya yükünü uçuş hava limanlarında qoymağa məcbur olurlar.

Təyyarənin çəkisinin artması təbii olaraq yanacaq sərfiyyatının artmasına səbəb olur: hər əlavə tonun daşınması üçün 3-4% daha çox reaktiv yanacaq tələb olunur. Nəticədə, təxminən 3,5 saat davam edən uçuşda əlavə çəkini daşımaq üçün təxminən 1 ton yanacaq sərf olunur. Bundan əlavə, tarazlığı qorumaq üçün aviaşirkətlər bəzi oturacaqları boş qoymağa və ya satış üçün bağlamağa məcbur olurlar. Amerika bankı “JPMorgan” cari maliyyə ili üçün Avropa aviaşirkətlərinin mənfəət proqnozlarını orta hesabla 23% azaldıb. ABŞ Energetika Nazirliyi isə xəbərdarlıq edib ki, Yaxın Şərq münaqişəsi apreldə bitsə belə, neft və neft məhsulları tədarükünün normallaşdırılması 2026-cı ilin sonuna qədər mümkün deyil.

Məhz belə bir vaxtda ABŞ Mərkəz Komandanlığı bildirir ki, Hörmüz boğazının blokadası dövründə İran limanlarından bircə gəmi də çıxa bilməyib, altı gəmi geri qaytarılıb. ABŞ blokadası əsasən, İran limanlarına daxil olan və çıxan gəmiləri hədəf alıb. Hörmüz boğazı getdikcə neft üçün strateji keçid nöqtəsi olmaqdan çıxır, iqtisadi təzyiq, hərbi risk və geosiyasi ambisiyaların kəsişdiyi bir məkana çevrilir. Bu isə gələcək proseslər üçün ciddi nəticələr vəd edir. Bunu ABŞ-dakı “New Lines” Strategiya və Siyasət İnstitutunda xüsusi təşəbbüslər üzrə direktor olan Əzim İbrahim sasən Çin gəmilərinin blokadanı yararaq keçməsinə diqqət çəkərək məhdudiyyətlərin nə dərəcədə real blokada olması barədə suallar yaratdığını vurğulayır. ABŞ-ın təzyiqlərinin real güzəştlərlə nəticələnmə ehtimalına dair sualı isə təhlilçi belə cavablandırıb: “Bu, əsas problemlərdən biridir. Bu münaqişənin taleyini daha çox ziyan vuran deyil, daha çox dözən həll edəcək. ABŞ hərbi güc baxımından üstündür, amma İran da ağrıya daha uzun müddət dözə bildiyini dəfələrlə sübut edib. İran-İraq müharibəsi zamanı İran böyük itkilər verdi, kimyəvi hücumlara məruz qaldı, ancaq təslim olmadı. Tehran üçün bu, ölüm-dirim savaşıdır. Güzəştə getmək rejimin sonu olar. İran liderləri Birləşmiş Ştatların Vyetnamda, Əfqanıstandakı təcrübəsini yaxşı öyrəniblər. Hər iki halda ABŞ döyüş meydanında uğur qazansa da, sonucda geri çəkilmək məcburiyyətində qalıb. Tehran inanır ki, Vaşinqtonun uzunmüddətli qarşıdurmaya səbri çatmayacaq. Beləliklə, İran, çox güman, sonadək dözəcək. Onun siyasi sistemi onilliklər ərzində məhz belə təzyiqlərə tab gətirmək üçün qurulub”. Ekspert blokadanın iflasa uğrayacağını deyir. Onun fikrincə, xüsusilə böyük güclərin dəstəklədiyi gəmilər Hörmüz boğazını keçməyə davam edəcək. Sonucda ABŞ hansısa formada qələbəsini elan edərək geri çəkilə bilər: “Amma bunun uzunmüddətli nəticələri ciddi ola bilər. İran Hörmüz boğazını hərbləşdirib. Bu isə Tehrana boğazdan keçidi pullu etmək imkanı yaradır”. Digər yandan, sanksiyaların tətbiqində də dəyişiklik var. Sanksiya altında olan İran və Rusiya nefti təchizatı sabitləşdirmək üçün bazarlara qayıdır. Təhlilçinin fikrincə, ən çox narahatlıq doğuran məqam isə İranın çıxara biləcəyi strateji dərsdir: “Keçmiş ali rəhbər Əli Xamenei öldürülüb, onun nüvə silahlarına qoyduğu dini qadağa daha məcburi deyil. Tehran belə nəticəyə gələ bilər ki, gələcək münaqişələrin qarşısını almağın yeganə yolu nüvə baxımından çəkindirməkdir. Bu isə bütün beynəlxalq oyunçuların maraqlarına zidd olardı”. Bütün bunlar İran ətrafında ziddiyyətin davam edəcəyini, belə vəziyyətin öz növbəsində neft qiymətlərinə təsirini davam etdirəcəyini gözləyir. Bu halda Azərbaycan neft qiymətlərinin yüksəlişindən daha çox qazanc əldə etsə də, idxal məhsullarına çəkdiyi xərci artırmalı olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ