şənbə günü, 26 sentyabr 2026
     

Aİ-nin Macarıstan problemi Viktor Orbandan sonra da davam edəcək…

Image


Macarıstanda parlament seçkilərində müxalifət lideri Peter Madyar, bəlli olduğu kimi, Viktor Orbanın 16 illik hakimiyyətinə son qoydu. Madyar seçkidən dərhal sonra deyib ki, vaxt itirmədən yeni hökumət formalaşdıracaq.

Brüssel də elə bunu gözləyirdi. Orban hökuməti Avropa İttifaqı (Aİ) ilə müxtəlif məsələlərdə düz gəlmirdi. Ən çox da Ukrayna və Rusiyaya sanksiyalar məsələsində. İndi Brüssel Budapeştin daha çox əməkdaşlıq edəcəyinə ümid edir. Macarıstanda prezident seçkidən sonra 30 gün ərzində yeni parlamentin iclasını keçirməlidir. Deputatlar yeni baş naziri, o isə kabinetini seçməlidir. Çoxları ümid edir ki, Orbanın yaratdığı əngəllər aradan qalxacaq. Amma belə bir narahatlıq da var ki, vaxtilə elə Orbana sadiq olmuş, korrupsiya məsələlərinə görə ondan ayrılmış Madyar heç də həmişə "sözə baxmayacaq". Beynəlxalq məsələlər üzrə ekspert Rikard Yozvyak hesab edir ki, hər halda, Madyar Brüsseldə əsasən xarici siyasətə fokuslanmayacaq. Əsas məsələ Aİ-nin illərdir dondurduğu18 milyard avronun blokdan çıxarılması olacaq. Bu vəsait Orban dönəmində demokratik geriləmə səbəbindən dondurulub.

Macarıstanın ədliyyə sisteminin yenidən qurulması da Madyarın prioriteti olacaq, həm də bu məsələdə Polşanı yamsılamağa çalışacaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib: "Hökumətlə mümkün qədər tez işləməyə başlayacağıq… Macarıstan Avropa yoluna qayıdır, görüləsi iş çoxdur". Amma Brüssel dəhlizlərində belə bir qorxu hissi də var – Orban hökumətinin vetoları çox vaxt fəaliyyətsizlik üçün əlverişli "günah keçisi", yəni bəhanə idi. Aİ rəsmiləri etiraf ediblər ki, bəzən digər üzv dövlətlər səssizcə Budapeştin arxasında gizlənirdi. Slovakiyanın baş naziri, Orbanın müttəfiqi Robert Fitso deyib ki, bir çox təşəbbüslərə vetonu davam etdirə bilər. Ötən ilin dekabrında, Orban daxil, Aİ liderləri Ukraynaya 90 milyard avro kreditin ayrılmasına razılaşıblar. Ancaq Budapeşt sonradan bu addımı blokladı, Ukraynanın sovet dövründən qalan "Drujba" kəmərinin bərpası üçün yetərincə iş görmədiyini bildirdi. Kiyev kəmərin Rusiyanın dron zərbəsindən zədələndiyini, təmir olunduğunu deyir. Aİ kəmərin bərpası üçün pul, Ukraynaya briqada göndərməyi vəd edib. Ancaq Rusiya nefti Macarıstana axmayınca, Madyar, yaxud bir neçə həftə daha hakimiyyətdə qalacaq Orbanın Kiyevə yarım paketinə yaşıl işıq yandırmayacağı dəqiqdir. Madyarın "Tisa" partiyasının Avropa Parlamentindəki təmsilçiləri ilin əvvəlində bu təklifin əleyhinə səs veriblər. Parisdəki Jak Delor İnstitutundan Klotilda Varin bildirir: "Macarıstan daha sistematik vetolara əl atmayacaq, amma mövqeləri də əsaslı dəyişməyəcək". Bir fakt da var – Madyar seçki kampaniyası vaxtı Rusiya enerjisindən istifadəni 2035-ci ildə dayandırmaqdan danışıb, Brüsselin istədiyi kimi, gələn il yox. Digər yandan, Hörmüz boğazının bloklanması enerji böhranını kürəkləyə bilər. Qiymətlərin artması isə Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini zəiflədə bilər. Bu paket Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dördüncü ildönümü ərəfəsində təsdiqlənməli idi, amma Macarıstan ona veto qoydu. R.Yozvyak yazır ki, Rusiyaya gələcəkdə mümkün sanksiya paketləri Madyar hökumətini sınağa çəkəcək. Məsələn, onlar Orban dövrünün vetolarına qarşı çıxacaqlarmı? Rusiya patriarxı Kirilin qara siyahıya salınması belə bir addım ola bilər. Yaxud İordan çayının Qərb sahilində zorakılıq tərədən israilli sakinlərə sanksiyalar, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının rəhbər şəxslərinə viza qadağaları – Budapeşt bütün bunlara veto qoyurdu. Macarıstanın Ukrayna ilə münasibəti də mürəkkəbdir. Madyar açıq şəkildə bildirib ki, Orban hökuməti kimi, Moskva ilə sıx əlaqədə olmayacaq. Kiyevə gəlincə, Zelenski Madyarın qələbəsini alqışlayıb. Amma Orban ilə Zelenski seçki kampaniyası vaxtı söz davasına çıxanda Madyar öz həmvətəninin tərəfini saxlayaraq deyib ki, heç bir xarici lider heç bir macarıstanlını təhdid edə bilməz. Macarıstanda əhalinin çoxu Ukraynaya skeptik yanaşır. Rəy sorğularına görə, respondentlərin əksəriyyəti Ukraynanın Aİ üzvlüyünə, Kiyevə daha çox maliyyə yardımı göndərilməsinə qarşıdır. Bütün bunları yaxşı anlayan Madyar seçkilərdən sonra Ukraynanı "müharibə qurbanı" adlandırıb. O, Zelenski ilə görüşərək "əlaqələri qaydaya salmaq" niyyətində olduğunu bildirib.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ