Rusiya ordusu aprelin 16-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə və Odessa şəhərlərinə ballistik raket zərbələri endirib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumatına görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
Obolon rayonunda park edilmiş avtomobillər yanıb, bir sıra anbarlar dağılıb, təkər təmiri və mağazalar zədələnib. Nəticədə 2 nəfər ölüb, hadisə yerinə gələn 4 təcili yardım əməkdaşı və 2 polis xəsarət alıb.
Podol rayonunda isə yaşayış binalarının fasadları dağılıb, binalardan birinin dağıntıları altında iki meyit tapılıb. Onlardan biri 12 yaşlı uşaq olub, 3 nəfər isə yaralanıb. Eyni zamanda, iki oteldə və digər binalarda da dağıntı qeydə alınıb, iki nəfər xəsarət alıb.
Odessa şəhərinə hava hücumu nəticəsində isə azı 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.
"Bu gecə şəhər Odessa şəhəri bir neçə raket və pilotsuz təyyarə hücumu ilə üzləşib. Şəhərin Hacıbeyli rayonundakı infrastruktur obyektlərinə və yaşayış binasına ziyan dəyib, partlayış dalğası bir neçə binanın pəncərələrini sındırıb. Bundan əlavə, “Primorski” rayonundakı parkda da ziyan qeydə alınıb”, - deyə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak “Telegram” səhifəsində bildirib.
ZÜMRÜD