Cümə günü, 31 iyul 2026
     

Çin Hörmüzə görə ABŞ-a ilk həmləni etdi - "təhlükəli və məsuliyyətsiz"...

Image


Tofiq Abbasov: "Amerika öz dünya hegemonluğu statusu ilə vidalaşmaq istəmir"

Çin Hörmüzün blokadasını təhlükəli və məsuliyyıtsizlik adlandırıb. Bu nə deməkdir, yəni Cin artıq boy göstərməyə başlayıb?

Çin bu cür açıqlamalar verəndə əsas narahatlığı enerji təhlükəsizliyi və qlobal ticarətin sabitliyidir. Hörmüz boğazı dünyanın ən kritik enerji keçidlərindən biridir və qlobal neft tədarükünün böyük hissəsi buradan keçir.

Blokada ehtimalını “təhlükəli və məsuliyyətsiz” adlandırmaqla Çin demək istəyir ki, belə addım təkcə region ölkələrinə yox, bütün dünyaya ciddi iqtisadi zərbə vura bilər. Neft qiymətləri kəskin arta, ticarət yolları pozula və beynəlxalq gərginlik daha da yüksələ bilər.

Çin, xüsusilə Yaxın Şərqdən enerji idxalına çox bağlıdır, buna görə də boğazın açıq qalması onun üçün həyati əhəmiyyət daşıyır. Bu səbəbdən Pekin, adətən belə vəziyyətlərdə hərbi eskalasiya əvəzinə diplomatik həll yollarını dəstəkləyir və tərəfləri təmkinə çağırır.

Yəni bu bəyanat həm qlobal iqtisadi sabitlik mesajıdır, həm də Çinin öz maraqlarını qorumaq üçün riskli addımlara qarşı çıxmasıdır.

Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, ABŞ administrasiyasının Avrasiya məkanında yeritdiyi siyasətin kökündə “Çin səddini aşmaq” məqsədi dayanır: “Ona görə də hazırda ABŞ tərəfindən Venesuela və İranın, gələcəkdə isə Nigeriyanın hədəfə alınmasının səbəbi heç kimə sirr deyil. Bütün bunlar məhz Çinin iqtisadi inkişafının qarşısını almaq məqsədilə həyata keçirilir. Burada elə də dərin fəlsəfə yoxdur, sadəcə olaraq Amerika öz dünya hegemonluğu statusu ilə vidalaşmaq istəmir. Amma Çinin inkişaf trendləri göstərir ki, artıq yavaş-yavaş dünya liderliyində yerdəyişmə baş verəcək. Bu qaçılmazdır - Çin birinci, ABŞ isə ikinci yerə keçəcək. Ona görə də Vaşinqton ciddi şəkildə çalışır ki, yuanın dünya valyutasına çevrilməsinin qarşısını alsın. Çünki İranda yuan artıq çoxdan hesablaşma valyutasına çevrilib. Bununla İran ABŞ-ın dollar bazarını sarsıtmağa çalışır.

Eyni zamanda Çin görür ki, Venesuelanın nefti onun əlindən alınıb, indi isə İran məsələsi gündəmdədir. Çinin əsas üstünlüyü ondan ibarət idi ki, Venesuela, İran və Nigeriya ona güzəştli qiymətlə neft satırdı və bu da onun iqtisadi inkişafının əsas təminatlarından biri idi. Məhz Çinin ÜDM artımını cilovlamaq üçün ABŞ Oman, Ərəbistan, Qırmızı dəniz və Fars körfəzi bölgəsində təsir imkanlarını genişləndirir. Düzdür, hazırda tam blokada mümkün deyil. Əslində İranın da, Çinin də, Səudiyyə Ərəbistanının da tankerləri bu boğazlardan keçə bilir. ABŞ da anlayır ki, istənilən silahlı qarşıdurma Çinin açıq şəkildə prosesə müdaxilə etməsinə səbəb ola bilər.

Hazırda Çin əlindən gələni edir ki, İran məğlubiyyətdən qaçsın. İranın özünün də texniki, texnoloji və resurs baxımından ciddi imkanları var. Buna baxmayaraq, Amerika güclü dövlətdir və imkanları olduqca genişdir. Ona görə də İranın bu qarşıdurmada geri düşməməsi üçün Çin müttəfiqinə həm siyasi, həm də siyasi-mənəvi dəstək verir".

Ekspertin fikrincə, hazırda mübarizə maliyyə bazarlarında da davam edir. London və Vaşinqton maliyyə məktəblərinin təsiri bu sahədə daha güclüdür: "Onlar çalışırlar ki, neft qiymətlərindən səhmlərin kotirovkalarına qədər bütün sahələrdə mövqelərini qoruyub saxlasınlar və qarşı tərəfə maksimum zərbə vursunlar. Artıq tərəflər müəyyən qruplara bölünüb, amma prosesin kimin xeyrinə bitəcəyi hələ dəqiq bəlli deyil və proqnoz vermək çətindir.

Lakin İranın tərəfində olan qüvvələr - Çin, Rusiya, Şimali Koreya və bəzi ərəb ölkələri, məsələn, Qətər - hələlik müəyyən üstün mövqeyə malikdir. Məsələn, artıq Qətərdən belə təkliflər səslənir ki, İranla münasibətlərə yenidən baxmaq və onları normallaşdırmaq lazımdır. Çünki Amerika uzaqdadır, amma İran regiondadır və qonşuluq amili nəzərə alınmalıdır. İranın özünün də təkliflərindən biri ondan ibarətdir ki, Amerika bölgədən tamamilə getsin və regional ölkələr münasibətləri öz aralarında tənzimləsinlər.

ABŞ-ın İsraili güclü şəkildə dəstəkləməsi ərəb ölkələrinin siyasi elitalarını düşündürür və onlar hesab edirlər ki, Vaşinqton bir çox “qırmızı xətləri” artıq keçib. Hazırda beynəlxalq diplomatik dairələrdə bekə bir lətifə gəzir ki, ABŞ-ın ən uğursuz prezidenti Benyamin Netanyahu imiş".

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

31.07.2026 / 12:08
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

31.07.2026 / 11:55
ABŞ-ın raket arsenalı tükənib - Lockheed Martinlə 58 milyardlıq saziş bağlandı...

31.07.2026 / 11:52
Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır...

31.07.2026 / 11:06
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

31.07.2026 / 10:18
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

31.07.2026 / 09:17
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

31.07.2026 / 09:07
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

31.07.2026 / 08:17
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

31.07.2026 / 08:13
Prezident İlham Əliyevin Qırğız prezidenti ilə təkbətək görüşü keçirildi

31.07.2026 / 08:10
Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimi oldu

31.07.2026 / 07:25
İspaniya XİN İtaliyadakı səfirini geri çağırdı - Şengen sazişi dayandırılır?..

31.07.2026 / 07:15
ABŞ Rusiya şirkətinə sanksiya tətbiq etdi - İranın Mahan Air aviaşirkəti ilə əlaqələrinə görə…

31.07.2026 / 07:02
Durov adının terrorçular siyahısına salınmasına şərh verdi - “… çaşqınlıq içindədirlər”

31.07.2026 / 06:55
Uitkoff və Kuşner Ukraynaya gedir - həm də “foto çəkiliş xatirinə” yox…

31.07.2026 / 06:47
Tramp HƏMAS-ın tam silahsızlaşdırılması ilə bağlı Sazişi elan etdi

31.07.2026 / 06:39
HƏMAS silahı yerə qoyur - Axios…

31.07.2026 / 06:26
Rusiya ilk dəfə Kiyevdəki Amerika Dron Zavodunu vurdu

31.07.2026 / 06:09
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib

30.07.2026 / 23:27
Marağa rəsədxanasına ögey münasibət - Ziyalılar niyə susur?

30.07.2026 / 22:50
Xüsusi təyinatlı gizir

30.07.2026 / 22:14
Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

30.07.2026 / 21:42
Rusiya əleyhinə sanksiya qanununu Tramp şəxsən yazıb - Senatın komitə sədri ilginc faktı açdı...

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam... Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

30.07.2026 / 19:26
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - FOTO

30.07.2026 / 19:25
Bakı Qızlar Universiteti bağlandı - iki nazirlik məlumat yaydı...

30.07.2026 / 19:18
"Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir" - Vüqar Rəhimzadə

30.07.2026 / 19:01
“Kalkınma Elçiləri” TİKA-nın Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər etdi

30.07.2026 / 18:38
“Ermənistan İran və ABŞ arasındakı münaqişəyə vasitəçi kimi qarışa bilməz” - Paşinyan

30.07.2026 / 18:28
Ukrayna Rusiyanın cənubundakı ən böyük limanlardan birini və iki tankeri vurdu...

30.07.2026 / 18:25
Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol

30.07.2026 / 17:51
FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

30.07.2026 / 17:33
Ukraynanın Xəzərə raket-dron zərbələrinin yeni təfərrüatları çıxır...

30.07.2026 / 17:15
İran ABŞ-ın İordaniyadakı F-35 anqarını vurdu – 3 qırıcı məhv edildi...

30.07.2026 / 16:57
DİN-dən növbəti əməliyyat - 57 kq narkotik və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

30.07.2026 / 16:46
Ehsan, yoxsa ziyafət?...

30.07.2026 / 16:41
Trampı “psixoloji cəhətdən sındırmağa” çalışan kim(lər)dir?..

30.07.2026 / 16:36
İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib

30.07.2026 / 16:34
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - FOTO

30.07.2026 / 16:33
Astarada şəhid ailələri ziyarət olundu

30.07.2026 / 16:30
Azərbaycan xalqı öz qəhrəman şəhidlərini unutmur

30.07.2026 / 16:20
Netanyahu İrana qarşı Trampdan xəbərsiz addımlar atmayacaq...

30.07.2026 / 16:05
Hamilə rus qadınları Braziliyadan kütləvi deportasiya edilir - "doğum turizmi", ya vətəndaşlıq almaq cəhdi?..

30.07.2026 / 15:51
Çindən İrana döyüş texnikasının daşınma marşrutu qismən açıqlandı...

30.07.2026 / 15:25
Rusların məşhur "Matuşja" mahnısı Azərbaycan dilində səsləndi - VİDEO

30.07.2026 / 15:11
Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

30.07.2026 / 15:09
İraqlı nazirin Ərdoğanla imzalamaq istəmədiyi sazişdə nələr var?

30.07.2026 / 14:56
Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

30.07.2026 / 14:41
Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

30.07.2026 / 14:27
Hörmüzdə 21 gün sonra bir ilk - Qətər tankeri İranın razılığı ilə boğazdan keçdi..

30.07.2026 / 14:17
Bir neçə metr uzunluğunda kabab - erməni mətbəxində yeni saxtakarlıq...

30.07.2026 / 14:10
Paşinyandan Putinə mesaj - biz bu yanaşmanı qəbul etmirik...

30.07.2026 / 13:54
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

30.07.2026 / 13:24
SEPAH-dan ABŞ-a mesaj - təhdidlər davam etdiyi müddətcə Hörmüz açılmayacaq...

30.07.2026 / 13:10
Tramp İran bataqlığında – Tehranın bu qədər dirənəcəyini gözləmirdi...

30.07.2026 / 12:55
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

30.07.2026 / 12:52
Ukrayna Rusiyanın ən böyük bazarını çökdürür - vurulan “Wildberries” anbarlarının sayı 15-ə çatdı...

30.07.2026 / 12:44
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

30.07.2026 / 12:19
İran Küveytdə Çin şirkətinin binasını vurdu...

30.07.2026 / 12:10
AQTA gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırmalara başladı

30.07.2026 / 11:30
Azərbaycanın xarici dövlət borcu azaldı

30.07.2026 / 11:18
Rusiya Ukraynanın şəhərlərinə günişmiqyaslı hücum başlatdı – çox sayda ölü və yaralılar var...

30.07.2026 / 11:06
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

30.07.2026 / 10:55
Ukraynanın ardıcıl hücumları “Wildberries”i Rusiyadan qaçırır - şirkət anbarlarını Qazaxıstana köçürür...

30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı

30.07.2026 / 10:07
Türkiyədə meşə yanğınları genişlənir...

30.07.2026 / 09:21
Türkiyənin Etimesqut bələdiyyəsinin sədri, aktyor Erdal Beşikçioğlu saxlandı

30.07.2026 / 08:12
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi İran kəşfiyyatına işləməkdə ittiham olundu

30.07.2026 / 06:33
Rusiya səfirliyindən məşhur “Qrehem layihəsi”nə sərt təpki - “Trampa “ayı xidmətidir”…

30.07.2026 / 06:05
İranda “təkfirçi terror təşkilatı"na qarşı əməliyyat keçirildi

30.07.2026 / 05:44
ABŞ İranın İordaniyaya gecə hücumuna eyni cavabı verdi

30.07.2026 / 05:35
Türkiyədə Atatürkün partiyasından daha güclü Yeni partiya doğuldu - siyasi proses gərginləşir...

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ