ABŞ-ın Hörmüz boğazındakı dənizdən dəniz blokadasını "terror aktı" adlandıran İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), blokada davam edərsə, təkcə Fars körfəzini deyil, Oman körfəzini və Qırmızı dənizi də ticarət üçün tamamilə bağlayacaqlarını açıqlayıb.
Qeyd edilir ki, ABŞ-ın hərəkətləri mövcud atəşkəsi etibarsızlaşdırır.
"Əgər ABŞ bölgədəki qanunsuz dəniz blokadasını davam etdirməyə və İranın ticarət gəmiləri və tankerləri üçün təhlükə yaratmağa çalışarsa, bu hərəkət atəşkəsin pozulmasına hazırlıq olacaq. Əgər ABŞ bölgədəki dəniz blokadasını davam etdirərsə, İranın güclü silahlı qüvvələri Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək" – deyə İran İnqilab Keşikçiləri Korpusunun Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının açıqlamasında deyilir.
Tahir TAĞIYEV