Fars körfəzi ölkələrinin ərazisinin və obyektlərinin ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsi Tehran tərəfindən təcavüzün bir hissəsi kimi dəyərləndiriləcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
Bəqai deyib ki, İran ərazisinə hücum etmək, raket və dronlar buraxmaq, yanacaq doldurmaq və hər hansı lojistik dəstək göstərmək üçün ərəb ölkələrinin bazalarından və ya hava məkanından istifadə olunması “ABŞ və sionist rejimin hərbi təcavüzünün tərkib hissəsidir”. Onun sözlərinə görə, “təcavüzkar ölkələrə” edilən istənilən yardım bu dəstəyi göstərən dövlətlərin beynəlxalq məsuliyyətinə səbəb olacaq.
SAMİRƏ