Türkiyənin Şanlıurfanın Siverek rayonunda məktəbə dünən baş verən silahlı hücumun şoku davam edərkən, bu gün Kahramanmaraşda da oxşar hadisə baş verib. Kahramanmaraşın Onikişubat rayonundakı Ayser Çalık orta məktəbində günorta saatlarında silah səsləri eşidilib. Məktəbin 8-ci sinif şagirdi tərəfindən törədilən hücum nəticəsində ölən və yaralananlar var.
Kahramanmaraş valisi Ünlüer bildirib ki, hücum nəticəsində 4 nəfər ölüb. Bir müəllim və üç şagird həyatını itirib. 20 nəfər yaralanıb, onlardan 4-ü ağır vəziyyətdədir. Hücumçu məktəbə 5 silah və 7 maqazinlə gəlib. Məktəbə beş silah və 7 maqazinlə gələn hücumçu iki sinif otağında atəş açdıqdan sonra hadisə yerində ölüb.
“O da ölüb. Xaos zamanı özünü vurub. Bunun intihar məqsədilə, yoxsa xaos zamanı özünü vurub-vurmadığı hazırda məlum deyil” – deyə vali hücum edən şəxs haqqında danışarkən bildirib.
Silahlı şəxsin atasının keçmiş polis əməkdaşı olduğu və hücumdan sonra saxlandığı bildirilir.
Tahir TAĞIYEV