ABŞ və İran arasında atəşkəsin uzadılması ilə bağlı diplomatik danışıqlar davam edərkən, Ağ Ev razılaşma ilə bağlı nikbin mesajlar verib və danışıqların "məhsuldar" olduğunu bildirib.
Ağ Evin sözçüsü Leavitt, atəşkəsin uzadılmasını rəsmi olaraq tələb etdikləri barədə məlumatları isə təkzib edib. Prezident Trampın son açıqlamalarına toxunan Leavitt, danışıqlar prosesinin müsbət şəkildə irəlilədiyini qeyd edib.
Pakistanın vasitəçilik səylərinin davam etdiyini və İslamabadın bu günə qədərki rolundan çox məmnun olduqlarını vurğulayan Livit, Pakistanın gələcəkdə də bu vasitəçilik rolunu davam etdirməsini istədiklərini əlavə edib. İranla potensial yeni danışıqların harada keçiriləcəyi ilə bağlı suala cavab olaraq Livitt bildirib ki, əvvəlki danışıqlarda olduğu kimi, bu danışıqlar da çox güman ki, İslamabadda keçiriləcək.
Tehrandan isə gərginliyi yenidən artıracaq sərt açıqlama gəlib. İran Məsləhət Şurasının üzvü Möhsün Rzayi bildirib ki, ABŞ-la atəşkəsin uzadılması İranın xeyrinə deyil.
Rizayi bunun qəti atəşkəs olmadığını, "hərbi sükut" olduğunu bildirib: "Atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil. Bu, mənim şəxsi fikrimdir. Təzyiq əhəmiyyətli dərəcədə artırılmalıdır. Düşmən gəmiləri hazırda raketlərimizin hədəfindədir və hamısını batıracağıq".
Keçmiş SEPAH komandanı Rizayi atəşkəsin mənalı olmasının, yalnız bütün razılaşmalar və İranın tələblərinin yerinə yetirilməsi və bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bəyanat təqdim edilməsi ilə mümkün olacağını bildirib.
Tahir TAĞIYEV