ABŞ və İran arasında kövrək atəşkəsin uzadılması səylərində əhəmiyyətli irəliləyiş əldə edilib. Regional mənbələrə görə, tərəflər 22 apreldə bitəcək atəşkəsin uzadılması ilə bağlı "prinsipcə razılığa" gəliblər.
“Associated Press” (AP) agentliyinə danışan rəsmilər atəşkəsin uzadılmasının diplomatik danışıqları dərinləşdirmək məqsədi daşıdığını bildirdilər. Vasitəçilərin atəşkəsi davamlı sülhə çevirmək üçün üzərində işlədiyi üç əsas mübahisəli məqam var: İranın nüvə proqramı, Hörmüz boğazı və müharibə təzminatı.
Diplomatik irəliləyişlərə baxmayaraq, bölgədə gərginlik tamamilə səngiməyib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının dəniz blokadasının davam etdiyini və son 24 saat ərzində altı ticarət gəmisinin İran sularına geri qaytarıldığını açıqlayıb. Bu blokada müharibənin başlanğıcından bəri milyonlarla barel "neft" ixrac edən İran iqtisadiyyatı üçün həyati bir təzyiq nöqtəsi kimi dəyərləndirilir.
Tahir TAĞIYEV