İtaliyanın Baş naziri Meloni, Papa haqqındakı açıqlamaları üzündən mübahisə etdiyi ABŞ Prezidenti Trampa sərt nüvə cavabı verib.
Trampla Avropadakı yaxın müttəfiqlərindən olan Meloni arasında, ABŞ və İsrailin İrana qarşı 28 fevralda başlatdığı və hazırda müvəqqəti atəşkəs vəziyyətində olan müharibə və ABŞ prezidentinin Vatikan dövlətinin başçısı Papa XIV Leo haqqında söylədiyi fikirlərə görə gərginlik yaranıb.
Meloni Trampın Papa XIV Leo haqqında dediyi sözləri "qəbuledilməz" adlandırıb. Tramp isə öz növbəsində deyib: "Bu, qəbuledilməzdir, çünki İranın nüvə silahına sahib olub-olmamasının onun üçün əhəmiyyəti yoxdur və əgər şansı olsaydı, İtaliyanı iki dəqiqəyə partlada bilərdi".
Meloninin Trampa sonrakı cavabı isə daha sərt olub. Nüvə hücumu iddiaları barədə danışan Meloni deyib: "Bildiyim qədər, doqquz ölkə nüvə silahına malikdir, lakin onlardan yalnız biri bundan istifadə edib. Bu ölkə ABŞ-dır. Cənab Tramp gərginliyi azaltmalıdır. Heç kim Vaşinqton kimi nüvə təhdidləri etmir və o, sözlərində diqqətli olmalıdır".
Tramp isə Meloninin İrana qarşı müharibədə onlara kömək etməməsindən "şoka düşdüyünü" bildirib. Tramp həmçinin Meloni haqqında deyib: "İnsanlar ondan razıdırlarmı? Bunu təsəvvür edə bilməzdim. Şokdayam. Onun cəsarətli olduğunu düşünürdüm, amma yanılmışam."
Tahir TAĞIYEV