İsrailin ABŞ-dəki səfiri Yexiel Leiter aprelin 15-də Fransanın Livandakı rolunu tənqid edərək, Parisin İsrail və Livan arasında aparılan danışıqlara müdaxilə etməməli olduğunu bəyan edib.
Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilmiş birbaşa danışıqların sonunda mətbuata açıqlamada Leiter fransızların bu danışıqlara qarışmasını istəmədiklərini deyib.
“Biz fransızların demək olar ki, hər şeydən mümkün qədər uzaq durmalarını istəyirik, xüsusilə də sülh danışıqları zamanı”, - deyə diplomat bildirib.
ABŞ diplomatiyasının məlumatına görə, İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilmiş müzakirələrdən sonra davamlı sülh üçün birbaşa danışıqlara başlamağı qəbul ediblər.
ZÜMRÜD