Cümə günü, 31 iyul 2026
     

Paşinyan Putinin xəbərdarlığını saymadı - Rusiya və Qərb Ermənistanda açıq savaşa başladı...

Image


Ermənistanda cari ilin iyun ayında keçriləcək parlament seçkiləri ərəfəsində bu ölkədə Qərb və Rusiyanın qarşıdurması artıq açıq müstəviyə keçir. Məhz elə bu fonda Brüsseldə Avropa İttifaqı səfirləri Ermənistana yeni mülki missiya göndərmək qərarına gəliblər. Məsələ ilə bağlı gələn həftə keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə yekun qərar veriləcək.

“Radio Free Europe”in Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından missiyanın mandatı, strukturu və müddəti ilə bağlı məlumat əldə edib. Sənədə əsasən, missiyanın əsas məqsədi təhlükəsizlik nazirliklərinə və agentliklərinə strateji, praktik məsləhət, dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməkdir. Müvafiq məsləhətləşmələr xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə yönələcək. Missiya həmçinin Aİ-nin metodologiya və standartlarına uyğun olaraq Ermənistanın təhlükəsizlik imkanlarının inkişafı üçün nələrin gərəkdiyini qiymətləndirəcək. Aİ Xarici İşlər Xidməti bundan öncə bir sənəddə missiyanın zəruriliyini əsaslandırıb. Qeyd olunub ki, Ermənistanda iyundakı parlament seçkiləri, ardınca yerli seçkilər və mümkün konstitusiya referendumu yalnız daxili sabitlik üçün deyil, regional sülh üçün də ciddi sınaq olacaq. Azərbaycan illər öncə Ermənistanla sərhəddə silahsız Avropa müşahidəçilərinin yerləşdirilməsini tənqid edib. Ötən ilin avqustunda Ermənistanla paraflanmış sülh müqaviləsinə birgə sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsinə dair müddəa salınıb. “Azatutyun” yazır ki, indi Brüssel yeni missiyanın göndərilməsində məqsədin Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq olduğunu vurğulayır. “Radio Free Europe”in əldə etdiyi sənədə görə, Xarici Fəaliyyət Xidmətinə Azərbaycanla müzakirələri davam etdirmək tapşırılıb. Məqsəd Aİ-nin dəstəyinin mahiyyətini aydınlaşdırmaq və sülh prosesinə mümkün mənfi təsirlərin qarşısını almaqdır. Mümkün risklərə gəlincə, Ermənistandakı daxili siyasi proseslər, xarici iqtisadi təzyiqlər və informasiya manipulyasiyaları ilə yanaşı, İrana qarşı müharibə də ayrıca vurğulanır. Ermənistanın açıq olan iki sərhədindən biri İranladır və bu sərhəd ölkənin kommunikasiya xətləri, həmçinin “Şimal-Cənub” nəqliyyat və ticarət dəhlizi üçün böyük əhəmiyyət kəsb edir: “Bu gərginlik Rusiyanın Ermənistan iqtisadiyyatı və enerji ehtiyacları üzərində təsirini daha da artıra, seçkilər ərəfəsində bundan istifadə oluna bilər”. Potensial miqrasiya axınları, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyət riskləri də qeyd edilir. Aİ-nin yeni missiyasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi gözlənilir. 20-30 beynəlxalq işçidən ibarət missiya “Avropa İttifaqının tərəfdaşlıq missiyası” adı ilə fəaliyyət göstərəcək. Razılaşma əldə edilərsə, missiyanın üçüncü ölkələrin iştirakına da açıq olacağı bildirilir. Sözügedən missiyanın fəaliyyəti başlaması ilə Azərbaycanla sərhəddə yerləşən Avropa İttifaqının müşahidəçilərinin mövqelərindən geri çəkiləcəyi də gözlənilir və bu da Bakının istəyinə uyğundur. İndi Avropa İttifaqı hesab edir ki, Ermənistan “demokratik təsisatları və ictimai etimadın sarsıdılmasına” yönəlmiş intensiv hibrid hərəkətlərlə üzləşib. Bu hərəkətlərə xarici məlumatların manipulyasiyası və müdaxiləsi, kibertəhdidlər və seçki proseslərinin qanunsuz maliyyələşdirilməsi daxildir. Qurum hesabedir ki, bu təhdidlərin 7 iyun 2026-cı il seçkiləri ərəfəsində daha da güclənməsi ehtimalı yüksəkdir. Müvafiq sənəddə Ermənistanın ötən ilin noyabr ayında Avropa İttifaqına müraciət etdiyi, Avropa İttifaqından qiymətləndirmə qrupunun yanvar ayında Ermənistana gəldiyi və bu səfərin ölkənin hibrid təhdidlərə qarşı həssaslığına dair illüstrativ məlumatlar verdiyi açıq şəkildə göstərilir. Bu durumda da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament seçkilərinə konkret Rusiyanın mümkün müdaxiləsinin və dezinformasiya kampaniyasının qarşısının alınması üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına müraciət ünvanlayıb.

Avropa İttifaqı ötənilki parlament seçkiləri zamanı Moldova hakimiyyətinə Rusiyadan qaynaqlanan və əsasən, sosial mediada yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınmasında kömək etmək üçün Kişinyova 20 nəfərdən ibarət oxşar qrup göndərib. Həm Brüssel, həm də Kişinyov layihəni uğurlu hesab edib və Avropa İttifaqı indi Rusiyanın təsir göstərməyə çalışacağı gözlənilən həlledici seçkilər ərəfəsində Ermənistan üçün də eyni yardımı göstərmək istəyir. Brüsseldəki müzakirələrdən əldə edilən diplomatik qeydlərə əsasən, Aİ “həm 2026-cı ilin iyun seçkilərindən əvvəl, həm də Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün gücləndirilməsinə dəstəyini ifadə etmək” niyyətindədir. O da vurğulanır ki, Ermənistana təklif olunan dəstək açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinin azaldılmasına və nəticələrinin yumşaldılmasına yönəlməlidir. Bundan əlavə, “Azatutyun” radiosu qeyd edir ki, Aİ-yə üzv dövlətlər qurumun diplomatik korpusuna, xarici işlər xidmətinə də müraciət edərək, onları “Aİ-nin Ermənistana dəstəyinin məqsədini izah edərək və sülh prosesinə mənfi təsirlərdən qaçınmağın vacibliyini vurğulayaraq Azərbaycanla əlaqə saxlamağa” çağırıblar. Xatırlanır ki, rəsmi Bakı həm son illərdə Aİ-nin Ermənistana göstərdiyi hərbi yardım, həm də 2023-cü ildən bəri Azərbaycanla sərhədin Ermənistan tərəfində etimad yaratmaq və vəziyyəti izləmək mandatı ilə fəaliyyət göstərən hazırkı Aİ Monitorinq Missiyası ilə bağlı narahatlıqlarını ifadə edib. Yeni missiyanın göndərilməsi təsdiqlənərsə, o, daha çox hibrid təhdidlərə, o cümlədən seçki prosesinə, eləcə də bundan sonra keçiriləcək mümkün konstitusiya referendumuna diqqət yetirəcək. Ona da diqqət çəkilir ki, Aİ üzv dövlətləri iki qərar qəbul etməlidirlər: biri məsələni texniki olaraq təsdiqləmək, digəri isə faktiki olaraq həyata keçirmək. Eyni zamanda Brüsseldəki diplomatik dəhlizlərdə ümid var ki, bu dəfə Azərbaycan Ermənistandakı yeni Aİ missiyasına daha müsbət yanaşa bilər, çünki bu, ABŞ-ın rəhbərlik etdiyi sülh prosesi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək ilə əlaqələndiriləcək. Ancaq təbii ki, Azərbaycan üçün əsas məsələ “binokl diplomatiyası” ilə məşğul olan Aİ Monitorinq Missiyasının fəaliyyətinin dayandırlmasıdır. Aİ-nin Ermənistanda belə fəallığı, Rusiyanın hədəf kimi göstərilməsi təbii olaraq, Moskvada xoş qarşılanmır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, ölkəsi tərəfindən Ermənistana qarşı hibrid hücumlar iddiaları, ən azından, qəribədir. Rusiya diplomatiyasının rəhbəri hələ fevralın əvvəlində Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü fonunda sözügedən xüsusda bildirib: “Şimaldan Ermənistana qarşı mifik hücumların hazırlanması ilə bağlı vaxtaşırı açıqlamaları eşitmək qəribədir. Ölkənizdə parlament seçkiləri kampaniyası artıq başlayır. Sizi əmin edə bilərəm ki, xaricdən, açıq şəkildə Rusiyaya istinad edən siqnallar eşidiləndə, kiminsə seçkilərə müdaxilə etməyə hazırlaşdığı, İrəvandan Avropa ittifaqına bu müdaxiləyə yol verməmək üçün çağırışlar ediləndə bütün bunlar bizim üçün qəribə görünür. İnanırıq ki, İrəvandakı məsuliyyətli siyasətçilər bu cür addımların açıq-aşkar təxribat məqsədləri ilə atıldığını başa düşürlər”. Rusiya xarici işlər naziri bir daha Moskvanın son zamanlar müntəzəm olaraq səsləndirdiyi iddianı da təkrarlayıb. Qeyd edib ki, İrəvan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməklə bunun nəticələrini aydın şəkildə anlamaldır: “Avrasiya İqtisadi Birliyinə üzvlük Aİ ilə əməkdaşlığın, xüsusən də üzvlüyün əsasını təşkil edən prinsiplərlə bir araya sığmır. Seçim sizindir və biz buna tam hörmətlə yanaşacağıq. Lakin biz gözləyirik ki, bu proses zamanı Ermənistan AİB-in tamhüquqlu üzvü olduqdan sonra son on ildə əldə etdiyi nəticələr nəzərə alınacaq. 2015-ci ildə Ermənistanın ÜDM-i 10,5 milyard dollar idisə, bu gün 26 milyard dollardır. Göstərici iki yarım dəfə artıb. Bu, şərhə belə ehtiyac olmayan bir faktdır”. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, İrəvan Avropa İttifaqından parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsini xahiş edib. Təbii ki, bu da Rusiyanı və Ermənistanda Moskvaya bağlı siyasi qüvvələri narazı salır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

31.07.2026 / 12:08
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

31.07.2026 / 11:55
ABŞ-ın raket arsenalı tükənib - Lockheed Martinlə 58 milyardlıq saziş bağlandı...

31.07.2026 / 11:52
Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır...

31.07.2026 / 11:06
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

31.07.2026 / 10:18
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

31.07.2026 / 09:17
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

31.07.2026 / 09:07
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

31.07.2026 / 08:17
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

31.07.2026 / 08:13
Prezident İlham Əliyevin Qırğız prezidenti ilə təkbətək görüşü keçirildi

31.07.2026 / 08:10
Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimi oldu

31.07.2026 / 07:25
İspaniya XİN İtaliyadakı səfirini geri çağırdı - Şengen sazişi dayandırılır?..

31.07.2026 / 07:15
ABŞ Rusiya şirkətinə sanksiya tətbiq etdi - İranın Mahan Air aviaşirkəti ilə əlaqələrinə görə…

31.07.2026 / 07:02
Durov adının terrorçular siyahısına salınmasına şərh verdi - “… çaşqınlıq içindədirlər”

31.07.2026 / 06:55
Uitkoff və Kuşner Ukraynaya gedir - həm də “foto çəkiliş xatirinə” yox…

31.07.2026 / 06:47
Tramp HƏMAS-ın tam silahsızlaşdırılması ilə bağlı Sazişi elan etdi

31.07.2026 / 06:39
HƏMAS silahı yerə qoyur - Axios…

31.07.2026 / 06:26
Rusiya ilk dəfə Kiyevdəki Amerika Dron Zavodunu vurdu

31.07.2026 / 06:09
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib

30.07.2026 / 23:27
Marağa rəsədxanasına ögey münasibət - Ziyalılar niyə susur?

30.07.2026 / 22:50
Xüsusi təyinatlı gizir

30.07.2026 / 22:14
Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

30.07.2026 / 21:42
Rusiya əleyhinə sanksiya qanununu Tramp şəxsən yazıb - Senatın komitə sədri ilginc faktı açdı...

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam... Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

30.07.2026 / 19:26
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - FOTO

30.07.2026 / 19:25
Bakı Qızlar Universiteti bağlandı - iki nazirlik məlumat yaydı...

30.07.2026 / 19:18
"Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir" - Vüqar Rəhimzadə

30.07.2026 / 19:01
“Kalkınma Elçiləri” TİKA-nın Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər etdi

30.07.2026 / 18:38
“Ermənistan İran və ABŞ arasındakı münaqişəyə vasitəçi kimi qarışa bilməz” - Paşinyan

30.07.2026 / 18:28
Ukrayna Rusiyanın cənubundakı ən böyük limanlardan birini və iki tankeri vurdu...

30.07.2026 / 18:25
Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol

30.07.2026 / 17:51
FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

30.07.2026 / 17:33
Ukraynanın Xəzərə raket-dron zərbələrinin yeni təfərrüatları çıxır...

30.07.2026 / 17:15
İran ABŞ-ın İordaniyadakı F-35 anqarını vurdu – 3 qırıcı məhv edildi...

30.07.2026 / 16:57
DİN-dən növbəti əməliyyat - 57 kq narkotik və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

30.07.2026 / 16:46
Ehsan, yoxsa ziyafət?...

30.07.2026 / 16:41
Trampı “psixoloji cəhətdən sındırmağa” çalışan kim(lər)dir?..

30.07.2026 / 16:36
İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib

30.07.2026 / 16:34
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - FOTO

30.07.2026 / 16:33
Astarada şəhid ailələri ziyarət olundu

30.07.2026 / 16:30
Azərbaycan xalqı öz qəhrəman şəhidlərini unutmur

30.07.2026 / 16:20
Netanyahu İrana qarşı Trampdan xəbərsiz addımlar atmayacaq...

30.07.2026 / 16:05
Hamilə rus qadınları Braziliyadan kütləvi deportasiya edilir - "doğum turizmi", ya vətəndaşlıq almaq cəhdi?..

30.07.2026 / 15:51
Çindən İrana döyüş texnikasının daşınma marşrutu qismən açıqlandı...

30.07.2026 / 15:25
Rusların məşhur "Matuşja" mahnısı Azərbaycan dilində səsləndi - VİDEO

30.07.2026 / 15:11
Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

30.07.2026 / 15:09
İraqlı nazirin Ərdoğanla imzalamaq istəmədiyi sazişdə nələr var?

30.07.2026 / 14:56
Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

30.07.2026 / 14:41
Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

30.07.2026 / 14:27
Hörmüzdə 21 gün sonra bir ilk - Qətər tankeri İranın razılığı ilə boğazdan keçdi..

30.07.2026 / 14:17
Bir neçə metr uzunluğunda kabab - erməni mətbəxində yeni saxtakarlıq...

30.07.2026 / 14:10
Paşinyandan Putinə mesaj - biz bu yanaşmanı qəbul etmirik...

30.07.2026 / 13:54
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

30.07.2026 / 13:24
SEPAH-dan ABŞ-a mesaj - təhdidlər davam etdiyi müddətcə Hörmüz açılmayacaq...

30.07.2026 / 13:10
Tramp İran bataqlığında – Tehranın bu qədər dirənəcəyini gözləmirdi...

30.07.2026 / 12:55
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

30.07.2026 / 12:52
Ukrayna Rusiyanın ən böyük bazarını çökdürür - vurulan “Wildberries” anbarlarının sayı 15-ə çatdı...

30.07.2026 / 12:44
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

30.07.2026 / 12:19
İran Küveytdə Çin şirkətinin binasını vurdu...

30.07.2026 / 12:10
AQTA gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırmalara başladı

30.07.2026 / 11:30
Azərbaycanın xarici dövlət borcu azaldı

30.07.2026 / 11:18
Rusiya Ukraynanın şəhərlərinə günişmiqyaslı hücum başlatdı – çox sayda ölü və yaralılar var...

30.07.2026 / 11:06
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

30.07.2026 / 10:55
Ukraynanın ardıcıl hücumları “Wildberries”i Rusiyadan qaçırır - şirkət anbarlarını Qazaxıstana köçürür...

30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı

30.07.2026 / 10:07
Türkiyədə meşə yanğınları genişlənir...

30.07.2026 / 09:21
Türkiyənin Etimesqut bələdiyyəsinin sədri, aktyor Erdal Beşikçioğlu saxlandı

30.07.2026 / 08:12
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi İran kəşfiyyatına işləməkdə ittiham olundu

30.07.2026 / 06:33
Rusiya səfirliyindən məşhur “Qrehem layihəsi”nə sərt təpki - “Trampa “ayı xidmətidir”…

30.07.2026 / 06:05
İranda “təkfirçi terror təşkilatı"na qarşı əməliyyat keçirildi

30.07.2026 / 05:44
ABŞ İranın İordaniyaya gecə hücumuna eyni cavabı verdi

30.07.2026 / 05:35
Türkiyədə Atatürkün partiyasından daha güclü Yeni partiya doğuldu - siyasi proses gərginləşir...

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ