Cümə günü, 31 iyul 2026
     

Vüqar Rəhimzadə: Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

Image


Dövlət başçısı İlham Əliyevin “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” fikirləri bu günlərdə Belçika və Niderland parlamentləri Nümayəndələr palatalarının qəbul etdikləri, Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlarına zərbə vurmaq məqsədi daşıyan qətnamələrin nə qədər əsassız, sülhə qarşı yönəlmiş təxribat olduğunu bir daha təsdiqləyir.

Azərbaycana qarşı zaman-zaman belə qərəzli qətnamələr qəbul edilsə də reallıqlarımız onların adi kağız parçasından başqa bir şey olmadığını həm həmin sənədlərin müəlliflərinə, həm də ümumilikdə Azərbaycanın uğurlarını, müstəqil siyasətini, regionda və dünyada yerinin, nüfuzunun möhkəmlənməsini həzm edə bilməyən dövlətlərə əsaslı şəkildə nümayiş etdirib. Belə heç bir reallığa söykənməyən sənədlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə təsir etmək imkanında deyil və edə də bilməz. Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi, modeli beynəlxalq arenada yüksək səviyyədə təqdir edilir, yeni əməkdaşlıq modellərinin yaradılması fonunda ölkələr, xalqlar daha da yaxınlaşır, sülhün, təhlükəsizliyin, qarşılıqlı etimad mühitinin mövcudluğunun dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rolu bir daha açıqlanır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” diplomatik uğurla yanaşı, eyni zamanda, Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Belçika və Niderland parlamentləri Nümayəndələr palatalarının qətnamələrində Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixi, nəticələri təhrif edilir, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulur. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin mahiyyətindən, 30 illik işğal dövrünün reallıqlarından, 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən, tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlardan xəbərsiz olan həmin qətnamələrin “müəllifləri” erməni faşizminə sevgilərini nümayiş etdirmədən öncə gerçəklikləri öyrənmək barədə düşünsəydilər daha yaxşı olardı. Onların qəbul etdikləri bu sənədlər qeyri-sağlam və irqçi təxəyyülün məhsuludur. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün qarşı tərəfə sülh təklifini etməklə dünya tarixində ilkə imza atdı. Hər zaman vurğulandığı kimi, bu, tarixi Zəfərimizə qədərki dövrün reallıqlarını, Azərbaycanın yaşadığı faciələri, soydaşlarımızın qaçqın və məcburi köçkün düşmələrini, şəhidlərimizi unutmağımız anlamına gələ bilməz. Sadəcə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi zamanın tələbidir. Bu baxımdan Belçika və Niderland parlamentariləri çirkin niyyətlərini, məqsədlərini erməni sevgisi adı altında ört-basdır etməyə çalışanda qeyd etdiyimiz reallıqları unutmamalı idilər. Dövlət başçısı İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Belçika və Niderland parlamentləri Nümayəndələr palatalarının aprelin 16-da qəbul etdikləri heç bir əsasa söykənməyən, qərəzli qətnamələr Azərbaycan-Ermənistan sülh prosesinə, regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönələn addımlara zərbə vurmaq məqsədi daşıyır. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsi regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Həmin sülh gündəliyində beynəlxalq hüququn beş əsas prinsipi öz əksini tapıb. Belçika və Niderland parlamentarilərinin sülh gündəliyində əksini tapmayan tələbləri gündəmə gətirmək cəhdləri sülh prosesinə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hədəflənir. Belə ki, Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçularının azad edilməsi və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Belçika Parlamentinin Nümayəndələr Palatası isə deputat Mişel de Maqdanın hazırladığı oxşar məzmunlu sənəd qəbul edib. Sənəddə, həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur. Belçika və Niderlandın, iki Avropa ölkəsinin parlamentində bəzi dünya güclərinin ikili standatlara əsaslanan siyasətini özündə ehtiva edən, heç bir araşdırma aparılmadan birtərəfli sənədin qəbul olunması müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Çünki hər iki ölkə beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ölkəmizin suverenliyini şübhə altına almır. Belə bir məqamda mövcud reallıqla ziddiyyət təşkil edən sözügedən kağız parçalarının qəbul edilməsi diqqətdən kənarda qala bilməz. Bu qətnamələr Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı ilk qərəzli addımları deyil. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yerinin və növqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin qəbul etdiyi qərarlar real addımları ilə eynilik təşkil edir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq edən Azərbaycan üçün etimad mühitinin qorunması, ölkələrin daxili işlərinə müdaxilənin yolverilməzliyi prioritetdir.

Millət vəkili bildirib ki, bəzi dünya dövlətlərinin “öz gözlərində tiri görməyib, başqasının gözündə çöp axtarmaq” prinsiplərinin daim dövlətlərarası münasibətlərdə inamın itməsinə, mübahisələrin, ciddi narazılıqların və narahatlıqların, həmçinin münaqişələrin yaranmasına səbəb olması günümüzün reallıqlarındandır. Bu gün Azərbaycana qarşı qərəzli addımlar atan, əsassız qətnamələri ilə gündəmdə olan Niderland və Belçika çox da uzaq olmayan ləkəli keçmişlərinə nəzər salsalar başqa dövlətin daxili işinə məqsədli şəkildə müdaxilə etmək cəhdlərinin nə qədər yersiz olduğunu görərlər. Tarixləri utancverici məqamlarla zəngin olan dövlətlərin beynəlxalq hüquqdan, qanunun aliliyindən danışmaları mümkünsüzdür. Bu baxımdan Niderlandın və Belçikanın müstəmləkəçilik tarixini geniş təhlil etməyə ehtiyac yoxdur.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, bu kimi qərəzli qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlara əsaslanan siyasətinin tərkib hissəsidir. Azərbaycanın müstəqil siyasətini, uğurlarını həzm edə bilməyən dövlətlər bu gün tarixi Zəfərimizin, suverenliyimizin bərpasının regionda və dünya siyasətində yaratdığı yenilikləri böyük qısqanclıq hissi ilə qarşılayırlar. Azərbaycanın dünyaya təqdim etdiyi dayanıqlı inkişaf modelini, sülh və əməkdaşlıq nümunəsini həzm etmək üçün ədalətin, beynəlxalq hüququn yanında olmaq lazımdır ki, bu da bəzi dövlətlərin maraqlarına uyğun deyil. Bu baxımdan ölkəmizə qarşı qəbul edilən, Azərbaycan üçün sadəcə kağız parçası olan qətnamələr hüquqi deyil, siyasi motivlidir. Azərbaycan hər zaman tutduğu yola sadiqdir. Heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir etmək imkanında deyil.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

30.07.2026 / 23:27
Marağa rəsədxanasına ögey münasibət - Ziyalılar niyə susur?

30.07.2026 / 22:50
Xüsusi təyinatlı gizir

30.07.2026 / 22:14
Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

30.07.2026 / 21:42
Rusiya əleyhinə sanksiya qanununu Tramp şəxsən yazıb - Senatın komitə sədri ilginc faktı açdı...

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam... Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

30.07.2026 / 19:26
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - FOTO

30.07.2026 / 19:25
Bakı Qızlar Universiteti bağlandı - iki nazirlik məlumat yaydı...

30.07.2026 / 19:18
"Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir" - Vüqar Rəhimzadə

30.07.2026 / 19:01
“Kalkınma Elçiləri” TİKA-nın Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər etdi

30.07.2026 / 18:38
“Ermənistan İran və ABŞ arasındakı münaqişəyə vasitəçi kimi qarışa bilməz” - Paşinyan

30.07.2026 / 18:28
Ukrayna Rusiyanın cənubundakı ən böyük limanlardan birini və iki tankeri vurdu...

30.07.2026 / 18:25
Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol

30.07.2026 / 17:51
FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

30.07.2026 / 17:33
Ukraynanın Xəzərə raket-dron zərbələrinin yeni təfərrüatları çıxır...

30.07.2026 / 17:15
İran ABŞ-ın İordaniyadakı F-35 anqarını vurdu – 3 qırıcı məhv edildi...

30.07.2026 / 16:57
DİN-dən növbəti əməliyyat - 57 kq narkotik və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

30.07.2026 / 16:46
Ehsan, yoxsa ziyafət?...

30.07.2026 / 16:41
Trampı “psixoloji cəhətdən sındırmağa” çalışan kim(lər)dir?..

30.07.2026 / 16:36
İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib

30.07.2026 / 16:34
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - FOTO

30.07.2026 / 16:33
Astarada şəhid ailələri ziyarət olundu

30.07.2026 / 16:30
Azərbaycan xalqı öz qəhrəman şəhidlərini unutmur

30.07.2026 / 16:20
Netanyahu İrana qarşı Trampdan xəbərsiz addımlar atmayacaq...

30.07.2026 / 16:05
Hamilə rus qadınları Braziliyadan kütləvi deportasiya edilir - "doğum turizmi", ya vətəndaşlıq almaq cəhdi?..

30.07.2026 / 15:51
Çindən İrana döyüş texnikasının daşınma marşrutu qismən açıqlandı...

30.07.2026 / 15:25
Rusların məşhur "Matuşja" mahnısı Azərbaycan dilində səsləndi - VİDEO

30.07.2026 / 15:11
Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

30.07.2026 / 15:09
İraqlı nazirin Ərdoğanla imzalamaq istəmədiyi sazişdə nələr var?

30.07.2026 / 14:56
Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

30.07.2026 / 14:41
Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

30.07.2026 / 14:27
Hörmüzdə 21 gün sonra bir ilk - Qətər tankeri İranın razılığı ilə boğazdan keçdi..

30.07.2026 / 14:17
Bir neçə metr uzunluğunda kabab - erməni mətbəxində yeni saxtakarlıq...

30.07.2026 / 14:10
Paşinyandan Putinə mesaj - biz bu yanaşmanı qəbul etmirik...

30.07.2026 / 13:54
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

30.07.2026 / 13:24
SEPAH-dan ABŞ-a mesaj - təhdidlər davam etdiyi müddətcə Hörmüz açılmayacaq...

30.07.2026 / 13:10
Tramp İran bataqlığında – Tehranın bu qədər dirənəcəyini gözləmirdi...

30.07.2026 / 12:55
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

30.07.2026 / 12:52
Ukrayna Rusiyanın ən böyük bazarını çökdürür - vurulan “Wildberries” anbarlarının sayı 15-ə çatdı...

30.07.2026 / 12:44
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

30.07.2026 / 12:19
İran Küveytdə Çin şirkətinin binasını vurdu...

30.07.2026 / 12:10
AQTA gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırmalara başladı

30.07.2026 / 11:30
Azərbaycanın xarici dövlət borcu azaldı

30.07.2026 / 11:18
Rusiya Ukraynanın şəhərlərinə günişmiqyaslı hücum başlatdı – çox sayda ölü və yaralılar var...

30.07.2026 / 11:06
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

30.07.2026 / 10:55
Ukraynanın ardıcıl hücumları “Wildberries”i Rusiyadan qaçırır - şirkət anbarlarını Qazaxıstana köçürür...

30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı

30.07.2026 / 10:07
Türkiyədə meşə yanğınları genişlənir...

30.07.2026 / 09:21
Türkiyənin Etimesqut bələdiyyəsinin sədri, aktyor Erdal Beşikçioğlu saxlandı

30.07.2026 / 08:12
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi İran kəşfiyyatına işləməkdə ittiham olundu

30.07.2026 / 06:33
Rusiya səfirliyindən məşhur “Qrehem layihəsi”nə sərt təpki - “Trampa “ayı xidmətidir”…

30.07.2026 / 06:05
İranda “təkfirçi terror təşkilatı"na qarşı əməliyyat keçirildi

30.07.2026 / 05:44
ABŞ İranın İordaniyaya gecə hücumuna eyni cavabı verdi

30.07.2026 / 05:35
Türkiyədə Atatürkün partiyasından daha güclü Yeni partiya doğuldu - siyasi proses gərginləşir...

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ