şənbə günü, 26 sentyabr 2026
     

Dünya Azərbaycandan keçən Dəhlizə milyardlar yatırmağa başladı - başqa etibarlı marşrut yoxdur...

Image


Bəlli olduğu kimi, Hörmüz boğazında gərginlik Avrasiya ticarətini getdikcə quru alternativlərə yönəldir. ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan sonra Tehran boğazda gəmilərin hərəkətini əsasən bloklayıb. Belə bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz Avrasiya logistikasında əsas diversifikasiya marşrutu kimi ön plana çıxır.

Dünya Bankı 2023-cü ildə Orta Dəhlizi strateji baxımdan mühüm, ancaq struktur baxımından məhdudiyyətli marşrut adlandırıb. Amma Rusiyanın Ukraynaya qarşı müharibəsi alternativ dəhlizlərə tələbatı artırıb. Dünya Bankı bildirir ki, marşrutun uzunmüddətli dayanıqlığı üçün koordinasiyalı investisiyalar lazımdır. İnfrastruktur əngəlləri aradan qaldırılmalı, sərhədlərarası gömrük və nəqliyyat prosedurları təkmilləşdirilməlidir. Bu istiqamətdə addım olaraq, aprelin 14-15-də Dünya Bankı və tərəfdaşları dəhlizin əsas çatışmayan hissələrinin gücləndirilməsinə 3.3 milyard dollar ayıracaqlarını açıqlayıb. Bu vəsaitin 1.9 milyard dolları Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidinə, 1.4 milyard dolları isə Qazaxıstanın Karaqandı-Jezqazğan avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək. Bu qərarın açıqlandığı gün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Astanada bir görüşdə bu cür investisiyaların əhəmiyyətini vurğulayıb: "Geosiyasi gərginliklər Rusiyadan keçən Şimal Dəhlizini proqnozlaşdırmağa imkan vermir. Cənub marşrutu isə tutumunun son həddindədir. Bu vəziyyət Orta Dəhlizi alternativ yox, məcburi seçimə çevirib".Orta Dəhliz Çin ilə Avropanı avtomobil yolları, dəmir yolları və limanlar vasitəsilə birləşdirən marşrutdur. O, əsasən, Rusiyadan keçən şimal marşrutuna və ənənəvi dəniz yollarına alternativ sayılır.

Almatıda yerləşən Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev qeyd edir ki, Hörmüz boğazı yenidən açılsa belə, onun sabit nəqliyyat və logistika marşrutu imici uzun illər, bəlkə də, daimi zədələnib: "Qeyri-müəyyənlik artıq qlobal qiymətləri və ticarət davranışını dəyişir. Çox güman ki, neft və azot gübrələrinin qiymətlərinə "risk xərci" əlavə olunacaq. Qlobal gübrə təchizatının 25-35 faizi Hörmüz boğazından keçir və bunun son qiymətlərə təsir qaçılmazdır. Buna görə də bir çox ölkələr gedişatdan asılı olmayaraq marşrutları şaxələndirməyə çalışacaq". Satpayevin fikrincə, Orta Dəhlizin cəlbediciliyinin artmasının əsas səbəbi onun keçdiyi regionların nisbətən sabit olmasıdır. Yaxınlıqda münaqişələr davam etsə də, Orta Asiya və Qafqaz "geosiyasi xaos şəraitində sabitlik nümayiş etdirib: "Bu, regiona nəqliyyat və logistika layihələri üçün platforma kimi marağı artırıb və onun qlobal statusunu yüksəldib". Onun sözlərinə görə, Orta Dəhliz Rusiyadan başqa hamıya uyğundur: "Görürük ki, böyük geosiyasi oyunçular regionda xüsusilə iqtisadi və nəqliyyat-logistika sahələrində mövqelərini gücləndirməyə çalışırlar. Çin və Avropa İttifaqı bu prosesdə xüsusilə aktivdir". Amma bəzi analitiklər Orta Dəhlizin hələ mövcud ticarət marşrutlarını tam əvəz edə biləcək səviyyədə olmadığını deyirlər.

Karneqi Beynəlxalq Sülh Fondunun Mərkəzi Asiya üzrə təhlilçisi Temur Umarov hesab edir ki, Orta Dəhliz nə qədər cəlbedici və perspektivli görünsə də, hələlik Rusiyadan keçən şimal marşrutlarını əvəzləyəcək inkişaf səviyyəsinə çatmayıb: "Praktiki baxımdan Orta Dəhlizin ticarət dövriyyəsinin bütün həcmini öz üzərinə götürəcəyini gözləmək hələlik tezdir. Bunun üçün davamlı investisiyalar, bir neçə ölkə arasında sıx koordinasiya və illərlə davam edəcək inkişaf prosesi tələb olunur". Amma D.Satpayev deyir ki, Orta Asiya ölkələri prosesi düzgün idarə etsələr, bu investisiyalar region əhalisinə real fayda verə bilər: "Xüsusilə Qazaxıstan kimi böyük ölkədə dəmir yolu və avtomobil yolu layihələri iqtisadi cəhətdən geridə qalmış regionları canlandıra bilər. Otellər, yanacaqdoldurma məntəqələri, xidmət və texniki infrastrukturun qurulması multiplikativ effekt yarada, bu ərazilərə ikinci həyat verə bilər". Hazırda Orta Dəhlizi Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İttifaqının maliyyə təşəbbüsləri ilə yanaşı, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət investisiyaları dəstəkləyir. Çin isə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bu layihənin əsas ticari hərəkətverici qüvvəsi qismində çıxış edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ