Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Elşən Əsədullayev, 48 yaşlı Seymur Mirzəyev, 46 yaşlı Namiq Həsənov və 37 yaşlı Anar Əliyev saxlanılıblar.
Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
ZÜMRÜD