çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycan folklorumuz ayrıca elmi araşdırma sahəsinə çevrildi...

Image


“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında Qərbi Azərbaycan folkloru barədə danışacağıq. Tükənməz bir xəzinə olan folklor, ağız ədəbiyyatı, şifahi xalq irsi xalqımızın mənəviyyat pasportudur. Əlbəttə, toponimlər, oykonimlər, hidronimlər və sairlə yanaşı folklor və etnoqrafiya da xalqın tarixini özündə ifadə edir.

Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycanda da folklor geniş yayılıb. Soydaşlarımız öz yurdlarından didərgin salınsalar da, ev-eşiklərini, yurd-yuvalarını itirsələr də, folkloru, söz xəzinəsini öz yaddaşlarında daşıyıblar.    

Bildiyiniz kimi, AMEA-nın Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi yaradılıb.

  • “İstəyirik ki, Qərbi azərbaycanlıların yaddaşında qalan şifahi tarix də kitablarda öz əksini tapsın”

Bu şöbənin yaradılması, əlbəttə, bir zərurət idi. Sözügedən şöbənin gördüyü və görəcəyi işlər, qarşıya qoyduğu hədəflərlə bağlı AMEA-nın Folklor İnstitutunun Baş direktoru, akademik Muxtar İmanov “Bakı-Xəbər”ə bildirdi ki, bu şöbə yaranana qədər də institutda Qərbi Azərbaycan folklorunun toplanması, tədiqiqi, çapı ilə bağlı çox işlər görülüb. “Qərbi Azərbaycan Folkloru şöbəsi yaranana qədər biz o sahədə həm toplama, həm də tədqiqat işləri aparmışdıq. Məsələn, Ağbaba, İrəvan çuxuru, Göyçə, Zəngəzurla bağlı çoxlu toplular, folklor materiallarından ibarət kitablar buraxmışıq. Eyni zamanda bizim Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalarımız olub. Məsələn, Göyçə, Ağbaba folkloru ilə bağlı dissertasiyalar müdafiə olunub. Hətta Göyçə folkloru ilə bağlı doktorluq dissertasiyası müdafiə olunub. Yəni həm toplama, həm sistemləşdirmə, həm tərtib, həm nəşr, həm də tədqiqat sahəsində müəyyən işlər görülüb. Amma cənab Prezidentin Qərbi Azərbaycan İcmasının ofisinin açılışındakı məlum çıxışından sonra akademiyada belə qərara gəlindi ki, Folklor İnstitutunun nəzdində ayrıca bir şöbə yaradılsın və Qərbi Azərbaycan folklorunun toplanması, nəşri, tədqiqi ilə xüsusi olaraq həmin şöbə məşğul olsun. Şöbəyə həm institutumuzun əməkdaşı, həm Milli Məsclisin deputatı, həm də Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli rəhbərlik edir. Əvvəla, Əziz Ələkbərlinin o sahədə çox böyük təcrübəsi var. Bilirsiz ki, o özü də Qərbi Azərbaycanın Vedibar bölgəsindəndir. O Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrinin folkloru, etnoqrafiyası, tarixi ilə bağlı bir neçə fundamental kitabın müəllifidir. Onu da deyim ki, o həm də doktorluq dissertasiyasında bu bölgənin tarixi, folkloru ilə bağlı çox qiymətli materialları da elmi cəhətdən əhatə edib. Yəni bu sahəyə çox dərindən bələ dolan bir alimimizdir. Bu şöbəyə də bir neçə elmi işçi cəlb etdik ki, onlar da Əziz müəllimin rəhbərliyi altında o işi görsünlər”.

Folklor İnstitutunun Qərbi Azərbaycan İcmasının xətti ilə hazırda ayrı-ayrı rayonlara, bölgələrə səpələnən Qərbi azərbaycanlı soydaşlarımızın ev ünvanlarını toplayırlar. Məqsədləri isə  soydaşlarımızın hansı rayonlarda, kəndlərdə yaşadıqlarını öyrənmək və o ailələrə gedib, o insanlarla görüşüb onlardan folkor nümunələri toplamaqdır. “O xəttlə biz o ailələrə, o evlərə, o ünvanlara gedib birinci toplama işləri ilə məşğul olmaq istəyirik. Onunla da paralel Qərbi Azərbaycan folkloru və etnoqrafiyası ilə bağlı ayrı-ayrı elmi məqalələrdən ibarət kitabların yazılmasını nəzərdə tuturuq. Dediyim kimi, dissertasiya mövzularının verilməsi, ayrı-ayrı konfransların keçirilməsi bu səpkidən olan plan işlərimizin sırasına daxildir”.

“Muxtar müəllim, bunu həm də bir ideoloji iş hesab etmək olar və bu tədqiqatları, araşdırmaları dünyaya çıxarmaq da mümkündür. Belə hədəfləriniz varmı”-deyə M.İmanovdan soruşduq. “Təbii ki, belədir. Bizim bu sahədə Qərbi Azərbaycanla paralel bu layihəni Qarabağ folklorunun toplanması ilə bağlı da həyata keçirmişik. Buraxdığımız X cilddən ibarət Qarabağ toplularının adı belədir - “Qarabağ: folklor da bir tarixdir”. Bu baxımdan Qərbi azərbaycanlı ailələrinin bizə təqdim edəcəyi folklor materialları   içərisində həm də istəyirik ki, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrindən olan yaşlı insanlarımızın yaddaşından, dilindən şifahi tarixi toplayıb sistemləşdirib çap edək. Yəni bunların yaddaşında o bölgələr necə qalıb, hansı hadisələr xatirlərindədir? Erməni-azərbaycanlı münaqişəsi ilə bağlı hansı əhvalatlar onların yadında necə qalıb, ata-babalarından necə eşidiblər? Xatirələrin özü də toplanacaq. Bu baxımdan xatirələrlə də xüsusi maraqlanırıq. İstəyirik ki, Qərbi azərbaycanlıların yaddaşında qalan şifahi tarixi də kitablarda öz əksini tapsın. Bu çox ciddi və strateji əhəmiyyətə malik bir işdir. Biz artıq Zəngəzur, Göyçə mücadiləsini aparırıq, istəyirik ki, əvvəl-axır Ermənistan qarşısında bu məsələləri qaldıraq. Adını çəkib-çəkmədiyim bölgələr var ki, onlar azərbaycanlıların yaşadıqları dədə-baba torpaqlarıdır. Çox qiymətli materiallar sırasında yer-yurd adları ilə yanaşı həm də folklor materialı sübut edir ki, biz orada çox böyük mədəniyyətin daşıyıcısı olmuşuq. Qərbi Azərbaycanda Azərbaycan xalqının mənəvi dünyasını əks etdirən zəngin mədəniyyətimiz, aşıq sənətimiz olub, dastanlarımız yaranıb, orada ayrı-ayrı el sənətkarlarımız yaşayıb-yaradıb. Bu baxımdan bu işlərin böyük strateji əhəmiyyəti var”-deyə M.İmanov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ