Cümə günü, 14 avqust 2026
     

XIV əsr məşhur Azərbaycan musiqiçisi necə farslaşdırılır...

Image


Azərbaycanın musiqi tarixində çox nəhəng simalar olub ki, yaşadıqları çağdan asılı olmayaraq onların yaradıcılığı müasir dövrə də nüfuz edə bilib. Qədim dövrlərdən Azərbaycan sənətkarları, musuqi xadimləri unikal musuqi əsərləri yaradıblar ki, bu əsərlər neçə-neçə nəslin yaddaşında qalıb.

Belə şəxsiyyətlərdən biri də musiqi bilicilərinin padşahı adlandırılan, bütün həyatını musiqiyə, şeirə bağlayan, çox zəngin bir xəzinə yaradan  Əbdülqadir Marağayidir (Әbdülqadir Maraği ) ki, biz bu türk oğlundan danışacağıq. Çox təəssüf ki, uzun müddətdir fars millətçiləri, şovinist qruplar Marağayini də “fars”, “İran” musiqiçisi kimi dünyaya təqdim edirlər. Halbuki, Ə.Marağayinin dövründə İran adlı dövlət yox idi və o, Azərbaycanda doğulub boya-başa çatıb, təhsil alıb, yaradıcılıqla məşğul olurdu. Marağayinin “fars”, “İran” musiqiçisi kimi qələmə verilməsi hər zaman soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb ki, o fars deyil, xalis türkdür və onun yaradıcılığı ana dilimizin, ana musiqimizin şəhdi-şirəsindən bəhrələnib. Onu da vurğulayaq ki, bir neçə il əvvəl İran adlanan ölkədə Əbdülqadir Marağayinin adına musiqi festivalı da keçirilib. Bu da soydaşlarımızın, güneylilərin yaratdığı ictimai-siyasi təşkilatların etirazı ilə qarşılanıb. 2017-ci ildə Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) saytında gedən yazılardan birində buna tənqidi yanaşılıb: “...İran adlanan ölkə Azərbaycan musiqisinin banilərindən olan Əbdulqadir Marağayını İran musiqiçisi və sənətkarı kimi qələmə verib. Rejim bu istiqamətdə Əbdulqadir Marağayının ana yurdu Azərbaycanın qədim şəhəri Marağada I Abdulqadir Marağayı Musuqi Festivalı keçirməyə başlamışdır...

İran rejimi məqsədli şəkildə Azərbaycan həqiqətlərini təhrif etməklə Əbdulqadir Marağayını İran musiqisinin nəzəriyyəçisi, İran musiqisini təsnif edən iranlı sənətkar və İran musiqisinin ulduzu kimi təqdim edib”.

Təşkilat da qeyd edib ki, Marağayi bir türk övladıdır, o fars deyil, onun o şəkildə qələmə verilməsi qəbuledilməzdir.

Çox təəssüf, bu gün molla rejimi çalışır ki, güney azərbaycanlıları bizdən ayırsın, onları başqa “xalq” kimi qələmə verib öz çirkin niyyətlərinə nail olsun. Bu gün Güney Azərbaycanın neçə-neçə böyük sənətkarını molla rejimi öz doğma kökündən ayırmağa çalışır, amma təbii ki, buna nail ola bilməz. Çünki bir insanı öz milli kökündən qoparmaq heç zaman olmaz. İnsanın milliyyəti, milli mənsubiyyəti, genetik kodu heç zaman dəyişmir. “Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər” rubrikasında XIV əsrdə qədim Azərbaycan şəhərində doğulan dahi musiqiçi, musiqişünas, bir sıra muğamların, musiqilərin yaradıcısı Əbdülqadir Marağayidən danışacağıq.

  • “Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi”

Bütün mənbələrdə milliyyəti Azərbaycan türkü olaraq qeyd edilən Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub.

Tədqiqatçılar yazır ki, orta əsrlərin bir çox digər alimləri kimi, Marağayi də hərtərəfli təhsil alıb və Şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam, xəttat və şair olaraq tarixdə iz qoyub. Marağayi öz şeirlərini Azərbaycan türkcəsində, fars və ərəb dillərində yazıb. Marağayi, özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda yazıb. İraq türkləri arasında geniş yayılan bu şeirlər Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alınıb.

Məlumatlara görə, onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdülqədir özünün "Ma-qasid əl-Əlhan" adlı əsərində bu barədə yazır:

"Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi. O, mənim təhsilim üçün, xüsusən də musiqi elmini öyrənməyim üçün çox iş görmüşdür."

Onun oğlanları və nəvələri də tanınmış musiqiçilər olub. Əbdülqədir Marağayinin kiçik oğlu Əbdüləzizin musiqi nəzəriyyəsinə dair "Niqavət ül-ədvar" əsəri hazırda "Nuri Osmaniyyə" kitabxanasında saxlanmaqdadır. Onun nəvəsi Məhəmmədin "Ma-qasid ül-ədvar" əsəri də həmin kitabxanadadır.

  • “Dövrün yeganəsi, musiqidə tayı-bərabəri olmayan...”

Tədqiqatçılar vurğulayır ki, Əbdülqədir dörd yaşında ikən Quranı əzbərləyir, on yaşında musiqi elminin əsaslarını mənimsəyir, qrammatika, ritorika və üslubiyyatı öyrənir və artıq onu da atası ilə birlikdə alim və şeyxlərin məclislərinə dəvət etməyə başlayırlar. O, məclislərdə Quran ayələrini avazla oxuyur və mürəkkəb musiqi əsərləri ifa edirdi.

O, eyni zamanda musiqi təhsilini artırır və Şərqin Farabi, İbn-Sina, Səfiəddin Urməvi, Qütbəddin Şirazi, Əbu Əli  kimi alimlərinin musiqi nəzəriyyəsinə həsr edilmiş əsərlərini öyrənir. Musiqiçilər arasında o, nəzəriyyə üzrə nüfuz sahibi kimi məşhurlaşır. Tezliklə onun şöhrəti öz şəhərinin hüdudlarını aşır və Əbdülqadiri Təbrizə  sultan sarayına məclislərə çağırırlar. Həmin məclislərdə dövrün ən tanınmış müğənni və şairləri, ifaçıları heç də zəif şair və musiqiçi olmayan sultan Üveys Cəlairin başına yığışırdılar. Sultan Üveys gənc musiqişünasın şöhrətini daha da artıran bir fərman da verir. Fərmanda Əbdülqədiri "dövrün yeganəsi, musiqidə tayı-bərabəri olmayan" adlandırır.

  • 100.000 qızıl dinarlıq mərc...

Tədqiqatçılar yazır ki, Sultan Üveysin vəfatından sonra da Əbdülqədir onun oğlu Sultan Hüseynin sarayında qalmaqda davam edir. Sultan Hüseyn sənətkara atasından da artıq hörmət-izzət göstərir. 1377-ci ildə Marağayi "Əlhani-siqanə" (Otuz nəğmə) adlı əsərini yazır. Bu əsər onun həyatında baş vermiş bir epizodla bağlı idi. Saray məclislərinin birində Sultan Hüseyni Marağayiyə təklif edir ki, Ramazan ayının hər gününə bir musiqi əsəri həsr etsin. Marağayi razılaşır. Bu vaxt məclisdə iştirak edən məşhur Azərbaycan musiqiçisi, onun gələcək qaynatası Ruzvanşah Təbrizi 100.000 qızıl dinardan mərc gəlir və şərt qoyur: hər dəfə musiqi yazılan gündən ancaq bir gün qabaq onun muğamı, ritmi, quruluşu və sözləri onlar tərəfindən müəyyənləşdiriləcək. Şeirlər məclisin görkəmli şairləri tərəfindən ərəb və fars dillərində yazılır. Sultan Hüseyn də bir şeir yazır və Marağayidən bu şerə Hüseyni ladında musiqi bəstələməyi xahiş edir. Marağayi olduqca sərt çərçivə daxilində işləməyə məcbur olsa da, şərti yerinə yetirir və vaxtında 30 nəğməni hazır edir.

Onun istedadına heyran qalan Rizvanşah Təbrizi Marağayiyə, nəinki uduzduğu pulları göndərir, həmçinin qızını da ona ərə verir.

  • Teymurun çıxardığı edam cəzasından xilas...

Yazılanlara görə, Marağayi Sultan Hüseynə "Bahar ritmi" adlı bir əsər də həsr edir. Bu əsər onlar Təbrizdəki saray bağçasında gəzərkən bədahətən yaranır. 1380-ci ildə hakimiyyətə gələn Azərbaycanın yeni sultanı Əhməd ibn Üveys də alim-musiqiçinin istedadını layiqincə qiymətləndirir. Marağayi onun şərəfinə otuz ayrıca bölmədən ibarət "Dövri-şahi" adlı bir əsər yazır.

Teymurun Azərbaycana gəlişindən sonra bir çox incəsənət xadimləri Səmərqəndəaparılır. 1397-ci ildə Teymurun çıxardığı edam cəzasından öz qeyri-adi musiqi istedadı, dərin zəkası, biliyi ilə canını qurtaran Marağayi də bunların siyahısına düşür. Elə həmin ildə Teymur özünün fərmanı ilə başıbəlalı alimi "bütün musiqi bilicilərinin padşahı" adlandırır. 1399-cu ildə Əbdülqədir Təbrizə, Teymurun oğlu Miranşahın sarayına qaytarılır. Lakin doğma şəhərin havası ilə nəfəs almaq səadəti uzun çəkmir. İkicə ildən sonra Teymur onu yenə ölüm cəzasına məhkum edir, bu dəfə artıq ona xəyanət etmiş oğlu Miranşahın yaxın adamı kimi. Ancaq yenə də Marağayi edam olunmaqdan canını qurtara bilir. Əgər birinci dəfə onu Qibleyi-aləmə türkcə müraciəti xilas etmişdisə, bu dəfə sənətkar, Teymurun qəzəbini səngitmək üçün Qurandan bir surəni ustalıqla oxuyur. Və yenidən Səmərqəndə, Teymurun sarayına aparılır.

Marağayi Səmərqənddə də yaradıcılığından qalmır, yeni-yeni musiqi əsərləri və musiqişünaslıq risalələri yazır. Onun "Kənz əl-əlhan" ("Melodiyalar xəzinəsi") risaləsindəki melodiyalar Urməvinin hərfi-ədədi sistemi ilə verilmişdi. Burada hərflər səslərin yüksəkliyini, rəqəmlər uzunluğunu göstərir, ladın və vəznin adı isə melodiyanın ritm və quruluşunu bildirirdi.

İngilis musiqişünası C.Fermer bu risaləni təhlil edərək yazır ki, Marağayinin yaratdığı bir çox melodiyalar indiyəcən türklər arasında "Giyar", yaxud da "Kiyar"adı ilə yaşamaqdadır.

Marağayi "Came əl-əlhan" ("Melodiyalar məcmusu") adlı nəzəri əsərini 1405-ci ildə yazmağa başlayır və 1413-cü ildə başa çatdırır. Daha sonra o, "Məqasid əl-əlhan" ("Melodiyaların məqsədi"), "Lahiyyə" ("Musiqi"), "Şərh əl-ədvar" ("Dövrələrə şərhlər") və "Fəvaid-i əşərə" ("On fayda") adlı əsərlərini qələmə alır. Onun sonuncu əsərləri yüksək mürəkkəblik dərəcəsi ilə fərqləndiyindən, peşəkar musiqiçilər, hazırlıqlı nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulmuşdu. Ella Zonisin sözlərinə görə, "Came əl-əlhan"da ilk dəfə olaraq, fars musiqisinin geniş not yazısı verilib.

Marağayinin əsərlərində muğam nəzəriyyəsinə və o dövrün şifahi musiqi ənənəsinin digər janr və formalarına geniş yer ayrılıb.Muğamlar haqqında o yazır:”Muğamın səsləri səslənmənin gözəlliyi və incəliyi prinsipinə əsaslanır. Bunların sayı səkkizə, yaxud ona çatır."

Daha sonra deyilir:

"Türklər Üşşaq, Nəva və Busalik muğamlarına üstünlük verirlər, ancaq qalan muğamlar da onların yaradıcılığına daxildir”.

  • “Ey həkimlər, əgər Əbdülqadir öz çarəsini udda taparsa, təəccüblənməyin”

Tədqiqatçılara görə, Marağayi öz musiqi risalələrininin əksər qismini fars dili və Azərbaycan türkcəsində yazdığı şeirlərlə tamamlayır. Azərbaycan türkcəsində yazdığı şeirlərindən birində Marağayi öz həyatından gətirdiyi epizodu təsvir edir: bir dəfə o, ağır xəstələnir və yatağının başına yığışmış ən yaxşı həkimlər belə sənətkara kömək eləyə bilmirlər. Onda udu əlinə alıb, oxumağa başlayır: "Ey həkimlər, əgər Əbdülqədir öz çarəsini udda taparsa, təəccüblənməyin. Çünki o, musiqini özü üçün ən yaxşı dərman bilir".

Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirir. O öz əsərlərində doqquz əsas türk ladını və bütün şərq xalqları üçün ümumi olmaqla türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirib ayırır (Üşşaq, Nəva, Busalik, Nehoft, Bayatı-Novruz). Marağayi yazır ki, həmin türk ladlarından monqol musiqiçiləri də istifadə etmişlər.

Marağayi öz əsərlərində o zaman mövcud olmuş və müxtəlif musiqi risalələrində təsvirini tapmış alətlər barədə də maraqlı məlumatlar verir. Simli alətlərdən kamança, hicaq, ney-tənbur, rübab, rudhani və s., nəfəs alətlərindən ağ ney, qara ney, balaban, zurna, burğu və başqaları onun əsərlərində təsvir olunur. Maraqlıdır ki, onun təsvir etdiyi alətlərdən biri Təbriz-Şirvan tənburu adlanır. Elə buradaca Marağayi başqa bir tənburun-türk-monqol tənburunun da təsvirini verir ki, bu da hələ o zamanlar Təbriz və Şamaxı musiqi mədəniyyətindəki oxşar və fərqli cəhətləri aşkarlayır.

Tədqiqatçılara görə, Marağayi ömrünün son illərini Heratda keçirib və 1436-cı ildə burada vəfat edib, dəfn olunub.

Marağayinin bioqrafiyasına, yaradıcılığına, onun barəsində yazılanlara diqqət yetirdik, hər addımda onun türk oğlu türk olduğu bir daha öz tədqini tapdı. Bu baxımdan, mollabaşların Marağayiyə qarşı sürdüyü iddia da suya düşür və iflasa uğrayır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ