Bazar günü günü, 22 noyabr 2026
     

Göyçənin Ağkilsəsində aşıq Ələsgərin məzarını ermənilər necə dağıtdı…

Image


“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında türk dünyasının böyük ozanı, göyçəli aşıq Ələsgər, onun erməni vandallığına məruz qalan məzarı və dağıdılan qəbirüstü abidəsi barədə danışacağıq.

“Adım Ələsgərdir, Göyçə mahalım” deyən sənətkar 1821-ci ilin mart ayında Göyçə mahalının Ağkilsə kəndində doğulub. Dülgərliklə məşğul olan atası Alməmməd kişi kəndin sayılıb-seçilən, hörmətli şəxslərindən biri olub. Öz sevimli sənəti ilə yanaşı söz sənətinə də meyl edir, sinədən arabir bayatı, qoşma, gəraylı söyləyirdi.

Ustad aşığın tədqiqatçıları yazırlar ki, Alməmməd kişinin ailəsi böyük olub: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfərlik külfətini bir qarnı ac, bir qarnı tox dolandırırdı.

Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hədislərinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

Yaradıcılığından bəhs edən tədqiqatçılar qeyd edirlər ki, aşıq Ələsgər Ağ Aşığın şəyirdi Qızılvəngli aşıq Alıya qulluq edib, sənətin sirlərini ustadından öyrənib, özü də çoxlu şəyirdlər yetişdirib. Ustad aşıq Azərbaycan poeziyasında, xüsusən də aşıq şeir şəkillərinin formalaşmasında xüsusi rola malikdir. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani, dildönməz və sair şeir növləri aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə büruzə verməkdədir.

Xalq şairi Səməd Vurğun öz çıxışlarının birində belə deyirdi: “ Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında dədə Ələsgərdən bir nişanə görürəm”.

Məlumatlara görə, 1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanır, əhalisi isə öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olur. Aşıq Ələsgərin özü də, ailəsi də qaçqın-köçkün kimi Kəlbəcərin Yanşaq kəndində yaşayıb. Tədqiqatçıları bildirir ki, iiki ildən sonra ustad aşıq Tərtərə köçür və  bir neçə ay da orada qalır. Tədqiqatçıları yazır ki,  bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylağı üçün darıxırdı.

Nəhayət, 1921-ci ildə, 100 yaşının tamamında o, Ağkilsəyə qayıdır, ömrünün son illərini doğma kəndində yaşayır.

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il martın 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olunub. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alıb və nəşr ediblər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub. Bu  münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanıb və və çap edilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı yazır ki, Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə böyük ozanımız aşıq Ələsgərin 150 illik yubileyi ümumxalq bayramı kimi qeyd olunub. Professor Qasımlı onu da vurğulayır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın 150 illik yubileyi Moskvada, Kremlin Qurultaylar Sarayında keçirilib. Yenə də ulu öndərin təşəbbüsü ilə  doğma Göyçə mahalında ustadın büstü ucaldılmışdır. İllər boyu ustad aşığın məzarüstü abidəsi, məzarı saz-söz sevərlərin ziyarət yeri olub.

Lakin 1988-ci ildə soydaşlarımız öz dədə-baba yurdlarından zorla deportasiya edilir.  

Aşıq Ələsgərin Basarkeçər rayonunun Ağkilsə kəndindəki abidəsi də, müqəddəs məzarı da erməni vandalizminə məruz qalıb. Məlumatlara görə, erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıdıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il fevralın 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” və 2021-ci il noyabrın 30-da Bakı şəhərində “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” sərəncamlar imzalayıb. İki il əvvəl ustad aşığın 200 illik yubileyi ölkəmizin hər bir yerində qeyd edildi.

Aşıq Ələsərin doğulduğu, dəfn edildiyi Göyçə mahalı hazırda yağı əlindədir. Gün gələcək, ustad aşığın doğma kəndinə də yollar açılacaq və orada onun abidəsi yenidən ucaldılacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ