çərşənbə günü, 07 oktyabr 2026
     

İranın türkdilli Qaşqay elat tayfaları - dillərini unutdura bilmədilər...

Image


“Türkün dilitək sevgili dil olmaz” rubrikasında Qaşqayların tarixini, yaşamını, həyat tərzini sizə təqdim edəcəyik. Əsasən İran adlandırılan ölkənin cənub-qərbində yaşayan qaşqaylar Azərbaycan dilinin Qaşqay ləhcəsində danışırlar.

Onlar hər zaman öz adət-ənənələrini yaşdıblar və onu itməyə qoymayıblar. Qaşqayların tarixini araşdıranlar bu azərbaycanlı elat tayfasının çox zəngin folklora, mədəniyyətə, adət-ənənəyə malik olduğunu və indiki nəslin də keçmişə sayğı duyduğunu yazır.

Bayatı, ay bayatı…

Dan ulduzu batançəz,
Oyaq gözlər yatançəz.
Yol gözlədim gəlmədiŋ,
Ax, ta qiyamətənçəz.

Tellərin xərmən-xərmən,
Aləm əsir, nə bir mən?
Gəl aləmi bağışla,
Ta bir qalam əsir mən

Qaşqay elinin bayatı boxçasından bu iki bayatıdan da görünür ki, onların necə zəngin söz-folklor xəzinəsi var. Bayatı bu xalqın zərif duyğusunun, açıq könlünün nidasıdır. Bu bayatılar və digər folklor nümunələri Əli Şamilin “Qaşqaylar və onların folkloru” kitabından götürülüb.

Qaşqaylar daha çox fars dilinin, mədəniyyətinin basqısına məruz qalsa da, əsasən  Fars ostanında yaşasalar da öz dil və mədəniyyətlərini, xüsusən də folklorlarını qoruyublar. Məlumdur ki, onlar Fars ostanı ilə yanaşı Çaharmahal, Kohgiluyə, Xuzistan və Buşehr ostanlarında yaşayırlar və İranda çoxsaylı azərbaycanlı elat tayfası olaraq bilinirlər. 

  • Atalar sözləri və zərb-məsəllər…

Qaşqay elinin çox zəngin atalar sözləri və məsəllər xəzinəsi də var ki, onlardan da bir neçəsini yada salmaq istəyirik.

Baş-qulağımı unlu gördün, adımı deyırmançı qoydun.

Çaqqal var ki baş yiyer, qurdun adı pes çıxmış. Deveçinən yoldaşlıg edənin dərvazası gen olası. Deve təkin günbəgün geri işir.

Dovar (davar, sürü) geri büküləndə (dönəndə) ağsağ qəççi iləri düşür.

Eşşəgi palan saxlar, qoşunu yalan.

  • Milli kimliyinə sahib çıxan xalq…

Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V.İ.Savinanın müşahidəsinə görə, Qaşqaylar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılıblar . V.V.Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışıblar.

İranda döyüşkən xalq kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur.  

Qaşqay sözünün etimologiyasına gəlincə, türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır. Alnında ağ xal olan heyvanın doğulması qədim Aralıq dənizi ətrafında yaşayan xalqlarda xoşbəxtlik rəmzi kimi qəbul olunurdu. Həmin nişanənin ulduzla, ayla əlaqələndirilməsi qaşqay sözündə "ay" anlamını möhkəmlətmişdir. Sonrakı dövrlərdə qaşqay sözünün titul mənası da yaranmışdır. V. V. Bartold yazır ki, qırğızların şahı (xanı) yox idi, yalnız bəyləri vardı ki, onu da kaşka adlandırırdılar və həmin kaşka titulunu sonralar kalmıklar da işlədirdilər. Tədqiqatçılara görə, bu sözün oyrot sənədlərində də titul bildirdiyi göstərilir. M.Seyidov isə "qaşqay" sözünün yalnız ikinci hissəsinin "ay" anlamı daşıdığını yazır.

  • Sazlı-sözlü Qaşqay…

Əli Şamilin “Qaşqaylar və onların folkloru” kitabında gedən məlumatlarda Qaşqay aşıqlarından da danışılır. Kitabda qeyd edilir ki,  Qaşqay aşıqlarının sayı olduqca çox idi. “1953-cü ildə el quruluşunun dağıdılması aşıqlara da ağır zərbə

vurdu. Onların çoxu dolanışıq çətinliyindən, yoxsullaşdıqlarından sənətlərini, peşələrini buraxmağa məcbur oldular. Sayları gündəngünə azaldı. Hazırda on, on beş aşıq ailəsi el içində dolanır”. Bu fikirlər ünlü musiqiçi Furud Görginpur Ə.Şamilin kitabında gedən yazıda bildirib.

“Qaşqay musiqisi xüsusi müstəqilliyə malikdir. O, başqa xalqın, elin, tayfanın musiqisinin təsirində deyil. Lakin Qaşqay aşıq musiqisi Azərbaycan aşıq musiqisilə demək olar ki, eynidir.

Aşıqların musiqisi geniş yayılmış qədim musiqidir. Aşıqlar şənlik, şadlıq və qəm gətirən hər hansı bir hadisəyə münasibətlərini şeir və mahnı ilə bildiriblər. Onlar məclislərdə dastan

danışmağı çox sevirlər...Qaşqay aşıqları ilə Azərbaycan aşıqları arasında müştərək

mahnılar vardır. Məsələn, Qaşqay aşıqlarının Koroğlu dastanındakı şücaət, igidlik, mərdlik, qəhrəmanlıq məsələləri Azərbaycan aşıqlarının Koroğlusu ilə eynidir. Qaşqayların “Kərəm”, “Məsum”, “Mahmud” mahnılarını çox cüzi fərqlə Azərbaycan aşıqlarının ifasında eşitmək olar. .... “Səhər avazı”, “Cəngnamə”, “Məhəmməd

Tahir bəy”, “Samsam” mahnıları köhnə aşıq melodyalarıdır. “Koroğlu”, “Mahmud və Sənəm”, “Mahmud və Nigar”, “Baş Xosrov”, “Həlilə Xosrov”, “Bisutun”, “Gəraylı”, “Baş gəraylı” Qaşqay aşıqlarının hazırda istifadə etdiklər mahnılar və qoşmalardır” Qaşqay aşıqlarından danışan Furud Görginpur deyib. Nəşrdə qeyd olunana görə,  Qaşqay aşıqları da Həmədan, Savə, Xələc aşıqları kimi çəkur, çökur dedikləri sazda çalıb oxuyurlar. Qaşqay aşıqlarından Aşıq Səyyad və Aşıq İsmayılı yüksək qiymətləndirən musiqi araşdırıcısı Ustad Samsamın, Ustad Davudun, müğənnilərdən Mahpərvizin, Məhəmmədhüseynin, Təhmuraz Kəşküllünün, Mahmud İskən-dərinin və b. adlarını çəkir. Ustad Davud haqqında deyir:

“Onun adına bəstələnmiş mahnı hələ də el içərisində oxunur”.

Şərq musiqi alətləri ilə yanaşı Avropanın simli musiqi alətlərində də mahir ifaçı kimi tanınan Furud Görginpur 1993-cü ildə Tehranda keçirilən beynəlxalq musiqi festivalında kamança

çalanlar arasında birinci yeri tutaraq mükafat alıb. Bu faktlar sözügedən kitabda yer alıb.

Furud Görginpurun hazırladığı musiqi albomlarından “Qaşqay musiqisi” (6 ədəd), “Qərib-Şahsənəm”, “Koroğlu”, “Türkmənsəhra”, “Hicran” müəllifinə yalnız musiqiçilər arasında deyil,

İranda yaşayan Türk xalqları arasında da geniş şöhrət qazandırıb.

Bu böyük sənətkarın öz elinə, ulusuna, xalqına məhəbbətindən doğan bir hadisədir. Əlbəttə, Qaşqaylar barədə çox şey yazmaq olar. Elat həyatı keçirirlər, bütün gələnəkləri  qoruyurlar.

  • Qaşqaylar necə yaşayırlar?

Qaşqayların həyat tərzi çox maraqlıdır. Tədqiqatçılara görə, qaşqay kişiləri yaxşı at çapmaları və papaqları ilə tanınırlar. Qadınlar əyinlərinə üç qatlı rəngbərəng don geyinirlər. Onlar köç zamanı yığdıqları bitki və böcəklərdən əlvan boyalar hazırlayır, ipləri və qoyun yununu bu boyalarla boyayırlar.

Qaşqaylar Azərbaycan dilinin Qaşqay ləhcəsində danışırlar. Bu ləhcə Azərbaycan dilinə çox yaxın ləhcədir. Bəzi qaşqayların dilləri farsların arasında yaşadıqlarına görə fars dilinin təsirinə məruz qalıb. Bəziləri isə ana dilində təhsil almaqdan məhrum olduqlarına görə məcburən fars dilini öyrənib və bu dildə danışırlar.

Qaşqaylar ilin 3, 4 ayını köç edirlər. Qalan ayları yaylaq və qışlaqda keçirirlər. Belə qaşqaylara Badi (yel) qaşqayları, bölgələrdə yurd salıb məskunlaşan qaşqaylara isə Xaki (torpaq) qaşqayları deyirlər. Badilər əsasən heyvandarlıqla məşğuldurlar və bu səbəbdən tez-tez köç edirlər. Onların evlərı alaçıq və çadırlar. Onlar alaçığı iki hissədən düzəldirlər:

Üst hissə, yəni tavan – qara çadır adlanır və keçi dərisindən olur.

Yan hissə, yəni divarlar – çıq ya çit adlanır və qamış, eləcə də keçi dərisindən olur.

  • Qaşqayların simvolları

Məlumatlara görə, 2022-ci ilin noyabr ayının 11-də Qaşqay Milli Hərəkatı tərəfindən qaşqayları təmsil edən bayraq təqdim edilib. Bayraq göy, qırmızı və ağ rənglərdən ibarətdir. Bayraqdakı göy rəng türk dili və qaşqay mədəniyyətini qoruduğunu göstərərək türklüyü, qırmızı rəng demokratiya və rifahı, ağ rəng isə sülhü, millətlərin dostluğunu və qardaşlığını simvolizə edir. Bayrağın sol küncündə qırmızı rəngli ana damğasının içində aypara və səkkiz guşəli ulduz təsvir edilib.

Qaşqay eli dünyaya çox ünlü simalar bəxş edib: Onları da sizə təqdim edirik: Zəman Xan - Səfəvilər rəhbərlik, İsmayıl xan Qaşqay -Qaşqay elinin elxanı, Əmanallah Qara Bəygi- farsimdan tayfasından olan şair, Əfsanə Cahangiri-xanəndə, Teymür Gördani - böyük kəşkölli tayfasindan olan şair, Həbiballah Gərginpur, Xosrov xan Qaşqay, Davud Hüseyn Ağayi Kəşkölli - böyük kəşkölli tayfasından olan şair, Furud Gərginpur-böyük musiqiçi, Məzun Qaşqayi-şair, Mirzə Cahangir xan Qaşqay, Nasir Qaşqayi, Yüsif Qaşqayi - qaşqayların tanınmış el şairi, Mirəli Qaşqay  akademik.

Qaşqay elinin ən böyük beş tayfası var. Onlar Kəşküllü (Böyük və Kiçik Kəşküllü), Şeşəbəyli, Dərəşorlu, Farsimədan, Əmələ adlanır.  

Daha az saylı tayfalara gəlincə, bunlar Qaraçaylı, Rəhimli, Səfixanlı və İğdırdır.

Qaşqay elatının dastanı bir yazı ilə bitməz. Bu o qədər geniş mövzudur onu əhatə etmək üçün kitablar bəs etməz.

Ağ Qurunun kahısı,
İşdim qaldı yarısı,
Mən işdim yar işmədi,
Oldu ilan ağısı.

Bir qız gördüm heleyçi,
Saçı belində qəmçi,
Gözləri gəl-gəl edər,
Kirpikləri yalançı.

Bu dərə başdan gələr,
Süzülür daşdan gələr.
Hər kimin yarı vardır,
Səhər obaşdan gələr.

Qaşqay bayatıları dürlü-dürlü, hallı-havalı, ovqatlı, qüssəli biçimdədir. Xalqın ürəyindəkilərin tərcümanıdır. Bu gün incə, zərif bayatıları da oxuduğunuz Qaşqay elində yaşayanlar molla rejiminə qarşı ən çox dirəniş göstərən, ən çox mübarizə aparan soydaşlarımızdır. Qaşqayların amalı dilinin, mədəniyyətinin, folklorun daha üst səviyyədə tanınmasıdır, onlar ana dilində təhsil almaq istəyirlər. Digər soydaşlarımız kimi qaşqaylılar da molla rejiminin süqut etməsi üçün mübarizə aparırlar. Sazlı-sözlü, dastanlı, nağıllı Qaşqay. Sevgili türk dilinə, Azərbaycan ləhcəsinə sahib çıxan, Azərbaycan ağzı ilə şirin-şirin danışan  ulu ulusum, səni əbədi yaşayasan!

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ