çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycanın qəhrəmanlıq tarixindən - Səttarxan barədə xalq yaradıcılığı...

Image


“Təbriz Bakıya arxa” rubrikasında Məşrutə inqilabının lideri, xalq qəhrəmanı, güneylilərin  Sərdari-Milli adı verdiyi Səttarxan  (Səttar xan) barədə, onun qəhrəmanlığını ifadə edən şeirlər, mahnılar, eləcə də “Səttarxan” dastanı haqda söhbət açmaq istəyirik.

İnqilablar beşiyi Təbrizdən türk dünyasına  günəş kimi işıq saçan Səttarxan Qaradağ mahalında doğulub. Güney Azərbaycanda, Təbrizdə xalqımızın azadlığı uğrunda mücadilələr verən, mübarizə aparan xalq qəhrəmanı Quzey Azərbaycanda çox sevilib, adı ilə öyünülüb.

Xalqımızın azadlığı uğrunda mübarizə aparan şanlı qəhrəmanlar sırasında Səttarxan xüsusi yer tutur. Xalqımız öz qəhrəmanına dastan və nəğmələr qoşub, onun şərəfinə bədii əsərlər — roman və şeirlər yazılıb. Təbrizdə Səttarxana abidə qoyulub, şəhərin küçələrindən birinə onun adı verilib.

XX əsrin əvvəllərində irticaçı Məhəmmədəli  şah rejiminə qarşı mübarizə aparan istiqlalsevər qəhrəmanımız haqda Mirzə Ələkbər Sabir “Səttərxana” adlı şeir yazıb “Molla Nəsrəddin” jurnalında çap edib.  

Hörməti-heysiyyəti-milliyətin isbat edib,
İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir əynini dünyada risva eylədi,
Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
Çün bu xidmətlər bütün islamədir, insanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

Onu da qeyd edək ki, 1957-ci ildə yazıçı Pənahi Makulu Səttarxana həsr olunmuş "Səttar xan" adlı tarixi bioqrafik roman yazıb. Tarzən Qurban Pirimov müğənni İslam Abdullayevlə birgə Məmməd Səid Ordubadinin sözlərinə "Səttar xan" mahnısını bəstələyib. Bu əsər musiqi tariximizə “Səttarxan təsnifi” kimi düşüb. Bu əsəri İslam Abdullayev, sonradan xalq artisti Alim Qasımov və başqaları ifa ediblər. Bəziləri qeyd edir ki, “Səttarxan təsnifi” ilə “Qaçaq Nəbi”mahnısı arasında melodik oxşarılıqlar var.

Qeyd edək ki, İslam Abdullayevin ifasında "Səttarxan təsnifi” 1909-cu ildə (bəzən 1910 kimi göstərilir) Azərbaycandan kənarda bir səhmdar şirkəti tərəfindən qrammofon valına yazılıb. Qacaq Nəbi haqqında mahnı isə Sovet dövründə Xan Şuşinski başda olmaqla əksər xanəndələrimiz tərəfindən oxunub

​Şah diktaturasına qarşı mübarizə aparan xalq qəhrəmanın və fəadilərinin, xalqın “Salari-Milli” adı verdiyi silahdaşı Bağır xanın Təbrizin Əmrəqız  məhəlləsindəki mübarizə dastanı unudulmazdır.

Səttarxan haqda tamaşalar da hazırlanıb.

Təbrizdə Ayna teatr qrupu türkcə “Səttarxan” və ya “Atabəy Parkının Faciəsi” tamaşasını, rejissor Ramin Rasti və ssenarist Nadir Saivərd isə “Səttar xan eposu” tamaşasını hazırlayıblar. Ayna qrupunun hazırladığı "Atabəy Parkının Faciəsi" tamaşası bir sıra xarici festivallarda iştirak edib. 1972-ci ildə İranda "Səttar xan" adlı sənədli film çəkilib.  

2018-ci ildə isə İranda "Səttar xan" adlı 10 hissəli bədii serial çəkilib. Filmdə Səttar xanın ömrünün son dörd ili əks olunub. Lakin serialda bəzi faktların təhrifə uğraması və ssenarisi azərbaycanlı fəalların etirazlarına səbəb olub.

Atlılar ata mindi,
Atlandı, ata mindi.
Kaş ola ön sırada
Səttarxan atam – indi.

Səttarxana həsr olunan  bu bayatı da güneyli-quzeyli azərbaycanlıların dilindədir.  

Əslən Güney Azərbaycandan olan və 1946-cı ildə Milli Hökumət devirildikdən sonra Quzey Azərbaycana gələn və burada ustad aşıq kimi özünə böyük şan-şöhrət qazanan aşıq Aşıq Hüseyn Cavan  “Səttarxan” dastanını yaradıb.

Ustad aşıq xalq qəhrəmanının doğulduğu Qaradağa həsr etdiyi şeirdə deyir:

Təbriz bir anadır, sən də oğlusan,
El bilir, ürəkdən ona bağlısan,
Oğlun Səttarxandan sinə dağlısan,
Onunçün ağarıb başın, Qaradağ.

Aşığın yaratdığı “Səttarxan dastanı”nın qəhrəmanlıq  dastanlarımız içində özünəməxsus yeri var. Qeyd edək ki, tarixi qəhrəmanlıq dastanlarının bir qisminin inqilablarla bağlı olub. Tədqiqatçılar onları araşdırarkən Təbriz inqilabının başçısı Səttarxanın adıyla bağlı «Səttarxan» dastanları üzərində dayanır: «Səttarxan» xalqımızda özünün qəhrəman keçmişinə artan marağını nümayiş etdirən tarixi hadisələrin bədii inikasıdır. Dastanda xalq kütləsinin rolu ön planda göstərilməklə, xalqın arzu və istəkləri, onun tarixdəki rolu çox düzgün əks olunmuşdur. Burada həmçinin hakim siniflə məhkum kütlələr arasında sosial antaqonizmlərin qeyri-adi dərəcədə kəskinləşməsi, kütlələrin siyasi fəallığının əhəmiyyətli dərəcədə yüksəlməsi, döyüş əhval-ruhiyyəsinin sürətlə artması, ehtirasların getdikcə qızışması və sairə də öz əksini tapmışdır”.
Folklorşünas Rüstəm Rüstəmzadə vaxtilə

 yazırdı ki, Səttarxan dastanında əsas ideyanın milli-azadlıq hərəkatı və despotizmə qarşı xalqın silahlı mübarizədir. “Burada verilmiş Səttarxan obrazı vətənin və xalqın səadətinə çalışan və bunun üçün qara qüvvələrlə üzləşən, despotizmə qarşı mübarizə aparan görkəmli bir sərkərdə kimi təsvir olunur”- deyən tədqiqatçı qeyd edib. O,  inqilabi dastanların başqa qəhrəmanlıq dastanlarından müəyyən fərqli cəhəti kimi bunu əsas götürür ki, inqilabi dastanların əsas qayəsi xalqın azadlığa olan sonsuz məhəbbətini bədii bir şəkildə özündə əks etdirməsidir.
Tarixi qəhrəmanlıq dastanlarımızdan olan “Səttarxan” xan dastanı, onun şəninə yazılmış şeirlər də, hekayə və romanlar da, pyeslər də, filmlər də, qoşulmuş bayatılar da, bəstələnmiş mahnılar da xalqımızın qəhrəman oğlunun xatirəsini işıqlandırır.

İnqilablar beşiyi, Bakının doğma qardaşı, Səttarxanın qəhrəmanlıq dastanı yazdığı Təbriz, sən əbədi qeyrət qalamızsan, sən Bakıya arxasan, dayaqsan, Bakı da sənə…

Bir gün yenə də Səttarxanların ruhunun işığında Təbrizdə inqilab günəşi doğacaq, xalqımız bağımsızlığına qovuşacaq.

Hünərli, qəhrəman, igid Səttarxan!
Adınla öyünür Təbrizlə Bakı.
Sənsən azadlığın parlaq günəşi
Başımız üstündə parla gün təki…
Səttarxan, adınla öyünürük biz!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ