Bazar günü günü, 22 noyabr 2026
     

Məşhur Təbriz bazarı da molla rejiminin hədəfindədir...

Image


“Güney Azərbaycanın tarixi irsi” rubrikasında Təbriz memarlığının şah əsəri olan Təbriz bazarı barədə məlumat verəcəyik. Təbrizlilərin etnoqrafik mədəniyyətində xüsusi yeri olan bu məşhur örtülü bazar bütün dünyada populyardır. Bilirik ki, şəhər mədəniyyətində bazarların ayrıca yeri var. Məşhur Təbriz bazarı da mühüm əhəmiyyətə malikdir. 

Məlumatlara görə, Təbriz bazar kompleksinin tarixi qədim əsrlərə gedib çıxır. Qeyd edilənə görə, monqolların Elxanilər dövləti dövründə, yəni XIII-XIV əsrlərdə bu bazar İpək yolunun üstündə yerləşirdi və bu səbəbdən olduqca böyük bir əhəmiyyətə malik idi.

Qazan xan Təbriz şəhərini paytaxt elan etdiyi dövrlərdə yaşamış İran alimi və tarixçisi Həmdullah Mustovfi Qəzvini öz qeydlərində Təbriz şəhərini olduqca böyük bir şəhər kimi təsvir edib. Elxanilər sülaləsi dövründən sonra bir müddət Təbriz şəhəri paytaxt kimi qalmaqda davam edib və Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dövründə də əhəmiyyəti yüksək olub. Lakin illər keçdikcə səhərdə bazarın yerləşdiyi yer müxtəlif səbəblərə görə dəyişib.

Etnoqraflar qeyd edir ki, XII əsrdə baş verən zəlzələ Təbriz bazarının böyük bir hissəsinin dağılmasına səbəb olub. Sonradan, Qacar ​​dövründə memarlar bazarda bərpə işləri aparıblar.

Təbriz bazarının bum yaşadığı dövrlər Nəsir Xosrov və Yaqut Həməvi, İbn Bətutə, Markopulos və Jean Chardinin səyahət qeydlərində də təsvir olunub.

  • UNESCO-ya salınan bazar...

Qədim Azərbaycan şəhəri Təbrizin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan bu bazar UNESCO-nun dünya mirası siyahısına salınıb. Buna baxmayaraq, təəssüf ki, bu gün bazarın bir hissəsinin uçub-dağılmış vəziyyətdə olduğu deyilir. Güneylilərlə söhbətimiz zamanı onların bir çoxu deyir ki, molla rejimi Təbriz bazarını baxımsız vəziyyətə salıb və min bir bəhanə ilə onu təmir etməkdən yayınır. Bütün dünyanın marağında olan Təbriz bazarının qəsdən bu vəziyyətə salındığını deyən güneylilər hesab edirlər ki, molla rejimi bununla Azərbaycan xalqının etnoqrafik, memarlıq irsini silmək istəyir. İndiyə qədər saysız abidələrimizin dağıdıldığını misal gətirən güneylilər qeyd edirlər ki, Tehran rejimi bütövlükdə Təbrizə diqqət ayırmır. Azərbaycan torpaqlarından çıxan təbii sərvətlərdən gələn maddi gəlirlər isə Cənubi Azərbaycan şəhərlərinə deyil, fars əyalətlərinə yönəldilir. Molla rejiminin məqsədli şəkildə  Təbrizin inkişafına maliyə yardımı ayırmadığını deyən soydaşlarımız hesab edirlər ki, Təbriz bazarı da qəsdən təmir edilmir.

Bu bazarın 5 min dükan və ticarət mərkəzi var.

Təbriz bazarının tarixi ilə bağlı başqa fakta diqqət yetirək:

Alimlərin ehtimallarına görə, Təbriz bazarı eramızın IV əsrində tikilib və o 15 min kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir. Etnoqrafların verdiyi bilgiyə görə, qədimdən Təbriz  Böyük İpək yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala Şamaxıya, cənuba Bağdada karvan yollarının mövcudluğu Təbrizin mərkəzində yerləşən bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici edib. Məlumatlardan öyrənirik ki, əsasən orta əsrlərdə tikilən bu bazar indi də öz iqtisadi əhəmiyyətini itirməyib, bu gün də ona maraq var. Qeyd edilir ki, bir neçə kilometr uzunluğu olan bu bazar iqtisadi əhəmiyyətindən başqa, turist mərkəzi kimi bütün dünyanı özünə cəlb edir.

Ekspertlər yazır ki, iqtisadi və memarlıq əhəmiyyətindən əlavə Təbriz bazarı öz sosial fəallığı ilə də məşhurdur. Cənubi Azərbaycan və müasir İran tarixində baş vermiş bir sıra mühüm tarixi olaylar Təbriz bazarı ilə birbaşa bağlıdır. İnqilab beşiyi Təbrizin bu məşhur bazarı ilə bağlı maraqlı qeydlər var. Bildirilir ki, Təbriz bazarının bağlanması kütləvi etiraz hesab edilirdi. Təbriz bazarının dayanması bütün zamanlarda hakimiyyətlər üçün böyük təhlükə, üsyan siqnalı hesab olunur.

  • İnqilablara mayak olan Təbriz bazarı...

Bir tarixi fakta diqqət çəkək: 1891-ci il martın 19-da Nəsrəddin şahın İranda tütün ticarət hüquqlarını ingilis firmasına satmasına etiraz olaraq bütün ölkə ərazisində başlayan etiraz dalğasının önündə Təbriz bazarı idi. 1891-ci il avqustun 19-da Təbriz əhalisi adından şaha müraciət olunur, ardınca şəhər bazarı bağlanır.

1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatının da aparıcı mərkəzi Təbriz bazarı idi. Bununla yanaşı "Yaşıl hərəkat"ında, Səttarxan hərəkatında və ötən əsrin 70-ci illərində İranda şaha qarşı xalq etirazları zamanı Təbriz bazarının rolu danılmazdır.

Bütün bu faktlardan aydın olur ki, molla rejimi niyə Təbriz bazarına qarşı belə siyasət yürüdür. Demək, o da Təbriz bazarının bir gün yeni inqilabın önündə gedəcəyindən qorxur. Təbriz bazarının bağlanması yeni inqilabın başlanması, molla rejiminin devirilməsidir. Amma Təbriz bazarının təmirsiz vəziyyətdə saxlanılması bazarın özünün sökülüb dağılmasına, öz gücünü itirməsinə hesablanıb. 

  • Abbas Mirzənin dönəmində Təbriz bazarı...

Bir fakta da diqqət yetirək. XIII əsrin ikinci yarısından etibarən ingilis tacirləri Təbriz bazarında kommersiya mal nəql vasitəsilə İpək Yolu və İstanbul  və Trabzon  şəhərlərini keçərək Təbrizə gəlirdi. Bu bazar Abbas Mirzənin dönəmində İngilislərin ticarət mərkəzinə çevrilir. XIII əsrdən sonra Təbriz, İranın şimal bölgələri ilə Avropa ticarətinin ən önəmli bazası sayıldı; Beləliklə, 1256-cı ildə bu şəhər ölkənin ümumi ticarət əlaqələrinin 25-33% -nə təmin edirdi və bu baxımdan Tehrandan üstün sayılırdı. 1285-ci ilə qədər Təbriz bazarı İranın Orta Asiya ilə ticarətinin əsas mərkəzi kimi tanınırdı. Avropalılar güzgü, ipək, pambıq və məxməl parçalar, ipək , pambıq , şəkər , şüşə , metal və ayrı məhsulları Təbrizə gətiridilər. Təbriz bazarı Avropa tacirlərinə ipək və bəzi maşın ipəyi, döyüş alətləri , tütün , qoz-fındıq , boyalar , şallar , mazo və mum satırdılar . Əlbəttə ki, bu alış-verişlər hər zaman avropalıların xeyrinə başa çatırdı.

Bazarın memarlığına gəlincə, bazar timçələrinin və saraylarının çoxu üç mərtəbəlidir, alt mərtəbə anbar, ikinci mərtəbə alış-veriş və iş üçün, üçüncü mərtəbə isə dincəlmək və rahatlıq üçündür.Dəhlizlərin üç və dörd yanlı kəsişməsi kərpic günvbəz tağları ilə örtülüb, bazarın ən böyük günbəzi Əmir timçəsinin günbəzi olaraq, ən gözəl memarlıq növü isə Müzəffəriyyə timçəsindədir.

  • Rasta bazarlar nədir?

Qeyd olunur ki, Təbriz bazarının və böyük bazarların sırasına girişləri olmayan və əsas bazar keçidləri rolunu oynayan dam örtüklü keçidlərə rasta bazar deyilir. Təbriz Çarşının ən önəmli rastaları bunlardır: Təzə bazar , Köhnə bazar , Başmaqçılar, Səfi bazarı , Cümə Məscidi bazarı, Qızbəsti bazar, Börkçü bazar, Sadiqiyyə, Yəməniduz, Sərraclar, Pambıq bazarı, Əbdül Həsən bazarı, Şüşəçi xana, Əmir bazarı (Bəylərbəyli bazar), Dələhzən bazar, Dəvəçi bazar, Rəng bazarı və Kərəneyxana. Həm timçə, həm də rasta sayılan bazarın bəzi hissələri öz qapıları var ki onlardan Qəndsatan bazar, Abaçı bazar, Şazda bazar və Tütüncülərin adını çəkmək olar.

Timçələrdən danışaq...

Etnoqrafların verdiyi məlumata görə, timçələr damları günbəzdən və kərpicdən xüsusi tarixi bir üsluba sahib olan boşluqlar və sahələrdir. Timçələrin gündüzlər açılan, gecələr və tətillərdə bağlanan böyük və güclü giriş qapıları var. Hər Timçənin onları "Odabaşı" (baxıcı) adlandıran gözətçiləri var. Timçələr istifadəçi baxımından dörd hissəyə bölünür. Malların saxlanılması üçün bir yer olan Timçənin ictimai yeri, malların saxlanılması və qorunması üçün istifadə edilən zirzəmi və ticarət, iqtisadi və sosial məsələlər üçün bir yer olan Timçənin birinci mərtəbədəki otağı. Köhnə günlərdə gecə dincəlmək üçün istifadə olunan hər bir timçənin üst mərtəbəsində qonaqlar və Təbrizli olmayan tacirlər gecə istirahət edirdilər.

Təbriz bazarının məşhur timçələri bunlardır: Əmir, Müzəffəriyyə, Şıx Kazım, Üç timçələr, Hacı Məhəmmədqulu, Mir əbül-Həsən, Şeir tikinlər, Abaçı, Qəndsatanlar, Səfi timçəsi , Bəzzazlar, Mələk, Xan timçəsi, Sadiqiyyə və sair.

  • Təbrizin karvansarayları və sarayları, dəhlizləri...

Məlumata görə, Təbrizin böyük karvansarayları arasında Əmirin böyük karvansarayını, Hac Seyid Hüseyn Köhnə, Hacı Əbül Həsən karvansarayını, Kişmişçilər karvansarayını və Mirzə Məhəmmədin karvansaralarını qeyd etmək olar.

Təbriz bazarının önəmli evləri kiçik bir vahidlərə və bir karvansaraya nisbətən daha kiçik bir həyətə aiddir. Əvvəllər həyətində dörd daşıyıcı sonluğu olmayan malların boşaldılması adət idi. Təbriz bazarının önəmli sarayları bunlardır: Gürcülər, Hacı Rəsul, Mirzə Mehdi, İki Qapılı saray, Xan sarayı, Hacı Məhəmməd Qulu sarayı, Mirzə Cəlil sarayı, Başmaqçılar Çarşısındakı Alman sarayı, Əmir sarayı, Ümid sarayı, Hacı Tağı sarayı, Abbasi qapısı və Keçəçilər.

Bu sarayların və timçələrin və karvansarayların hər biri dəhlizlərdən əsas bazara çıxışı var. Ən məşhurları bunlardır: Qanlı Dalan, Hacı Rəhim dalanı, Mirzə Məhəmməd dalanı, İki qapılı dalan Mirzə Mehdi dalanı və şairlər dalanıdır.

Yazıda internet resurslarındakı məlumatlar əsasında həm məşhur Təbriz bazarı, həm də Təbrizin digər tikiləri barədə danışdıq, bu qədim şəhərimizin etnoqrafik, memarlıq mənzərəsini canlandırmaq istədik. Əlbəttə, molla rejimi nə qədər çalışsa da, tarixi silə bilməyəcək və bizim babalarımızın izləri doğma Təbrizimizdə yaşayacaq...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ