çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənilərdən qurtulub İrəvandan Türkiyəyə, oradan Gəncəyə - xalq artistinin ağır həyatı...

Image


“İrəvanda izim qaldı” rubrikasında İrəvan əsilli görkəmli kino və teatr xadimi, xalq artisti Muxtar Avşarovdan danışacağıq.

XX əsr hansısa xalqlara xoşbəxtlik bəxş etsə də, təəssüf ki, Azərbaycan xalqının yaddaşında daha çox təlatümlü, dəhşətli səhnələrlə, repressiya, qanlı deportasiya, soyqırım aktları ilə qalıb. Nəsildən-nəslə keçən bu yaddaşdan qan süzülür. Qərbi azərbaycanlılar XX əsrdə bir çox bəlalar yaşayıblar, düz dörd dəfə öz yurdlarından didərgin salınıblar. 1905-1906-cı, 1918-ci, 1948-1952-ci və 1988-1991-ci illərdə soydaşlarımız Qərbi Azərbaycandan deportasiya olunublar.  1918-ci ilin dəhşətli günləri, daşnakların xalqımızı kütləvi şəkildə qətlə yetirməsi faciəsi yaddaşlardan silinməyib. İnsanlar erməni daşnaklarının əlindən canlarını xilas etmək üçün mücadilə verirdi. Həmin günlərdə İravanın soylu ailələrindən olan Avşarovlar da ermənilərin zülmündən canlarını qurtarmaq istəyirdilər. Tədqiqatçıların yazdıqlarına görə, 1918-ci ildə ermənilərin apardığı soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşımızdan biri kimi Avşarovların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutur və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirirlər. Söhbət xalq artisti Muxtar Avşarovun ailəsindən gedir.

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub və 1918-ci ildə isə onun 4 yaşı olub, körpə ikən daşnakların zülmünü canında, qanında yaşayıb. M.Avşarov erməni  qəddarlığının uşaqkən şahidi olub. Çox təəssüf ki, ustad sənətkar ömrünün ahıl çağında soydaşlarımızın növbəti deportasiyasına və Xocalı soyqırımına, digər faciələrimizə də şahid olub. Bir əsrdə bir xalqın başına gətirilən faciələrə şahid olmağın özü insanın daxilini ovub-parçalayır...

Muxtar Avşarov 90 il ömür yaşayıb və çox müdrik, çox dəyərli bir insan, sənətkar kimi yaddaşlarda qalıb. Bir el ağsaqqalı, bir el babası kimi indi də yaddan çıxmır.

  • Aktyorluq dərsini böyük sənətkarlardan alan aktyor...

Tədqiqatçılar qeyd edirlər ki, 1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxuyub və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət Evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan alır və pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.

  • Maşinist köməkçisi və aktyor...

Məlumatlara görə, 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M.Avşarov Gəncə parovoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir. O, Həbib İsmayılovun və Rza Sarabski kimi rejissorların hazırladığı bir neçə tamaşada baş rolları ifa edir. 1936-cı ildə yeni yaranmış siyasi şöbə tərəfindən Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilir və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət Evində işə başlayır. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət edirlər. Yazılanlara görə, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar rolunda oynayır, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır.

  • Siyasi əqidəsinə görə tutulur, beş il həbsdə yatır...

M.Avşarov çox zəngin, məzmunlu, təlatümlü bir ömür yolu keçib. Körpə ikən doğma İrəvanından ayrılmağa məcbur edilən sənətkarı tale yenidən sınağa çəkir. Belə ki, İkinci Dünya müharibəsi başlanandan üç gün sonra o, siyasi əqidəsinə görə həbs edilir. Bu barədə görkəmli qələm adamı Mehdi Mükərrəmoğlu belə yazır: “Guya ki, M. Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz edib. Beş il həbsdə yatan M.Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılır. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoyur və əsas rolu oynamaq ona tapşırılır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad edirlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan M. Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirir”. 

  • "60 yaşından yuxarı olanlar işdən azad olmalıdır"

Məlumatlara görə, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında uğurlu çıxışlarına görə 1960-cı ildə M.Avşarov respublikanın Əməkdar artisti fəxri adına layiq görülür. Qeyd edilir ki, 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışır, yüzlərlə tamaşada müxtəlif xarakterli obrazlar yaradır. Teatrın kollektivi ilə tez bir zamanda qaynayıb-qarışan Muxtar Avşarovun tez bir zamanda çoxlu dostları yaranır, hansı ki, əvvəllər onlarla şifahi tanışlığı vardı. Həmişə dostluqdan söz düşdükdə M.Avşarov zarafatyana belə deyirdi: "Qadınlara mənim çox səmimi münasibətim olmuşdur. Mən onlarla olan dostluğumu yüksək qiymətləndirirəm. Çünki onlara sirr vermək olar". Həmin müddətdə "Azərbaycanfilm” kinostudiyasında Hüseyn Seyidzadənin “Dəli Kür” filminin çəkilişləri başlayır və Muxtar Avşarova o qədər də böyük olmayan bir rol həvalə olunur. Rolun kiçik həcmdə olmasına baxmayaraq, orada söylədiyi bir neçə kəlmə sözlə personajın daxili aləmi bütövlükdə açılır və bu da aktyorun oynadığı roldakı uğuru demək idi. Bu filmdəki rolun uğurlu alınması onun kino fəaliyyətini artırır və bundan sonra "Atları yəhərləyin” filminin çəkilişləri başlayır. Burada İran kəndxudası obrazını yaradan Muxtar Avşarov xarakterik bir aktyor oyunu göstərir. Aktyorun roldakı bu qədər dəyişkənliyi onun yaradıcılıq qabiliyyətinin həddən artıq genişləndiyindən irəli gəlirdi. M.Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad olunur.

  • Bakı Bələdiyyə Teatrında və “Sönməyən ulduzlar”da...

Sənətkar barədə internet resurslarında yerləşdirilən məlumatda qeyd edilir ki, 1992-ci ildə xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradır. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M.Avşarovu həmin teatra dəvət edir. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur. M.Mükərrəmoğlu yazır: “Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın gözlərində görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir. Bu hadisənin özü də sənətkarın nəyə qadir olmasına bir sübut idi desəm, heç də yanılmaram. 2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülür. 2004-cü ilin dekabr ayında sənət dünyasının korifeyi, xalq artisti Muxtar Həsən oğlu Avşarov əbədi olaraq dünyasını dəyişir. Sevindirici haldır ki, qanlı tarixin keşməkeşlərini, ölkə və millətimizin başına gətirilən əzab, əziyyət, işgəncələrini qan yaddaşına həkk edərək böyük bir zaman kəsiyində müstəqil ölkəmizin azad vətəndaşlarına çatdıran aktyor bu gün də tamaşaçıların qəlbində əbədi yaşamaqdadır”.

Bu gün daha bir möhtəşəm tarixə şahidlik etməkdəyik. Qərbi Azərbaycana qayıdış başlayandan sonra bizim böyük sənətkarımızın ruhu da doğma İrəvana qovuşacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ