Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycan “qoşa Kino İttifaqı” bəlasından qurtula bilmir - Balayevlə Məmmədova yenə üz-üzə gəldi...

Image


Tamaşaçılar istəyir ki, Azərbaycanda maraqlı filmlər çəkilsin, ölkəmizdə kino sarıdan qıtlıq olmasın, eyni zamanda da başqa ölkələrin kino asılığından xilas olsunlar. Gizlin deyil, bu gün Azərbaycan tamaşaçıları Azərbaycan filmlərindən başqa az qala bütün ölkələrin filmlərinə baxır.

Kino mədəniyyət sahəsindən çox ideoloji sahə olduğu və beyinyumada istifadə edildiyi üçün çox ölkələr bu təsir vasitrəsindən ustalıqla istifadə edir. Bizdə isə hər şey fərqlidir. Kinoya yanaşma da, kino mühitindəki vəziyyət də başqadır, deyərdik ki, bir az bulanlıqdır. Bizdə kino qalıb bir tərəfdə, kino adamları az qala kreslo davası edirlər, o bunu, bu onu tənqid edir, özünü rəhbər vəzifədə görür, amma heç kəs kino ilə bağlı platformasını açıqlamır. Bu gün Azərbaycanda kinonun vəziyyəti yaxşı deyil. Bunun səbəbləri aydındır. İndi gələk kinoya rəhbərlik edən ictimai qurumlara. Bu gün ölkəmizdə iki kinematoqrafçılar ittifaqı fəaliyyət göstərir. Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) xalq artisti Rasim Balayev, sonradan yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) isə xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir. Hər iksi seçkili orqandır və hər iki sevimli sənətkarımız bu birliklərin sədri vəzifəsində təmsil olunurlar. Hər ikisi də milli kinomuzun korifeyidir. Buna söz ola bilməz. Amma məsələ burasındadır ki, bu ittifaqlar arasında qarşıdurmalar səngimək bilmir. Məsələn, bu günlərdə Şəfiqə Məmmədovanın yenidən ARKİ sədri seçiləməsini Rasim Balayev tənqid edib və mətbuata açıqlamasında bu məsələni həll etməyin vacibliyini vurğulayıb: “Kino İttifaqı bir olmalıdır, bunun başqa yolu yoxdur. Harada görünüb ki, iki ittifaq olsun? Yazıçılar, bəstəkarlar, rəssamların bir itiffaqı olduğu halda niyə kinonun iki ittifaqı var? Bunu həll etmək lazımdır. Düzünü deyim ki, bu məsələ nazirliyin səlahiyyətində deyil. Kino İttifaqı ictimai təşkilatdır. Şəfiqə Məmmədovanı kimlər bu quruma təyin ediblərsə, həmin adamlar da ittifaqları birləşdirməlidir. Bir ölkədə iki ittifaq olar? Qalmışıq ortalıqda, bilmirik nə edək...”

Rasim müəllim açıq şəkildə bəyan edib ki, Azərbaycanda iki kino İttifaqının olması düzgün deyil.

Məsələyə Şəfiqə Məmmədovanın da mövqeyini öyrənmək istədik. Şəfiqə xanım bizimlə söhbətində bildirdi ki, hazırda bu barədə açıqlama vermək istəmir: “Mən indi danışa bilmirəm, çünki vaxtım yoxdur. Sizə vaxt, diqqət lazımdır”.

R.Balayevin açıqlamasına gəlincə, “...nə olsun, açıqlama verə bilər. Mən ayaqüstü müsahibə vermək istəmirəm,  istəyirəm ki, sanballı müsahibə olsun”-deyə xalq artisti bildirdi.

Ş.Məmmədova ilə razılaşdıq ki, üzümüzə gələn həftə görüşək və “Bakı-Xəbər” üçün geniş şəkildə müsahibə hazırlayaq.

Qurum rəhbərindən məsələyə ətraflı münasibət öyrənə bilmədiyimiz üçün ekspertlərə üz tutduq.

Ekspertlərin məsələyə yanaşması isə birmənalı deyil. Bəzilərinin qənaətinə görə, ölkədə iki kino ittifaqı olsa da onların kinoya bir xeyri olmayıb, əksinə, kinonu, kino adamlarını parçalayıb, qütbləşmə yaradıb. Onların fikrincə, bizə iki kinematoqrafçılar İttifaqı lazım deyil və iki qurumun olması havayı yerə dövlət büdcəsindən vəsait xərclənməsidir.

  • Xəyalə Rais: “İttifaqın nümayəndələri nə işlə məşğuldur, o da hələ heç kəsə məlum deyil”

Tanınmış sənətşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, əsas hədəf kino icmasını birləşdirmək və kinoya xidmət olmalıdır. “Azərbaycanda iki ictimai kinematoqrafiya təşkilatı fəaliyyət göstərir. Biri 1963-cü ildə təsis edilən Azərbaycan Kinematoqrafçılar İttifaqı, o biri isə 2012-ci il iyunun 21-də (Rüstəm İbrahimbəyovun siyasətə qarışdığı və  hakimiyyətlə münasibətlərin kəskinləşməsi zamanı-X.R) “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır.

Bu qurumlardan başqa, Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalamışdı. Bir sözlə, Azərbaycan kimi kiçik ölkədə bir sahə ilə bağlı 3 qurum fəaliyyət göstərir. Hansı sahə ki, o sahə ortalığa ələ gələsi bir məhsul çıxara bilmir.  Azərbaycanın ərazisi elə də böyük deyil ki, ona üç ayrı kino ittifaqı ayrılsın. Bizdə kino var? Varsa hanı o kino? Niyə hər bayramda köhnə filmlərə baxırıq?  Yeni filmlər rəflərdə yatır. İttifaqın nümayəndələri nə işlə məşğuldur, o da hələ heç kəsə məlum deyil. Mənasız və nəticəsiz görüşlər keçirməklə ili başa vururlar. Ortada isə heç nə yoxdur.

Şəfiqə Məmmədova media ilə danışmaqdan çəkinir. Bəlkə də medianın ona ünvalanyacağı suallardan ehtiyat edir.  Kinoda əsas çəkilişdir. O da yoxdur. Kino çəkilişi olmasa, bu ittifaq nəyə lazımdır? Çəkiliş olmalıdır. O da yoxdursa ittifaqın olması  absurd bir şeydir. Gorumuz varmı ki, kəfənimiz də olsun?”-deyə X.Rais bildirdi.

  • Sevda Sultanova: “Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqın fəaliyyəti...”

Kinotənqidçi Sevda Sultanova isə “doğrusu, Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqın fəaliyyəti ilə maraqlanmıram.Yəqin həm də ona görə ki, ittifaqın faəliyyəti ilə bağlı əhəmiyyətli informasiyalara mediada rast gəlmirəm. Şəfiqə xanımın seçilməsinə gəlincə, bildiyim qədərilə, iclasda nizamnamənin tələb etdiyi qədər adam yox, 20-25 nəfər iştirak edib. Yəni mətbuatda bu məsələ ilə bağlı detallı məlumat getmədi.  Bütün hallarda Şəfiqə xanıma uğurlar arzulayıram.

O ki qaldı, yaradıcı ittifaqlara dövlət büdcəsindən ayrılan maliyyəyə, mən Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıq edirəm. Məsuliyyətimlə deyirəm ki, bu İttifaq ölkəmizdə kino adına əhəlmiyyətli iş görən çox az qurumdan biridir. Ssenari müsabiqələri keçirilir, qaliblərə vəd olunan mükafatlar vaxtında verilir, gənc rejissorlar üçün treninq və ustad dərsləri keçirilir, kino ilə bağlı  kitablar yayımlanır. Misalçün,  ən əhəmiyyətli kitablardan biri, Andrey Tarkovskinin “Həkk olunmuş zaman”ın dilimizə tərcüməsi kinoda hadisədir. Bundan başqa, İttifaqın təşkilatçılığı ilə yerli rejissorlara dəstək məqsədilə Azərbaycan sinemaplus kinoteatrında müntəzəm olaraq filmlərinin nümayişi və müzakirəsi keçirilir, vaxtaşırı kino ilə bağlı probleməri gündəmə gətirib publik müzakirə edirik. Fransa, İsveç, Polşa səfirlikləri ilə birgə bu ölkələrin rejissorlarının kino günlərini təşkil etdik. Əminliklə deyirəm ki, artıq bu baxışların, müzakirələrin sayəsində keyfiyyətli, tələbkar bir tamaşaçı auditoriyası yetişdiririk. Bundan başqa, gənc və səhhətində problemlər olan kinematorafçılara sosial yardımlar edilir. Gənc rejissorlara filmləri üçün kiçik qrantlar ayrılır, İttifaqın Kino Məktəbində tələbə filmləri çəkilir .

Kino ittifaqlarının birləşməsi məsələsinə gəlincə, əsas iş görməkdir, birləşmək yox”-deyə bildirdi.

Qeyd etdiyimiz kimi, növbəti həftə Şəfiqə Məmmədova ilə görüşüb müsahibə götürməyi planlaşdırırıq. Bütün bu məsələlərə, ittihamlara görkəmli sənətkarımızın cavab verəcəyinə ümid edirik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ