çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycanın milli ədəbiyyat və mətbuat tarixində “Molla Nəsrəddin”...

Image


Bütün müsəlman Şərqində ilk satirik jurnal kimi tarixə düşən və böyük bir maarifçilik rolunu oynayan, xalqımızın qəflət yuxusundan ayılması, elmli-təhsilli millətlər cərgəsinə qoşulması üçün mücadilələr verən “Molla Nəsrəddin” jurnalının nəşri mühüm hadisə idi.

Maraqlıdır ki, “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmində populyar olub və maarifçilik hərəkatına güclü təkan verib. 1906-cı ilin 7 aprel tarixində Tiflisdə  nəşr olunan “Molla Nəsrəddin”in baş redaktoru böyük ədibimiz Cəlil Məmmədquluzadə, təsisçiləri isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə olub. 25 il çap olunan jurnalın taleyinə Cənubi Azərbaycanın Təbriz şəhərində nəşr olunmaq da yazılıb. Əlbəttə, Mirzə Cəlilin və onun qələm dostlarının əsas qayəsi bütün Şərqi, türk dünyasını, başlıcası isə, o taylı-bu taylı Azərbaycanı oyatmaq olub. Bu baxımdan, “Molla Nəsrəddin” jurnalının Təbriz dövrü də diqqəti çəkir. Jurnalın 8 sayını Mirzə Cəlil Təbrizdə çap edib. Jurnalın Təbriz həyatı olduqca maraqlıdır. “Molla Nəsrəddin” Təbrizdə nəşr edilməmişdən əvvəl də orada xeyli populyar idi.

  • “Molla Nəsrəddin” hansı səbəbdən Təbrizdə nəşr edilib?

Tədqiqatçıların verdiyi məlumata görə, 1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana gedib və 1921-ci ilin fevralında "Molla Nəsrəddin"in nəşrini Təbrizdə yenidən bərpa etməyə nail olub. Qeyd etdiyimiz kimi, Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü görüb. Mərhum tədqiqatçı Qulam Məmmədli öz müsahibələrinin birində “Molla Nəsrəddin”in Təbriz nəşrinə aydınlıq gətirərək yazırdı ki, C.Məmmədquluzadə ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçdükdən sonra jurnalın çapını bərpa etmək istəyir. Onun "Molla Nəsrəddin"i azərbaycanca nəşr etmək istəyinə İran hökuməti icazə verməmişdi ki, gərək farsca çap olunsun. Mirzə Cəlil isə İran hökumətinin bu tələbi qarşısında söyləmişdi: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin “Molla Nəsrəddin”i ermənicə nəşr edim”.

Burada da aydın görsənir ki, həmin dövrdə də ana dilimizə qarşı sərt təpkilər olub və yenə də ermənilərə geniş meydan verilib. Mirzə Cəlilin bu ironiyası öz işini görür və ona “Molla Nəsrəddin”i ana dilimizdə çap etmək imkanı verilir. Təbii ki, C.Məmmədquluzadənin bu sərt münasibəti jurnalın Təbrizdə ana dilində nəşrinə səbəb olur.

Akademik İsa Həbibəyli yazır: ““Molla Nəsrəddin” jurnalı nəşrə başladığı gündən türk-müsəlman xalqlarının həyatında baş verən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisələri diqqət mərkəzində saxlamış və həmin məsələlərə fəal münasibət bildirmişdir. Məhz buna görə də məcmuədə Azərbaycan mövzusundan sonra İran və Cənubi Azərbaycan məsələsinə xüsusi diqqət yetirilmiş və orada baş verən ictimai-siyasi, milli-mənəvi proseslər geniş işıqlandırılmışdır. XX əsrin ilk onilliklərində cənublu həmvətənlərimizin həyatı, taleyi, mübarizəsi "Molla Nəsrəddin"in ana xətlərindən birini təşkil etmişdir. "Molla Nəsrəddin" jurnalı yalnız Qafqaz türklərinin, daha çox da Şimali Azərbaycan vətəndaşlarının deyil, həm də Cənubi Azərbaycan türklərinin mətbu orqanı olmaq vəzifəsini bütün məsuliyyət və şərəfi ilə yerinə yetirmişdir. Bakıda, Qarabağda, Naxçıvanda olduğu kimi, Təbrizdə, Xoyda, Zəncanda da əhali "Molla Nəsrəddin"i vaxtaşırı alıb oxumuş, yaymış, müzakirə etmişdir”.

Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babazadə jurnalın Təbriz dövründən bəhs edərək yazır ki, yuxarıda qeyd edilənlər İranda, əsasən də, Təbrizdə "Molla Nəsrəddin"in nəşri üçün zəmin hazırlayıb.

“Təbrizdə "Molla Nəsrəddin" mühitini yetişdirən vasitələrdən biri də orada satirik mətbuatın yaradılması ilə bağlı idi. 1906-cı ildə maarifçi ziyalı Əliqulu Səfərovun redaktorluğu ilə Təbrizdə Azərbaycan türkcəsində nəşrə başlayan "Azərbaycan" adlı satira jurnalı öz üslubuna, quruluşuna və ideya istiqamətinə görə "Molla Nəsrəddin"ə çox yaxın idi. Sonralar İranda bu jurnalın təsiri ilə farsdilli satira mətbuatı inkişaf etmişdir. Seyid Əhməd Gilaninin redaktorluğu ilə nəşr olunan "Nəsimi-Şimal" (1907-1912), Cahangir xanın redaktə etdiyi "Suri-İsrafil" (1907-1908) satirik jurnallarında da mollanəsrəddinçi əhval-ruhiyyə aydın duyulmaqda idi. C.Məmmədquluzadə "Molla Nəsrəddin"in Təbriz nəşrlərinə qədər bir çox məlumatlar əldə edərək jurnalın səhifələrində dərc etmişdir. O, ilk dəfə olaraq Mirzə Əbdürrəhim Talıbov (1837-1911) və Marağalı Zeynalabdin (1838-1910) kimi sənətkarların yaradıcılığını bu jurnal vasitəsilə işıqlandırmışdır. Xüsusilə də "İbrahim bəyin səyahətnaməsi" romanına jurnalın səhifələrində geniş yer verərək oxuculara tanıtmış və onun motivi əsasında "Səyahətnamə" rubrikası yaratmışdır.

Yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti formalaşdırmaq məsələləri ilə məşğul olduğundan "Molla Nəsrəddin" jurnalının taleyi də nisbətən arxa plana keçmişdir. C.Məmmədquluzadənin mövcud şəraitdə "Molla Nəsrəddin"in yenidən nəşrə başlayacağına ümidi yox idi. Buna görə də qardaşı Ələkbər Məmmədquluzadənin Təbrizə dəvətini qəbul edir, jurnalı orada nəşr etməyi qərara alır. Eyni zamanda, C.Məmmədquluzadə Şeyx Məhəmməd Xiyabaninin (1880-1920) Cənubi Azərbaycanda yaratdığı "Azadistan Cümhuriyyəti"nə də ümidlər bəsləyirdi. Nəhayət, C.Məmmədquluzadə ailəsi ilə birlikdə 11 iyun 1920-ci ildə Qarabağın Kəhrizli kəndindən Təbrizə yola düşür. Həmin ilin 7 sentyabrında - iki ay iyirmi altı gündən sonra Təbrizə çatır. 10 sentyabrda Şeyx Məhəmməd Xiyabani ilə görüşmüş, lakin 14 sentyabrda Xiyabani qətlə yetirilimişdir. Buna baxmayaraq, Mirzə Cəlil onun milli amallarına sonadək sadiq qalmışdır. Təbrizdə Xiyabani hərəkatının süquta uğradılması, C.Məmmədquluzadənin qardaşının həbs edilməsi "Molla Nəsrəddin"in nəşrini çətinləşdirir. Lakin dörd aylıq mübarizədən sonra, 1921-ci ilin 14 fevralında jurnalın nəşrinə icazə verilmişdir. Təbrizdə "Molla Nəsrəddin"in səkkiz sayı nəşr edilmişdir. 20 fevral 1921-ci ildə "Molla Nəsrəddin"in Təbrizdəki ilk sayı 1000 nüsxə tirajla işıq üzü görmüşdür. 1921-ci ilin 9 martında ikinci, 20 martda üçüncü, 31 martda dördüncü, 10 apreldə beşinci, 23 apreldə altıncı, 7 mayda yeddinci, 15 mayda səkkizinci sayı  nəşr olunmuşdur.

"Molla Nəsrəddin"in Təbrizdə nəşr olunan 1-ci və 2-ci  sayı məşhur "Hüseyni" mətbəəsində, 3-8-ci sayları isə tanınmış inqilabçı Əbülqasım İskəndaninin "Ümid" mətbəəsində nəşr olunmuşdur.

"Molla Nəsrəddin"in Təbrizdə nəşr olunmasında "Təcəddüd" qəzetinin redaktoru Əbülfət Ələvinin böyük xidmətləri olmuşdur. O, Təbriz şəhərinin valisi Mehdiquluxan Hidayət Müxbirüssəltənə (1881-1954) ilə danışıqlar təşkil etmiş və baş məqalə istisna olmaqla, jurnalın Azərbaycan türkcəsində çap olunmasına razılıq almışdı. "Molla Nəsrəddin"də fars dilində yazılan baş məqalə, elan və xəbərlər də Ə.Ələviyə məxsusdur. Jurnalın Təbriz mərhələsində İsgəndərxan Qəffari Sürxpuş (1879-1967) da iştirak etmişdir. "Molla Nəsrəddin"in həm Tiflis, həm də Təbrizdə nəşr olunduğu vaxtlarda Cənubi Azərbaycan üzrə müvəkkil vəzifəsini icra etmişdir. Jurnalın xalq arasında geniş yayılıb oxunmasında Sabir satira ənənələrinin davamçısı Mirzəli Möcüz Şəbüstərinin (1873-1934) böyük rolu olmuşdur. Onun "Təzə şair", "Kabla Haxverdi" gizli imzaları ilə yazdığı "Olsun gərək", "Hamamlarımız" kimi satiraları jurnalın Təbriz nömrələrində dərc edilmişdir. Karikaturaçı rəssam Seyid Əli Behzad (Müsəvvizadə), Mirzə Məhəmmədəli Nəqqaş, Mir Müsəvvir Nəqqaş kimi rəssamların, Hacı Əli Şəbüstəri, Cabbar Əsgərzadə, Mehdixan Şərifzadə, Möhsünxan Sərtibi, Əli Azəri və b. ziyalıların da xidmətləri olmuşdur”.

Tədqiqatçı qeyd edir ki, "Molla Nəsrəddin"in Təbriz nəşrləri İranın, xüsusən də Cənubi Azərbaycanın konkret tarixi mərhələdəki əsas problemlərini əhatə edə bilmiş, öz sözünü demişdir. Qərbin azadlıq pərdəsi altında İranın var-dövlətini talaması, xalqı əsarətdə saxlaması tənqid atəşinə tutulmuşdur. Jurnal Cənubi Azərbaycandakı mənəvi əsarəti, iqtisadi geriliyi qətiyyətlə pisləmiş, cəhalət və xurafatdan yaxa qurtarmağın yollarını göstərmiş, elmə, maarifə yiyələnməyi, mənfi adətlərdən əl çəkməyi vacib hesab etmişdir. Bütövlükdə "Molla Nəsrəddin"in Təbriz dövrü İranda və Cənubi Azərbaycanda mənəvi dirçəlişə, ictimai tərəqqiyə güclü təkan vermiş və iki yerə parçalanmış xalqlar arasında ədəbi-mədəni körpü yaratmışdır. Bu fikirləri də qeyd edən alim bildirir ki, "Molla Nəsrəddin"inredaktoru  Cəlil Məmmədquluzadə yeni qurulmuş Sovet dövlətinin Azərbaycandakı təmsilçilərinin dəvəti ilə Cənubi Azərbaycandan Bakıya qayıdır...Juranlın Bakı həyatı isə başqa bir yazının mövzusudur.

Milli mənlik şüurumuzun oyanmasında, maarifçiliyin təbliğində, ana dilimizin müdafiəsində əhəmiyyətli rol oynayan “Molla Nəsrəddin” jurnalının Təbriz dövrü və onun Təbrizin, Cənubi Azərbaycanın həyatında oynadığı roldan danışdıq...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ