çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycanımızın məşhur xanəndəsi - Səttar xan ona "İqbali Azər" deyirdi...

Image


Cənubi Azərbaycanın əfsanəvi xanəndəsi Əbülhəsən xan muğam sənətinin ünlü simalarından biridir. Yalınız Cənubi Azərbaycanda deyil, Şimali Azərbaycanda da çox məşhurdur. Onun ifası Şimali Azərbaycan muğam ifaçılarının da formalaşmasına səbəb olub.

Əbülhəsən xan Musa xan oğlu İqbali Azər 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində, bəzi variantlara görə isə Təbriz şəhərində doğulub. Əbülhəsən xan Azərbaycan müğənnisi olmaqla yanaşı həm də Təbriz şəhərinin meri olub. Əbülhəsən xan Musa xan oğlu mükəmməl mədrəsə təhsili alıb. Məlumatlara görə, Təbrizdə yaşayıb və  gənc yaşlarından istedadlı, muğamı dərindən bilən sənətkar kimi tanınıb. Adı və səsi bütöv Azərbaycana yayılan Əbülhəsən xan 1905–1911 illərdə Məşrutə inqilabına qoşulur, inqilabi fəaliyyətdə olan sənətkarın gözəl sənətinə Səttar xan çox böyük qiymət verib. Səttar xan Əbülhəsən xana  "İqbali Azər" adını verib. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu-əta", xüsusilə "Segah" muğamları yüksək emosional tərzdə səslənib. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşıb. Qeyd edək ki, Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılıb, bu şəhərdə konsertləri olub. Seyid Şuşinski Əbülhəsən xan ilə yaxından dostluq edib, onun yaradıcılığından çox bəhrələnibdir. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.

Musiqi irsimizlə bağlı araşdırma yazılarından birində Savalan Fərəcov Əbülhəsən xan İqbal barədə maraqlı qeydlər edib. O, yazır ki, İqbal musiqi mədəniyyəti tariximizdə yüz illərlə yaşayacaq sənətkardır. “Atası Molla Musa dövrünün tanınmış alimlərindən sayılıb. O, yeddi yaşında ikən atası vəfat edir. Erkən yaşlarından ağır ailə qayğıları ilə üzləşir. Sonra ailələri Qəzvin şəhərinə köçür. İlk musiqi təhsilini məşhur musiqişünas Hacı Molla Kərimdən alır. Müəllimi Əbülhəsənin ecazkar səsini, istedadını görərək onun böyük gələcəyi olacağını deyir. Əbülhəsən gənc yaşlarından xalq arasında tanınır. Bir neçə dəfə Təbrizə dəvət olunur. Təbrizlilər arasında elə şöhrət qazanır ki, vəliəhd Məhəmmədəli Mirzə onu saraya dəvət edir. Bir müddət sarayda qalır. Müzəffərəddin şahın vəfatından (1906) sonra o, vəliəhdlə birlikdə Tehrana gedir.  1914-cü ilin martında Əbülhəsən xan Avropa ölkələrinə qastrola çıxır. Əvvəlcə Tiflisə gəlir. Gəlişindən xeyli əvvəl şəhərin görkəmli yerlərində elanlar asılır. Qəzetlərdə xüsusi xəbərlər dərc olunur. “Zakavkazskaya reç” qəzetində dərc olunan xəbərlərin birində deyilib: “Avropaya gedərkən İran şahının saray müğənnisi Əbülhəsən xan Tiflisdə qonaq olacaqdır. Yerli müsəlman cəmiyyətinin arzusu ilə o, Tiflisdə bir neçə konsert vermək fikrindədir. Xanəndənin səsi olduqca güclü, məlahətli, həm də yüksək tembrə malikdir. Onu dinləyəndə adama elə gəlir ki, Şərq motivlərini oxuyan Avropa müğənnisini dinləyirsən. Şübhəsiz ki, konsertlər müsəlmanlardan savayı Şərq musiqisinin pərəstişkarları olan digər qafqazlıları da maraqlandıracaq”.

Qeyd edilir ki, Əbülhəsən xanın Tiflisdə ilk konserti 1914-cü ilin martın 26-da “Kazyonnı teatr”da (indiki Z.Paliaşvili adına opera teatrı) məşhur sənətkarlar - xanəndə Tahirzadə, tarzən Dərviş xan, kamançaçı Bağır xan və zərb vuran Abdulla xanın iştirakı ilə olur. Konsert böyük müvəffəqiyyətlə keçir. Məlumata görə, dövrün məşhur jurnalisti Eynəli Soltanov “Şərq konserti” adlı məqaləsində bu barədə yazıb: “Tamaşaçıların arasında şərq musiqisinin mahir biliciləri və tələbkar pərəstişkarları var idi. Geniş tamaşaçı kütləsi qarşısında ilk dəfə çıxış edən xanəndə klassik İran mahnılarının bir neçəsini ifa etdi. Əbülhəsən xan nə qədər ucadan oxusa, nə qədər çətin zəngulə vursa da onun səsi bütün mərhələlərdə təmiz və ahəngdardır”.

Yazılanlara görə, o zaman Tiflisdə yaşayan məşhur müğənni Seyid Şuşinski Əbülhəsən xanın konsertlərində yaxından iştirak edir. Xalq artisti Mustafa Mərdanov xatirələrinin birində yazır: “Şərqin məşhur xanəndələrindən sayılan Əbülhəsən xan öz dəstəsilə Tiflisə konsert verməyə gələndə, birinci növbədə Seyid Şuşinskinin görüşünə getdi. İki sənətkar çox səmimi görüşdülər. Seyid Şuşinski Cənubi Azərbaycandan gəlmiş qonaqlara öz xərci ilə frak tikdirib səhnəyə çıxartdı. Əbülhəsən xan ürəkaçan gözəl bir səslə “Bayatı-Şiraz” və “Rast” dəstgahı oxudu. O, dinləyiciləri valeh etdi. Bu konsertdə iştirak edən Gürcüstan opera sənətinin banisi Vano Saraçaşvili Əbülhəsən xanın sənətkarlığını yüksək qiymətləndirərək dedi: “Əbülhəsən xanın nəyi Karruzodan əskikdir?” O, səhnəyə çıxıb Əbülhəsən xanı bağrına basıb öpdü.

Əbülhəsən xan İqbal-Soltan Tiflisdə olarkən tarzən Dərviş xanın müşayiəti ilə bir çox muğam və təsnifləri oxuyub qrammofon vallarına yazdırır...   Əbülhəsən xanı Tiflisdə hörmətlə qarşılayanlardan biri də mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə olub. Seyid Şuşinski xatirələrində qeyd edir: “Cəlil Məmmədquluzadə Əbülhəsən xanı hörmətli bir qonaq kimi “Molla Nəsrəddin” jurnalının redaksiyasına dəvət etdi. Böyük qonaqlıq oldu. Ziyafətdə Əbülhəsən xanın xahişi ilə mən də oxudum. Axırda İqbal-Soltan elə bir “Kürdü-şahnaz” oxudu ki, aldığım təəssüratdan səhərəcən yata bilmədim”.

Əbülhəsən xanın oxuduğu “Kürdü-Şahnaz” həqiqətən müğənnilər üçün nümunə olub. Təsadüfi deyil ki, görkəmli müğənni Xan Şuşinski gənc yaşlarında Əbülhəsən xanın valda oxuduğu “Şahnaz”ı yerli-yerində o qədər təqlid edir ki, hamı onu “Əsl xan kimi (yəni Əbülhəsən xan kimi) oxuyur” - deyə tərif ediblər.

Yazılanlara görə, Əbülhəsən xan İqbal Azərbaycan vokal məktəbinin bütün incəliklərini mükəmməl bilən böyük müğənni olur. Onun istedadına Şərqin ən böyük müğənniləri həsəd aparıblar. Musiqişünas Ruhulla Xaliqi Əbülhəsən xan İqbal haqqında ürək sözlərini belə qələmə alıb: «Mən axırıncı dəfə Əbülhəsən xanın səsini 1946-cı ildə Təbrizə ezam olunan vaxtı eşitdim. O, hələ də yaxşı oxuyurdu. Cənubi Azərbaycan vokalistlərinin tam bir nəsli Əbülhəsən xan İqbalın ifaçılıq məktəbinin yetirməsidir”.

Şərq vokal sənətinin görkəmli nümayəndəsi Əbülhəsən xan İqbal ömrünün ixtiyar çağında - 1970-ci ildə, 99 yaşında Təbrizdə vəfat edir. Onun ecazkar səsi isə çevrilib qəlblərdə, könüllərdə yaşayır...

Mətbuatda gedən məlumatlara görə, xalq şairi Süleyman Rüstəm “Yenə canlandı əski xatirələr...” sərlövhəli məqaləsində Əbülhəsən xan İqbalın xanəndəlik sənətindən məhəbbətlə söz açır. Görkəmli sənətkarla 1942-ci ildə Təbrizdə görüşdüyünü xatırlayır:

“Azərbaycanın incəsənət ustaları - Bülbül, Həqiqət Rzayeva, Əlövsət Sadıqov, Yavər Kələntərli və b. Təbriz şəhərinə dostluq görüşünə gəlmişdilər. Görüş şəhər məktəblərindən birində keçirilirdi. İlk olaraq Bülbül oxudu. Sonda görüşü idarə edən cavan təbrizlilər adından Əbülhəsən xan İqbalın çıxış edəcəyini elan etdi. Bu vaxt Bülbül iki əli ilə üzünü tutdu və dedi:

- Ay Süleyman, mən nə etdim. Heç bilirsən Əbülhəsən xan kimdir?

- Xeyr, bilmirəm.

- Şərqin dahi xanəndəsidir. Mən gərək məclisdə mahnı yox, bir dəstgah oxuyaydım.

...Salon alqışdan titrədi. O, S.Ə.Şirvaninin “Zülfünü bas yarama, qoyma məni qan aparır” rədifli qəzəlini oxudu... Oxuyarkən dodaqları, gözləri, bir sözlə, bütün siması təbəssümə qərq olmuşdu. Sonra gəlib Bülbüllə çox səmimi və mehribancasına qucaqlaşıb görüşdü...”

Bir müddət Təbriz şəhərinin meri işləyən Əbülhəsən xan İqbal uzun ömür sürüb və 1970-ci ildə, 99 yaşında vəfat edən sənətkarın ölümüdən böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar çox kədərlənir. Sənətkarın məzarı başında yanıqlı bayatılar söyləyir:

Xəzan gəldi, gül apardı,

Bir şeyda bülbül apardı…

Təkcə Güney Azərbaycanın deyil, o taylı bu taylı Azərbaycanın, eləcə də türk dünyasının, Şərq aləminin böyük sənətkarı Əbülhəsən xan İqbal barədə mətbuatda onun barədəsində dərc olunan yazılara istinadən məqalə hazırladıq. Əlbəttə, xalqımızın böyük sənətkarlarından biri olan Əbülhəsən xan irsindən böyük kitablar yazılmalıdır ki, onun xanəndəlik və vokal sənəti sahəsində oynadığı rol barədə yeni nəsil geniş məlumat əldə etsin.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ