çərşənbə günü, 07 oktyabr 2026
     

Şimali Azərbaycanda parlamış cənublu şair-yazıçılarımız...

Image


Cənubi Azərbaycan zaman-zaman öz istedadlı şair və yazıçıları ilə də məşhur olub. Bu şair və yazıçıların əsərləri bu gün də öz aktuallığını qoruyur. Cənublu şair və yazıçılar, ədiblər öz əsərləri ilə ana dili uğurunda mücadilə aparıblar. 

Bildiyimiz kimi, keçən əsrin 40-cı illərinin sonlarında cənublu şair və yazıçıların bir çoxu Şimali Azərbaycana gəlib və öz yaradıcılıqlarını burada davam etdiriblər. 1946-cı ildə Cənubi Azərbaycanda milli hökumət devirildikdən sonra da, ondan əvvəl Şimali Azərbaycana gələn, burada bir yazıçı, şair kimi tanınan, böyük şöhrət qazanan ədiblərimiz çoxdur. Cənubi Azərbaycandan Şimali Azərbaycana ədiblərin gəlişi bir neçə mərhələdə baş verib. Bəziləri uşaq çağlarında ailəsi ilə birgə bura köçüblər, bəziləri başqa dövrdə, elələri də var ki, bir qələm adamı kimi Cənubda tanındıqdan sonra Arazın bu tayına gəliblər, ömürlərinin sonuna qədər burada yaşayıb yaradıblar, amma ürəklərində ən böyük bir ümid olub, o da yenidən Cənuba qayıtmaq ümidi olub.  

Məsələn, görkəmli ədibimiz, partiya və dövlət xadimi, xalq yazıçısı Mirzə İbrahimov Güney Azərbaycanın Sərab, görkəmli yazıçı, ədəbiyyatşünas, professor, pedoqoq Mir Cəlal Paşayev Ərdəbil şəhərində anadan olublar, taleləri erkən yaş dövründə onları Şimali Azərbaycana gətirib.

Görkəmli mollanəsrəddinçi şair, 1919-cu ildə "Qızıl qələmlər" ədəbi cəmiyyətinin üzvü Bayraməli Abbaszadə Sərabda doğulsa da, Bakıya köç edib və burada yazıb-yaradıb.

Vətəndən Vətənə mühacirət...

Görkəmli şairlər Əli Tudə, Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir, Hökumə Billuri, yazıçı Pənahi Makulu və başqaları taleyini Şimali Azərbaycana bağlayır. 

Tanınmış Azərbaycan şairi Əli Tudə Bakıda doğulsa da, ata-anası  Ərdəbilin Çanaxbulaq kəndindən olub. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm olaraq işıq üzü görür. O, "Hizbitudeyi İran" partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də  Təbrizdə yaranan Azərbaycan Demokratik Firqəsinin sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944–1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945–1946) işləyir. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir...

...Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şer tez bir zamanda dillər əzbərinə çevrildi.

Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləyir... 

Tanınmış cənublu şairə Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olsa da, burada ibtidai məktəbi bitirsə də, 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçür. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.  Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur.

Mədinə gülgünün həyat yoldaşı tanınmış şair Balaş Azəroğlu da Bakıda doğulub, amma onun da taleyi Güney Azərbaycanla bağlı olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. 1941-ci ildə milli azadlıq hərəkatına qoşulur. Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır. İran Xalq Partiyasına daxil olur (1942). "Azərbaycan zidd faşist cəmiyyəti"nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943). Bu cəmiyyətin orqanı "Yumruq" qəzetinin redaktoru olur. "Vətən yolunda" qəzeti redaksiyasının müsabiqəsində "Səttarxan" şeirinə görə mükafata layiq görülür. Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, "Şairlər məclisi"nin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur (1943–1945). Təbrizdə Milli hökumət tərəfi ndən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur. "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçilir (1946).

Ərdəbildə və Təbrizdə ilk şeir kitabları (1943, 1945) dərc olunmuşdur. Bakıda ADU-nun fılologiya fakültəsində təhsil alır (1947–1952). Eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

Sonradan Şimali Azərbaycana qayıdan şair burada əədbiyyatımızın çox parlaq nümayəndələrindən biri kimi tanınıb.

Cənubi Azərbaycanın Zəncan şəhərində doğulan Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi, Azərbaycan Respublikasının xalq şairi Hökumə Billuri yurdundan-yuvasından zorla qoparılıb Şimali Azərbaycana gələndə 20 yaşı vardı. Arazın o tayından həsrətlə baxdığı ikinci vətəninə qovuşdu. Ədəbi, elmi, ictimai fəaliyyəti Şimali Azərbaycanla bağlı oldu.

Qollarım dolana boynuna bir gün
Yenə baş qoyaram dizinə Təbriz
Həsrətdən hicrandan cana doymuşam
Doyunca baxaram gözünə Təbriz

Bulanıq suların axsın durulsun,
Təzə güllərindən büsat qurulsun
O gül camalına birdə vurulsun
Bir qubar qonmasın üzünə Təbriz

Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat edib...

Güney Azərbaycanda doğulan, lakin gənc yaşlarında Azərbaycanın quzeyinə gələn şairlərdən biri də xalq şairi Söhrab Tahir olub.  

Söhrab Tahir 1926-cı il mayın 27-də Cənubi Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur.

Söhrab Tahir həm şair, həm alim, həm də ictimai xadim kimi çox gözəl fəaliyyətlərə imza atıb. O yalnız şair kimi deyil, nasir kimi də qələmini sınamışdı.

1900-cü ildə Cənubi Azərbaycanın Maku şəhərində doğulan yazıçı Pənahi Makulu da həyatını Şimali Azərbaycana bağlayan ustad yazıçılardan olub. Pənahi Makulu ədəbi yaradıcılığa şeirlə başlayıb. "Pərişan" povesti onun ilk qələm təcrübələrindən biri olub. Həmin povest 1923-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində nəşr olunmuşdur. Cənubi Azərbaycan yazıçıları arasında tarixi romanların müəllifi kimi məşhur olan yazıçı bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" kimi tarixi romanlarını yazır. "Səttarxan" romanı yazıçının ilk irihəcmli əsəri olmaqla, Azərbaycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət, bacarıqlı sərkərdə, təcrübəli diplomat olan Səttarxanın həyat və qəhrəmanlığına həsr olunub.

Əslən Güney Azərbaycandan olan və vətəndən vətənə müraciət edən yazıçı və şairlər barədə daha geniş yazmaq olar. Əlbəttə, onlar arasında Bakıda doğulub Güneydə fəaliyyət göstərənlər, Milli Hökumət devirildikdən sonra yenidən qüzeyə qayıdanlar da var. Onların da hər birinin kökü, nəsil şəcərəsi Güney Azərbaycana bağlıdır.

Güneyli ədiblərmizin hər biri milli ədəbiyyatımızın formalaşmasında önəmli rol oynayıb. Onlar yaşadıqları hissləri, həyatı bizlərə təqdim edib, ayrılıq əzabını ifadə ediblər, xalqımızı, torpağımızı bölənlərə etiraz səslərini ucaldıblar. Azərbaycanın bütövləşməsini, birləşməsini təlqin ediblər, ayrılığı qamçılayıblar.

Xalq şairi Söhrab Tahir:

Yarı bölünməkdən elə qorxmuşam

Çöpü də yarıya bölmərəm daha...

Biz yarı bölünməkdən qorxuruq, ona görə də milli birliyimizi sona qədər qorumalıyıq, bunu bizə qələm adamlarımız, ədiblərimiz təlqin edib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ