çərşənbə günü, 07 oktyabr 2026
     

Yaşı 65-dən yuxarı teatr direktoru olar, aktyor-aktrisa olmaz?

Image


Sənətin yaşı olmadığı kimi, heç sənətkarın da yaşı yoxdur. Sənətkar öz gücünü, potensialını qoruyub saxlaya bilibsə, sənətini çatdıra bilirsə ona hansısa yaş damğasının vurulması, yaş senzinin tətbiq edilməsi, sevdiyi, ömrünü verdiyi sənətindən uzaqlaşdırılması nə dərəcədə düzgündür? Fikrimizcə, çoxları bu münasibətin düzgün olmadığını deyəcəklər.

Çox təəssüflər olsun ki, biz bu halla teatr sahəsində də rastlaşırıq. Bütün həyatını teatra həsr edən bir sənətkara “artıq sənə eyhiyac yoxdur, ərizəni yaz çıx get” deyilməsi çox ağırdır.

Teatra ömür verən sənətkarların taleləri də teatrın özü kimi təlatümlü, tamaşalar kimi dramatik olur. Hələ komediya ruhunda yaşayan aktyor-aktisa görən olmayıb. Mövcud reallıqlar buna imkan vermir.  

Bildiyimiz kimi, hazırda yaşı 65-i ötən aktyor və aktrisaları teatrda işdən çıxarırlar, belə deyək, onları lazımsız sayıb çölə atırlar. İşdən uzaqlaşdırılan, tamaşa, rol üzünə həsrət qoyulan sənətkarların gücü isə yalnız media vasitəsilə narazılıqlarını çatdırmağa çatır.

Qeyd edilənə görə, xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyeva işdən çıxarılıblar. Bir müddət əvvəl isə aktrisa Məsumə Babayeva işlədiyi Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılıb.

Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda bildirilib ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur. Bildirilib ki, mədəniyyət, elm, təhsil kimi sahələrdə çalışanlarla bağlı istisna halları mövcuddur: "Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir".

Nazirlikdən vurğulanıb ki, əksər teatrlarda bu gün də qocaman sənətkarlar çalışır: "İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə - aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir".

Mədəniyyət Nazirliyindən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür: "Ona görə də, imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq".

Məsələ burasındadır ki, adıları çəkilən aktyorlar teatr sənətinin görkəmli nümayəndələridir. Maraqlıdır ki, onlar teatrdan yaş senzinə görə uzaqlaşdırılır, amma teatra 75 yaşlı şəxs rəhbərlik edə bilir. Doğrudan da qəribədir.

Göründüyü kimi, nazirlik sənətkarların yaş senzinə görə uzaqlaşdırıldığını deyir.

Qeyd edək ki, yaşı 65-i ötən sənətkarların təqaüdə göndərilməsi ciddi narazılıq doğurub.

  • Xəyalə Rais: “Bir çox yaşlı sənətçilərimiz teatrdan uzaqlaşdırıldıqdan sonra depressiyaya düşüb, ondan sonra çox yaşamayıb”

Tanınmış teatrşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, teatra ömür qoymuş insanlara bu cür münasibət göstərmək olmaz. “65 yaşını adlayan aktyorlar təqaüdə göndərilir və gərəkirsə bəziləri ilə müqavilə bağlanılır. Fəxri adları olanlara isə "hörmət" əlaməti olaraq səhnəni 70 yaşında tərk etməyə qədər güzəşt edilir. Əslində isə onlar bu sənətdə can qoyublar, səhnəsiz çox yaşamırlar. Bir çox yaşlı sənətçilərimiz teatrdan uzaqlaşdırıldıqdan sonra depressiyaya düşüb, ondan sonra çox yaşamayıb. Biz bunun dəfələrlə şahidi olmuşuq. Niyə axı? Tamaşalarda yaşlı obrazları kim canlandırmalıdır? Dünya teatrlarında vəziyyət isə tamamilə başqadır.

O ki qaldı təqaüdə, təqaüd yaşı hər kəsə şamil edilməlidir. Xüsusən, əgər bunu qanun da tələb edirsə. Amma əgər bunda istisnalar varsa, onda necə? Məsələn, tutaq ki, AMEA-nın bütün institutlarının əksəriyyətini 65 yaşı çoxdan adlayan alimlər təşkil edirsə, elm mərkəzinin prezidenti də "elmimizdə bir az qocalma gedir, ancaq onlar püxtələşmiş alimlərdir"- deyə bunu etiraf edirsə, ali məktəblərimiz bu yaşını adlayan pedaqoqlarsız keçinə bilmirsə... Onda bu güzəştdən aktyorlara niyə pay düşməsin?”-deyə X.Rais vurğuladı.

  • Məsumə Babayeva: “Məni çağırdılar və “gəl ərizəni yaz çıx get” dedilər…”

Gənc Tamaşaçılar Teatrından uzaq salınan aktrisa Məsumə Babayeva da bizimlə fikirlərini bölüşdü. “Yaşa görə məni çağırdılar və “gəl ərizəni yaz çıx get” dedilər. Mən də ona qədər əlaqədar təşkilatların qarşısında məsələ qaldırmışam. Nuridə Allahyarova mətbuata açıqlamasında deyib ki, 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir. Yəni 2 faiz yaşlılar işləyə bilər”.

Yaşlı nəslə münasibətdən danışan M.Babayeva qeyd etdi ki, yaşlılarla gənclər arasında qarşılıqlı hörmət vardı, gəncliyində yaşlı sənətkarlarla səhnədə tərəf-müqabil olub. “Biz yaşlı aktyirlara hörmət edirdik, onlar da bizə hörmət edirdilər. Bizə qayğı ilə yanaşırdılar, sənətin yolunu öyrədirdilər. Məsələn, mən xalq artisti Firəngiz xanım Şərifova ilə “Ay can” tamaşasında oynamışam, o böyük Qanqa, mən də kiçik Qanqa olmuşuq. O mənə necə hərəkət etməyi, necə durmağı, necə nəfəs almağı öyrədirdi. Nə olsun, mən İncəsənət İnstitutunu bitirib gəlmişdim, rəqs etməyi bilirdim. Söhbət onda deyil. Böyüklərdən öyrənmişik. Yusif Vəliyev mənim əmimi, babamı oynayırdı, eləcə də Süleyman Ələsgərov. O cür sənətkarlarla işləmişəm. Bu gün üzləşdiyim bu münasibəti görəndə istər-istəməz keçmişə boylanıram. O vaxt bizim teatr bağlandı və biz Teatr Xadimləri İttifaqında oturduq. Onda bizim bir sıra aktyorlarımızı işdən uzaqlaşdırdılar. Məsələn, Ruxsarə Ağayeva, əməkdar artist Susan Məcidova və başqalarını kənarlaşdırdılar. Rüxsarə xanım evdə otura-otura ona fəxri ad verdilər, əməkdar artist adını evdə otura-otura aldı. Təsəvvür edirsiz. Onları uzaqlaşdlrdılar. Onda mən onlara baxırdım, dedim ki, ay Allah, görəsən bizim də teatrda sonumuz belə olacaq? Yəni yaşlıları yola saldılar. Gəldi çatdı o zaman ki, mən də yaşlandım. Məni də çağırdılar və yola saldılar. Bu mənə həddən artıq pis təsir etdi. Xəstəliyə düşdüm, xəstəliklərim üzə çıxdı. Fikirdən nə hallara düşdüm. Necə ola bilər ki, adamı çağırsınlar və “ərizəni yaz teatrdan çıx” desinlər? “Tərəqqi” medalı almışdım, məni çağıranda elə bildim təbrik etməyə çağırıblar, lakin demə məni işdən çıxarmaq üçün çağırıbmışlar. Düzdür, məni  müqaviləyə keçirdilər, amma bir dəfə də olsun tamaşaya çağırmadılar, 4 ildir ki, tamaşalarda oynamıram. Rollarımı orada ştatda olanlara paylaşdırıblar, qurtardı getdi. Mən daha teatra lazım deyiləm. Müqavilə bağlayanda dedilər ki, lazım olanda çağıracağıq, amma çağırmadılar. Mən teatra həmişə lazım olmuşam və mən həm kinoya, həm teatra tələb olunan aktrisa olmuşam. Bəs indi nə oldu məndən istifadə edilmədi”.

M.Babayeva bildirdi ki, bu gün aldığı pensiya dərmanlarına belə çatmır, amma teatrda ştatda saxlansaydı, yaxud müqaviləyə əsasən ayda bir neçə tamaşaya çağırılsaydı maddi vəziyyəti düzələrdi. Maddi-sosial vəziyyətinin çox acınacaqlı olduğunu və təqadününü dərmanlara xərclədiyini deyən sənətkar bildirdi ki, teatrda işlədiyi müddətdə heç fəxri adı da olmayıb. “İstəyirəm ki, mənə sosial təminat sahəsində yardım edilsin, pensiyamla dolana bilmirəm. 71 yaşım var. Bu gün çox əziyyət çəkirəm, bir neçə aydır ağır əməliyyat keçirmişəm. Dərmanlar çox bahadır. Şəkər dərmanlarını pulsuz alıram, amma başqa dərmanları pulla alıram. Dərmanlara pul çatdıra bilmirəm. Heç olmasa tamaşalarda rol versinlər. Ayda 2-3 tamaşada oynayanda 200 manat alırdım, amma  indi bu yoxdur. 300 manatla necə yaşayım? Kommunal xərclərim də var. Yemirəm, içmirəm, ancaq dava-dərmana pul verirəm. Fəxri adım yoxdur, yalnız “Tərəqqi” medalı almışam. “Tərəqqi” medalı alandan sonra məni işdən çıxardılar ki, cavanlara yer verin. Məni işdən çıxardınız, amma heç olmasa mənə şərait yaradın ki, ayda 3-5 dənə tamaşada oynayım. Mənimlə müqavilə icra olunmur, kağız üzərində qalıb, ona əməl olunmur”-deyə aktrisa bildirdi.

Biz də ümid edirik ki, sevimli aktrisamızın probleminin həlli üçün dövlət qurumları, Mədəniyyət Nazirliyi, o cümlədən də ömrünü həsr etdiyi Gənc Tamaşaçılar Teatrının rəhbərliyi əlindən gələni edəcək.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ