Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Uşaq və Gənclər Teatrının mükafat haqqını başqa teatra kim "yedizdirdi"?..

Image


Məlumatlara görə, Bakı Uşaq və Gənclər Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi 44 günlük Zəfər bayramna həsr olunmuş “Qalib olan Azərbaycan” tamaşalar festivalının nəticələrinə etiraz edib. Teatr ictimaiyyətində dolaşan söhbətlərə görə, birinci yerin qalibi Bakı Uşaq və Gənclər Teatrınin tamaşası olsa da, Teatr Xadimləri İttifaqı mükafatı Akademik Milli Dram Teatrının tamaşasına verib. Bu da tərəflər arasında ciddi qalmaqala səbəb olub.

Onu da bildirək ki, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov eyni zamanda Akademik Milli Dram Teatrının direktorudur.

Bakı Uşaq və Gənclər Teatrının Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi festivalın nəticələrinə etiraz etdiyi doğrudurmu? Ümumiyyətlə festivalda nə baş verib?

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan “Bakı-Xəbər”ə bildirdi ki, özü və kollektiv Teatr Xadimləri İttifaqının tədbirlərində onlara qarşı son dərəcə haqsız münasibət sərgiləndiyini düşünür. O qeyd etdi ki, teatr eyni ərəfədə iki teatr festivalında iştirak edib. Bunlardan biri Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi 44 günlük Zəfər bayramna həsr olunan "Qalib olan Azərbaycan" tamaşalar festivalı, o birisi isə Mədəniyyət Naizrliyinin təşkil etdiyi qısa tamaşalar festivalı olub. “Azərbaycan Teatr Xadimləri İttifaqı 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş "Qalib olan Azərbaycan" tamaşa festivalı keçirirdi. Festival noyabrın 2-si ilə 5-i arasında keçirilirdi. Bütün tamaşalar videoformat şəklində oktyabr ayının 10-na kimi festivala təqdim olunmalı idi. Bakı Uşaq və Gənclər Teatrı İlhamə Əhmədovanın quruluşunda "Cənnətə bilet" tamaşasını hazırladı və festivalın tələbinə uyğun olaraq göstərildiyi vaxtda təqdim etdik. Tamaşaların festivala təqdim olunma vaxtı bitəndə iştirak edəcək teatrların və tamaşaların adı bəlli idi. Amma qəribədir ki, Akademik Milli Dram Teatrı öz tamaşalarını festivala təyin edilən vaxt başa çatandan 17 gün sonra göndərib. Festivala tamaşa qəbulu bitdikdən 17 gün sonra Akademik Milli Dram Teatrının təqdim etdiyi tamaşanı hansı əsasla qalib élan ediblər? Festivalda birinci yer heç bir teatra verilməyib. İkinci yer isə Akademik Milli Dram Teatrına verilib. Niyə? Əgər bu tearın təqdim etdiyi tamaşa layiq olsaydı mən buna etiraz etməzdim. Mən də qısa və konkret təklif edirəm ki,  Akademik Milli Dram Teatrının qalib élan edilən tamaşası ilə Bakı Uşaq və Gənclər Teatrının tamaşası birlikdə tamaşaçılar qarşısında nümayiş olunsun və qalib açıq səsvermə yolu ilə seçilsin. Mən deyəndə ki, qoy tamaşaların hansının üstün olduğunu tamaşaçı özü seçsin, Teatr Xadimləri İttifaqının ayrı-ayrı nümayəndələri ağız büzürlər ki, tamaşaçı nə bilir tamaşa nədir. Başa düşə bilmirəm, əgər tanmaşaçı tamaşanın nə olduğunu bilmirsə, onda bu tamaşalar kimin üçün hazırlanır?

Mən Teatr Xadimləri İttifaqının fəaliyyətinə bircə faktı göstərmək istəyirəm. Ölkədə sırf teatrla məşğul olan bir təşkilat var, o da Teatr Xadimləri İttifaqıdır. Soruşa bilərsiz ki, bəs Mədəniyyət Nazirliyi? Mədəniyyət Nazirliyinin teatr sahəsi ilə məşğul olan bir şöbəsi var, o şöbənin də işi yalnız teatlar deyil. Yəni Teatr Xadimləri İttifaqının teatrdan başqa işi olmamalıdır. İndi gəlin, nümunəni sizə təqdim edim. Mədəniyyət Nazirliyinin də həmin festivalla parallel olaraq keçirdiyi “4.4 Qısa tamaşalar” festivalında 30-a yaxın tamaşa iştirak edib. Orada aralarında müstəqil teatrlar da olan müxtəlif teatrlar, hətta qeyri-peşəkar aktyorlardan ibarət olan teatr toplumları da iştirak etmişdi. Bu festivalın nəticəsi çox maraqlıdır. Nəticədə, birinci yeri “ƏSA” Teatrı qazanıb. Əgər “ƏSA” Teatrı birinciliyi qazanıbsa, demək Azərbaycanda peşəkar teatr yox səviyyəsindədir. Azərbaycanda peşəkar teatrın yox səviyyəsində olduğunu bir festival təsdiq edirsə bunun baiskarı kimdir? Bunun baiskarı ölkədə teatrlarla işləyən yeganə təşkilat olan Teatr Xadimləri İttifaqıdır. Özünü kənara çəkməklə deyil ki. Hələ öz keçirdiyi festivalda götürüb Mədəniyyət Nazirliyinin loqosundan istifadə edir, heç olmasa nazirliyin loqosuna hörmət edib bu əyintilərə yol verməsin. Çox qəribədir ki, İttifaqın keçirdiyi festivalda birinci yeri ümumiyyətlə ləğv ediblər. Birinci festival deyil ki, biz birinciliyi qazandığımız halda birinci yeri ləğv edirlər, belə hallar olub. Mən və kollektivimiz düşünürük ki, Teatr Xadimləri İttifaqının tədbirlərində bizə qarşı son dərəcə haqsız münasibət sərgilənir. Bundan öncə ittifaq tərəfindən “Nizami” festivalı çərçivəsində ən yaxşı tamaşa seçilirdi. Bu festivala 23 nömrə təqdim etmişdik. Hansının yaxşı, hansının zəif olması ilə işim yoxdur. Reallıqda ən yaxşı ifaçı bizim aktyorumuz Niyaz Qasımov olduğu halda, birinci yeri ləğv edib, ikinci yeri 2 nəfər arasında bölüşdürdülər. Mən bir çox nüansların üstünü açmaq istəmirəm. Bu ittifaqda olan bir çox əməkdaşlar təkcə mənim yox, bizim bütün kollektivimizin son dərəcə hörmət etdiyi, mədəni, yüksək peşəkar, insani keyfiyyətlərə malik nümayəndələrdir. Biz onları çox sevirik. Amma bu ittifaqın rəhbər heyətində elə nümayəndələr də var ki, son dərəcə qərəzli mövqe tuturlar”.

Teatr Xadimləri İttifaqının keçirdiyi “Qalib olan Azərbaycan” teatr festivalında birinci yerin ləğv edilib, ikinci yerin Akademik Milli Dram Teatrına, üçüncü yerin isə Rus Dram Teatrının təqdim etdiyi müstəqil bir işə verildiyini deyən İ.Soltanın sözlərinə görə, Uşaq və Gənclər Teatrı ilə Qusar Teatrına xüsusi diplom verilib: “Mən ağzımı açıb danışanda “balans qorunmalıdır” deyirlər. Hansı balans qorunmalıdır ki, burada rus, ləzgi teatrı iştirak edir? Bunu bizə deməyə ehtiyac yoxdur. Sənətdə balanslaşdırma siyasəti aparmaq olmaz, sənətin bir adı var - sənət. Balanslaşdırmanı gəlin Uşaq və Gənclər Teatrından öyrənin. Teatımızın təqdim etdiyi tamaşanın quruluşçu rejissoru rusdillidir, baş rolun ifaçısı milliyyətcə ləzgidir. Halbuki, indiyə qədər bu kəlməni biz dilimizə gətirməmişik, bu adam azərbaycanlıdır, nə fərqli var. Baş rolun-şəhid rolunun ifaçısı ləzgidir, həm də 44 günlük müharibədə 44 gün döyüşmüş, vuruşmuş aktyordur...”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:31
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ