Cümə günü, 27 noyabr 2026
     

İki "Molla Nəsrəddin"çi - Əliqulu Qəmküsar və Əli Nəzmi...

Image


VIII. Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği

1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görən "Molla Nəsrəddin" jurnalı böyük maarifçilik ocaqlarından biri olaraq mətbuat tariximizdə silinməz izlər qoyub. "Molla Nəsrəddin" əvəzsiz məktəb kimi olduqca güclü qələm sahibləri, fikir adamları yetişdirib. O şəxsiyyətlərin fəaliyyəti, yaradıcılığı, çiyinlərinə götürdükləri ağır yükü-xalqın maarifləndirilməsi missiyasını şərəflə yerinə yetirib. 39 il ömür sürən, gəncliyin ən gözəl, yaradıcılığının ən məhsuldar dövründə həyatdan köçən görkəmli "Molla Nəsrəddin"çi Əliqulu Qəmküsar dövrünün tanınan şairi, publisisti kimi böyük şöhrət qazanıb.
Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak edib. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilib. Tədqiqatçıların yazdığına görə, əsl soyadı Nəcəfov olan Ə.Qəmküsar ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir.
Tədqiqatçılar qeyd edir ki, Əliqulu Nəcəfov Qəmküsar 1880-ci ildə Naxçıvanda doğulub. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa gömrükxanasında komissionçuluq edib. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazıb. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın istedadlı şairlərindən sayılıb.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənir. Hələ məktəbdə ikən şeir yazmağa başlayır, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olur, il yarım orada oxuyur. 1896-cı ilin əvvəlində xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən, Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir:
Qurtarmadımı ağlamağın mövsümi, ya rəbb?
Hər gündə münacat olunur məscidimizdə.
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə.
1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır. 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlillə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərdə oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tiflisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir. Ə.Qəmküsar 1919-cu il martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfindən öldürülür və Tiflisdə dəfn edilir.
Dövrünün görkəmli qələm adamı kimi məşhurlaşan Ə.Qəmküsara böyük şairimiz Mirzə Ələkbər Sabir "Əliqulu Qəmküsar bəradərimə cavab" şeirini yazır. M.Ə.Sabirin "Hophopnamə" kitabında yer alan taziyanələr sırasında bu şeirin ayrıca yeri var. Sabir yazır:
"Təhvili-ibarət" sözünü "tərcümə" qanmaq, -
Məktəbli çocuqlar da bilir kim, bu xətadır;
Bir boylə xəta kəlmə mühərrir qələmindən
Cari olur isə, ədəbiyatə bəladır!..
Böyük Mirzə Cəlil Qəmküsarın vəfatının 10 illiyi münasibətilə "Molla Nəsrəddin" jurnalının 30 may 1929-cu il tarixli sayında yazırdı: "...Qəmküsar müqtədir şairlərdən biri olub və yoldaşımızdır, belə ki, "Molla Nəsrəddin"in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə məqalə və şeirlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə "Xadimi-millət", "Otaylı" və son illərdə "Cüvəllağı", "Cüvəllağı bəy" təxəllüsləri məşhurdur. Belə ki, həmin təxəllüslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edib.
Qiymətli Qəmküsar yoldaşımızın "Molla Nəsrəddin"də dərc etdiyi qüvvətli şeirlərdən biri məhərrəm təziyəsində əbləhanə baş yarmaq haqqında yazdığı:
Vəhşiyyətinə aləmi heyran eləyib, yar,
Yar, əhrimənim, yar qoçağım, yar igidim, yar!
- şeiridir ki, oxucularımızın çoxunun indi də əzbəridir. Bu əsər şairimizin fikrinin açıqlığını aşkar göstərir.
Bunu da qeyd etməyi lazım bilirik ki, "Molla Nəsrəddin"də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı. Bunun nəticəsidir ki, din ilə həmişə mübarizədə olan məcmuəmizə Qəmküsarın rəğbəti o dərəcədə qaldı ki, 1912-ci ildə Culfada öz şəxsi işlərini buraxıb Tiflisə köçdü və bizlə yoldaşlıqda məcmuənin iştirakına felən məşğul oldu.
Fevral inqilabı yoldaşımız Qəmküsarı böyük bir həyəcana gətirir. Belə ki, sərvətin indiyədək zəhmətə hücumunu şairimiz "Molla Nəsrəddin"in 1917-ci sənəsinin 26-cı nömrəsində belə təsvir edir:
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı,
Füqəranı bəsdi, az soy, elə ictinab, varlı!
Həzər eylə rəncbərdən, ona bəsdi vurma noxta,
O yazıq əkinçilərdən bir utan, bir az da toxta!
Bu qədər yekəltmə qarnın, puluna güvənmə çox da,
Olu bir zaman çəkərlər səninlə hesab, varlı!
Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında əziz yoldaşımız Əliqulu Qəmküsar-Cüvəllağı bəyin adı həmişə "zindəbad"i alqışları ilə zikr olunacaq".
Mətbuat tariximizdə "Məşədi Sijimqulu" təxəllüsü ilə tanınan görkəmli qələm adamı Əli Nəzminin də mətbuatımızın inkişafında əməyi böyükdür. Qeyd edək ki, Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra rus-tatar məktəbində oxuyub. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən, doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhərlərində iki il tacir dükanında şagird olub. Mütaliə yolu ilə təhsilini artırıb, klassik Şərq ədəbiyyatını dərindən öyrənib. "Bikəs" təxəllüsü ilə şeirlər də yazıb. Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeiri ilə başlayıb. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaradıb. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. gizli imzalarla çap etdirib. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınan Ə.Nəzminin felyeton və satirik şeirləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin" jurnalında müntəzəm çap olunub. Doğma kəndində təqib olunduğuna görə ailəliklə Gəncədə xırda ticarətlə məşğul olub. Eyni zamanda öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, "Həcamətverdi", "Sərsəri", "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə Cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papirosçəkən" və s.) çap etdirir. Azərbaycanda sovet hakimiyyəti yarandığı ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərib. O, Gəncə məktəblərində müəllimlik edib, sonra "Yeni Gəncə" qəzeti redaksiyasında çalışıb (1924-1926), Bakıya köçüb "Kəndli" qəzeti və "Molla Nəsrəddin" jurnalı redaksiyasında məsul katib olub (1926-1931). Sonra təqaüdə çıxıb, həm də "Yeni yol", "Kommunist" qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləyib. İkinci Dünya Müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlərlə çıxış edib. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcümələr edib, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazıb. "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək üçün maraqlıdır. 1946-cı il yanvarın 4-də Bakıda vəfat edib.
Əli Nəzmi "Molla Nəsrəddin" jurnalında Sabir kimi fəal iştirak edən şairlərdən olub. C.Məmmədquluzadə şairin bu dövrdəki fəaliyyəti haqqında belə yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə səs vərdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və "pənah Allaha"-deyib, Sabirin "Tömeyi-nahar"ına cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi.
Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" olub... Haman M.Sijimqulu ki, öz dediyinə görə, "Molla Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyib. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb - nə qədər ki, "Tömeyi-nahar"ına olub, ona bir neçə aydan sonra cavab vərməyi özünə borc bilib. Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur".
Əli Nəzmi şeirə 1903-cü ildən başlasa da, "Molla Nəsrəddin"də ilk dəfə nəsrlə, felyetonları ilə iştirak edib. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin "Əlidəyənəkli" imzası ilə bir kiçik məktubu dərc olunub. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, qıçı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: "Oğul, necəsən? Quş cibində ölməyib ki? Sağdırmı?"
Jurnalın 14-cü nömrəsində Əli Nəzmi bir kitab-firuşun "Molla Nəsrəddin"dən şikayətini yazmışdı: "Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdiməzarlıq?... Üç ildir ki, məndə olan kitablar heç satılmır...", Cameüd-dəvat-50 cild, "Təbiri-xab-30 cild...".
Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər bu məktubda və istərsə də quşbaz oğlunun əhvalatında müəllifin qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır. Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Onun on-on beş sətirdə yazdığı duzlu məktub "Molla Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. "Cavan ilə Hacı Ağanın şirin söhbəti" adlı məktubunda köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin sualına cavab vərən Hacının danışığı onun simasını, şüurunu və mühakimə dairəsini müəyyən edirdi. Əli Nəzmi jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Demək olar ki, mövzu dairəsi etibarilə şair Sabirdən seçilmirdi. Köhnəpərəst hacıları, kərbalayıları, istismarçıları, avam, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst "millət xadimləri"ni, "intellegentləri" həcv edən şeirlərində tamam Sabir ruhu var. C.Məmmədquluzadə göstərir ki: "Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan- birinci Məşədi Sijimqulu Kefsiz olub". İmza atılmasa, Sabir ilə Əli Nəzminin şerlərini bir-birindən ayırmaq çətin imiş.
M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də və istərsə də "Məzəli", "Zənbur", "Tuti" və s. kimi gulgu mətbuatında ("Şimşirək", "Şəmşir" və s. imzalarla) ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olub.
Sabir ədəbi məktəbi, xüsusilə 1906-1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı. Bu dövrdə zahirən yazıçıların işi asan idi, çünki mövzu, hədəf aydın, istiqamət məlum idi. Lakin bu zahirən belə görünür. Əslində sənətkarın işi bu vəziyyətdə daha çətin olur. Bir halda ki, eyni mövzu bir neçə yazıçı tərəfindən və dəfələrlə işlənir, o mövzunu təzədən və yeni bir qələm sahibinin işləməsi müstəsna güc, ilham və yenilik hissi tələb edir. Sabir kimi nəhəng bir sənətkarın qarşısına çıxmaq və onun işlədiyi mövzuları yazmaq əlbəttə ki, Əli Nəzmi üçün asan deyildi. Əli Nəzmi isə qorxmadı. Sabirlə olan məslək birliyi onun da qələmini Sabir istiqamətinə uyğunlaşdırdı. Əli Nəzminin cəsarəti, qələmə aldığı mövzulara sərbəst və müstəqil yanaşması, təsvirlərində kitaba yox, həyata əsaslanması onun müvəffəqiyyətinə səbəb oldu.
Tədqiqatçılar yazır ki, Əli Nəzminin bu dövrdəki şeirlərini oxuyanda köhnə dünyanın çirkin və acınacaqlı mənzərələri qəribə bir lövhə kimi təsəvvürdə canlanır. Bu yatanlara, saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, hiyləgər tacirlərə, şeytan ziyalılara baxdıqca gülür, həm də pərişan olursan. Sevinməli bir şey var ki, o da vaxtilə bu ictimai tüfeyliləri görən və ömrünü onlarla mübarizəyə sərf edən gözüaçıq, vətənpərəst, insanpərəst azadlıq sevən insanların varlığı və şərəfli əməyidir. Tədqiqatçıların qeyd etdiyinə görə, Əli Nəzminin əsərləri də belə bir əməyin məhsuludur. Şair vətənində gördüyü cəhalət nümayəndələrindən əl çəkmir. Onların varlığı şairi rahat buraxmır, onları döyəcləmək, qəflət yuxusundan oyatmaq istəyir.
Onların təkfiri və hücumu Əli Nəzmini qorxutmur. Şair əmindir ki, bü gün də olmasa, sabah maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş şüası yatanları oyadacaq. Onun ümidi böyük idi. İnanırdı ki, bir gün cəmiyyət cəhalət girdabından xilas olub elmə, maarifə, ədəbiyyata meyl edəcək. Elə də oldu. Klassik mətbuat nümayəndələrinin yanğı ilə irəli çəkdiyi problemlər bu gün müəyyən qədər də olsa həllini tapıb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ