Cümə günü, 27 noyabr 2026
     

Azərbaycan ədəbi və ictimai fikrində Əbdürrəhim bəy Haqverdiyev...

Image


VIII. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan ədəbiyyatı, teatrı, jurnalistikası, publisistikasında bənzərsiz bir sima var. Onun yazdığı əsərlər, satirik məqalələr, hekayələr bu gün də oxunur, qələmə aldığı pyeslər günümüzdə də səhnələrdədir. Onun fəaliyyəti, yazı dəst-xətti bütün zamanlarda tədqiqat obyekti olaraq qalacaq. Dodaqqaçıran, bir qədər məzəli olan hekayələri müasir oxucuların sevə-sevə oxuduğu əsərlər, hekayələr silsiləsindəndir.
"Bomba", "Mütrüf dəftəri", "Pir" və digər hekayələri, əsərləri nəsrimizin gözəl nümunələridir. Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevdən danışırıq. Məlumdur ki, Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O, dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi çoxcəhətli səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosial-siyasi düşüncəmizin inkişaf edib formalaşmasında xüsusi rol oynayıb, Duma üzvü, xalq komissarı və digər vəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin təkmilləşdirilməsi sahəsində öz xidmətlərini əsirgəməyib.
Tədqiqatçılar qeyd edir ki, Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və bədii nəsrimizi, həm də satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, süjet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirib. Bununla da XX əsrin ilk onilliyində milli ictimai-bədii fikrimizin əlvanlığını və sürətli inkişafını təmin edən əsas şəxsiyyətlərdən biri kimi parlayıb.
Görkəmli Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Ə.Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olub. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində alır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alır (1891-1899). Tələbəlik dövrü azad müdavim sifəti ilə universitetin Şərq fakültəsinin dinləyicisi olur. Onda ədəbiyyata güclü meyl oyanır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilir.
Ali təhsil alıb Şuşaya qayıtdıqdan sonra burada tamaşalar təşkil edir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilir (1902-1903). Burada ilk hekayələrini -"Ata və oğul", "Ayın şahidliyi"ni yazır və "İki hekayət" adı ilə çap etdirir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilir, Peterburqa gedir. Tədqiqatçılar bildirir ki, o, Azərbaycanın birinci diplomatlarından hesab olunur. Burada dövlət kitabxanasında yeni əsərinə ("Ağa Məhəmməd şah Qacar") materiallar toplayır, İrana - Mazandaran vilayətinə səyahət edir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edir. "Nicat" Cəmiyyətində və "Kür-Xəzər gəmiçiliyi" idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edir, "Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürkəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirir.
1910-cu ildə Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışır. 1911-1915-ci illərdə Ağdama köçüb orada yaşayır. 1916-1917-ci illərdə Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olur, 1917-ci il fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilir. 1918-ci ilin martında Borçalı qəzasına müvəkkil təyin olunur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dövlət teatrlarına müfəttiş təyin edilir. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə başçılıq edir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, elmi kadrların hazırlanmasında iştirak edir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olur. Tədqiqatçılar qeyd edir ki, bu, ilk elmi-tədqiqat müəssisəsi idi. 1924-cü ildə Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışır.
Tədqiqatçılar bildirir ki, Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə Akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb (1933). Bədii tərcümə ilə ardıcıl məşğul olur. Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr edib. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 1933-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.
Qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa realnı məktəbində oxuduğu zaman başlayıb, M.F. Axundovun təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazır. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da artır. O burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.
Tədqiqatçılar yazır ki, Haqverdiyevin Azərbaycan ədəbiyyatına, tarixinə verdiyi töhfələr əvəzsizdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatı tarixinə dramaturq, nasir, teatr xadimi, istedadlı alim və mütərcim kimi daxil olub. Onun ədəbi irsi ədəbiyyatımızın xəzinəsini zənginləşdirən qiymətli töhfədir.
Xalqını mədəni, xoşbəxt və azad görmək arzusu hər zaman Haqverdiyevin yaradıcılığında mərkəzi yerlərdən birini tutur. Zəngin həyat yolu keçən Əbdürrəhim bəy Haqverdiyev istər bolşevik işğalından əvvəl, istərsə də sovet hakimiyyəti illərində yazdığı əsərlərdə ailə, tərbiyə, təhsil, əxlaq məsələlərinə dönə-dönə toxunub. Onun bir sıra hekayə və dramlarında gənc nəslin təlim-tərbiyəsinə kömək edən, dünyagörüşünün təkmilləşməsinə yardım göstərən motivlər aydın görünməkdədir. Əbdürrəhim bəy ictimai həyat hadisələrini dərin bir həssaslıqla izləyərək qələmə alıb, sıravi insanların gün-güzəranını ürək yanğısı ilə izləyərək əks etdirib. Onun müəllifi olduğu "Dağılan tifaq" , "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu" kimi realist faciələri tez bir zamanda yalnız Azərbaycanın deyil, bütün Qafqaz teatr səhnələrini şöhrətlə dolaşıb. Bu əsərlərin hamısı köhnə ictimai quruluşun, istismar aləminin labüd uçurum qarşısında olduğunu inamla təbliğ edirdi. Ədib yaratdığı dramatik əsərlərin ifasında əsl səhnə xadimi kimi iştirak edib və bu sənət əsərlərində realist sənətkar kimi yetişib, şöhrət qazanıb. Məhz belə bir sənətkarın müasir dövrdə yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Belə şərəfli bir işdə kitabxanalarda keçirilən tədbirlərin rolu əvəzsizdir.
Kitabxanalarda keçirilən ən maraqlı tədbirlərdən biri icmallardır. Bu səbəbdən də Əbdürrəhim bəy Haqverdiyevin iki cilddə nəşr olunmuş "Seçilmiş əsərləri"nin icmallarının keçirilməsi oxucularda maraq doğurar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilən kitabın hər iki cildinin nəşri 2005-ci ildə "Lider nəşriyyat" tərəfindən həyata keçirilib. "Seçilmiş əsərləri"nin birinci cildinə ədibin dram əsərləri daxil edilib. Tariximizin mühüm bir dövrünü əks etdirən bu əsərlər XX yüzilin əvvəlində Azərbaycan səhnəsində gedən axtarışları ifadə edən səciyyəvi bədii nümunələrdir. Kitabda ədibin yaradıcılığının birinci dövründə yazdığı (1892-1905) "Yeyərsən qaz ətini, görərsən ləzzətini ", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri-cadu" və s. əsərləri əksini tapıb.
Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Ə.Haqverdiyevə dramaturq şöhrəti qazandıran "Dağılan tifaq" adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən içərisində dolaşdığı mühiti ətraflı müşahidə etməsi böyük rol oynayıb. O hələ yeniyetmə ikən mülkədarlığın iflasını görürdü. Bütün bu tarixi həqiqətlər "Dağılan tifaq" faciəsində əks olunub. "Dağılan tifaq" əsərində müəllif Nəcəf bəy və onun "yemək-içmək dostu" olan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin get-gedə zəiflədiyini, mübarizə meydanından sıxışdırılıb çıxarıldıqlarını göstərib. Əsərdə, eyni zamanda, yaranmaqda olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal olmağa çalışan tacirlərin, sələmçilərin surətləri də yaradılıb.
"Dünya beş gündür, beşi də qara" fəlsəfəsilə ömür sürən Nəcəf bəyin tərcümeyi-halı Azərbaycan mülkədarlığının keçdiyi yola uyğundur. O "varlığa nə darlıq" deyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri ilə qazandıqları sərvəti, adı çıxsın deyə, sağa-sola paylayır. Zəhmətsiz, əziyyətsiz yaşadığına görə bu zəhmət adamlarını bəyənmir. Onun ailəyə, qadına, oğluna münasibəti dözülməzdir. Oğlu Süleymanın tərbiyəsiz böyüməsi, atasının yolu ilə getməsi onun məhvinə səbəb olur. Eyş-işrət, qumar Nəcəf bəyin ailəsini, var-dövlətini ac bir canavar kimi dağıdıb, özünü də başqalarına əl açmağa məcbur edib.
Yazıçı, realizmin gücü ilə, öz oxucusunu inandırır ki, mülkədarlığın keçdiyi yol budur. Kitabın birinci cildində yer alan əsərlərdən biri də "Bəxtsiz cavan" pyesidir. Yazıçı bu əsəri 1900-cu ildə Şuşada qələmə alıb. Ədəbiyyat tariximizdə ikinci tarixi faciə olan "Ağa Məhəmməd şah Qacar" pyesi də "Seçilmiş əsərlər"in birinci cildində yer alır. Ə.Haqverdiyev tarixi həqiqətlərə sadiq qalaraq, faciədə Ağa Məhəmməd şah Qacarın obrazını yaradır, fəaliyyətini işıqlandırır. Çağdaş ədəbiyyatşünaslar Ə.Haqverdiyevin bu əsərini olduqca güclü, dəyərli bir əsər kimi qeyd edirlər.
Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində müstəsna yeri olan Əbdürrəhim bəy Haqverdiyevin imzası əbədi olaraq qalacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ