Bazar günü, 20 iyul 2025
     

Azərbaycan klassiklərinin və çağdaş yazarlarının kitabları xarici dillərdə...

Image

Dövlətimizin mədəniyyət siyasətinin geniş təbliğinin mühüm istiqaməti kimi...

Azərbaycanda nəşr olunan kitabın xarici ölkələrə gedib çıxması, şəxsi kolleksiyalarda, kitabxanalarda saxlanması müsbət haldır. Avropa, Qərb Azərbaycanın dahi şəxsiyyətlərinə, onların yaratdıqları əsərlərə, qiymətli fikir və ideyalarına hər zaman həsədlə yanaşıb. Bu da faktdır ki, milli ədəbiyyatımızın qiymətli incilərinin, folklor nümunələrimizin bir qismi müxtəlif xarici muzey, kitabxana və kolleksiyalarda ömrünü davam etdirir.
Azərbaycan dövlətinin mədəniyyətə, ədəbiyyata verdiyi dəyər, göstərdiyi diqqət-qayğı bu sahənin inkişafına böyük təkan verib. Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər təşkilatların xətti ilə XX əsr Azərbaycan şair və yazıçılarının, eləcə də klassiklərinin əsərləri xarici ölkələrdə çap olunaraq ictimaiyyətə təqdim edilir. Biz bunu Azərbaycan dövlətinin mədəniyyət siyasətinin, ədəbiyyata qayğısının xaricdəki müsbət əks-sədası kimi duyuruq. Ardıcıl olaraq Azərbaycan yazıçı və şairlərinin əsərləri müxtəlif xarici dillərə çevrilərək həmin ölkələrdə təqdimatı keçirilir. Sevindirici haldır ki, bu yazıçıların sırası günü-gündən genişlənir. Əvvəllər xaricdə əsərləri çap olunan yazıçı kimi xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin adını çəkirdiksə, indi bu sıraya çoxlu sayda qələm adamını aid edirik. 2005-ci ildən üzü bu yana Azərbaycan yazıçı və şairlərinin əsərləri xarici ölkələrdə çap olunmağa başlayıb. Sovet dövründə yazıçı və şairlərimizin əsərləri yalnız ittifaq məkanında və SSRİ ilə dostluq edən ölkələrdə yayılırdısa, bu gün müstəqil Azərbaycanın dostu olan çoxsaylı ölkədə çap olunur. Son iki-üç ildə ədiblərimizin xaricdə təbliği daha intensiv hal almağa başlayıb.
2014-cü ildə, 2015-ci ilin ilk iki ayında xarici ölkələrdə bir sıra yazarların əsərləri işıq üzü görüb.
2014-cü ilə nəzər salsaq görərik ki, bu ildə ədəbiyyatımızın xaricdə təbliği istiqamətində xeyli işlər görülüb.
Məsələn, Braziliyada İlyas Əfəndiyevin portuqal dilində kitabı nəşr edilərək təqdimatı keçirilib. Bu xeyirxah iş
Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və Braziliya Mədəniyyət Nazirliyinin "Milli İncəsənət Fondunun" (FUNARTE) təşkilatçılığı ilə həyata keçirilib. Rio de Janeyro şəhərində Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin bu ölkədə portuqal dilində nəşr olunan "Seçilmiş əsərlər"i çox böyük maraqla qarşılanıb. FUNARTE-nin prezidenti Guti Fraqa Azərbaycanın tanınmış yazıçısının əsərlərinin portuqal dilində nəşr edilməsinin vacib mədəni hadisə olduğunu bildirib. Bunun Braziliya oxucusuna Azərbaycan ədəbiyyatı ilə tanış olmaq üçün yeni imkan yaratdığını söyləyib.
2014-cü ilin uğurlarından biri də Azərbaycan haqqında Ukrayna dilində nəşr olunan kitabların təqdimatının baş tutmasıdır. Keçən ilin dekabr ayının 25-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Ukrayna dilinə tərcümə olunaraq nəşr edilmiş kitabların təqdimatı keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görən kitablarda Mir Cəlal Paşayevin "Yolumuz hayanadır?", V.Andriyanov və Hüseynbala Mirələmovun "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti", Aida İmanquliyevanın "Seçilmiş məqalələri", C.Qasımlı, O.Kupçik və Ə.Dəmirovun "Ukrayna- Azərbaycan siyasi münasibətləri və müasirlik", Ramiz Mehdiyevin "Gorus-2010; absurd teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix", O.Kupçik və Y.Mahmudovun "Heydər Əliyev ideyalarının müzəffər yürüşü", R.İvanovun "Kəlbəli xan Naxçıvanski", İ.Həbibbəylinin "XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı", M.F.Axundovun "Seçilmiş əsərləri" və digər kitablar daxildir.
Medianın yazdığına görə, ilk təqdimatı V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında keçirilmiş bu kitablar özündə Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı, ölkəmiz və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri əks etdirir.
Bu ilin fevral ayının 11-də 22-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan nəşrləri də sərgidə nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyi artıq doqquzuncu dəfədir Minsk sərgisinə qatılıb.
Nazirliklə yanaşı, builki sərgidə ölkəmizi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf" nəşriyyatı təmsil edib.
Bu ilin yanvarında Polşada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri nəşr olunub. Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Məhəmməd Füzulinin qəzəllərinin polyak dilinə tərcümə edilməsi milli ədəbiyyatımızın geniş miqyasda təbliğatına xidmət edir. Qeyd edək ki, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab nəşr olunub.
AzərTAc səfirliyə istinadən bildirir ki, "Azərbaycan ədəbiyyatı" seriyasında "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri" adlı kitab ölkəmizin Polşadakı səfirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib. Mənbə bütün bu işlərin Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində görüldüyünü qeyd edir.
Bu il Kiyevdə Azərbaycanın xalq yazıçısı Anarın əsərlər toplusu Ukrayna dilində nəşr edilib. Kiyevdə Azərbaycan səfirliyinin dəstəyi ilə Ukraynanın tanınmış "Yaroslaviy Val" nəşriyyatı tərəfindən xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç" adı altında bir sıra əsərləri Ukrayna dilində nəfis şəkildə çap edilib. Çağdaş Azərbaycan ədəbiyyatının uğurlarından sayılan hadisədir. Medianın məlumatına görə, kitaba görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 2005-ci ildə Anarın 60 illiyinə yazdığı "Taleyin müasiri" başlıqlı məqaləsi "Ön söz" kimi verilib. Nəşrə görkəmli yazıçımızın "Ağ qoç, qara qoç", "Dantenin yubileyi" və "Ağ liman" povestləri, "Zəncir", "Mən, sən, o və telefon", "Gürcü familiyası" və "Gecənin səhəri" hekayələri, "Saflaşdıran kamança naləsi" essesi, həmçinin yazıçı-publisist Günel Anarqızının "Mükəmməl insan Anar" başlıqlı müsahibəsi daxil edilib. Onu da qeyd edək ki, redaksiya heyətinə Lvov Kitab Nəşriyyatçıları və Yayımçıları Assosiasiyasının sədri Mixail Vatulyakın, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini Sergey Qalçenkonun, "Qırmızı və qara" kitab silsiləsinin prodüseri, ədəbiyyatşünas Sergey Qrabarın, "Krivbas kuryeri" jurnalının baş redaktoru, Taras Şevçenko milli mükafatı laureatı Qriqori Hüseynovun və digərlərinin daxil olduğu kitaba Ukrayna ədəbiyyatşünası, tənqidçisi və ictimai xadimi Mixail Slaboşpitski "Son söz" yazıb.
"Sərhədlər tanımayan Anar" məqaləsində Mixail Slaboşpitski Anarı dərin milli ruhlu, beynəlmiləl yazıçı, Azərbaycanla yanaşı, bütün dünyaya məxsus, sərhədlər tanımayan şəxsiyyət kimi dəyərləndirib.
2015-ci il fevralın əvvəlində Parisdə Çingiz Abdullayevin əsərinin təqdimat mərasimi keçirilib. Məlumatlara görə,
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xalq yazıçımız Çingiz Abdullayevin Fransanın "LTaube" nəşriyyatı tərəfindən çap olunmuş "Öldürmək üçün öyrədilmiş" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan mədəniyyəti və ədəbiyyatı barədə məlumat verib, əsrlər boyu xalqımızın şair, yazıçı və filosoflarının dünya mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Söz yox ki, Ç.Abdullayev müasir dünya ədəbiyyatının tanınan nümayəndələrindəndir və yazıçının əsərləri 28-ə yaxın xarici dilə tərcümə edilib, onların bir qismi Fransada nəşr olunub.
Görkəmli Azərbaycan alimi, dilçi, millət vəkili Nizami Cəfərovun "Seçilmiş əsərlər"i isə İranda nəşr olunub.
Mediada gedən məlumata görə, ədəbiyyatşünaslığımızın patriarxlarından olan görkəmli söz sərrafı Nizami Cəfərovun uzun illərin zəhməti bahasına araya-ərsəyə gələn, dilimiz, ədəbiyyatımız, tariximiz, mədəniyyətimiz, taleyimizlə bağlı çox ciddi problemlərə vətəndaş ehtirası, alim cəsarəti ilə toxunduğu beşcildlik "Seçilmiş əsərlər"i Tehranda ərəb əlifbası ilə Azərbaycan dilində çap olunub. Bu kitabların nəşrini Azərbaycanla İran arasındakı tarixi dostluq əlaqələrinin inkişafı və son illər ölkə başçıları səviyyəsində daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiq hadisə kimi də qiymətləndirmək olar. Vaxtilə Bakıda "Elm" nəşriyyatında çapdan çıxmış bu kitabları yaşadığı ölkədə Azərbaycan dilinə, ədəbiyyatına, azərbaycanşünaslığa böyük marağı nəzərə alan, Tehranda çap olunan "Xudafərin" jurnalının baş redaktoru Hüseyn Şərqi adlı soydaşımız nəşr etdirib. İki dost və qardaş xalqın bir-birini daha yaxından tanımasına xidmət edən bu kitablar çap olunaraq "Xudafərin" jurnalının abunəçilərinə və İrandakı universitetlərə, həmçinin digər ali təhsil müəssisələrinə göndərilib. Yeddi il bundan əvvəl başlanan bu proses bu günlərdə başa çatıb. Belə ki, ötən müddət ərzində alimin kitabları ardıcıllıqla Tehranda nəşr olunub. Sonuncu, beşinci cildi isə bu günlərdə ərəb əlifbası ilə Azərbaycan dilində işıq üzü görüb.
"Seçilmiş əsərlər"in birinci cildi Azərbaycan dili, qrammatikası, onun tarixi, çağdaş durumu, dilimizin xüsusiyyətləri məsələlərini əhatə edir.
İkinci cilddə müəllif ədəbiyyatımızın tarixi, inkişafı, ədəbi proseslə bağlı məqamlara toxunub. Burada ilk öncə Azərbaycan ədəbiyyatının mənşəyi məsələsi aydınlaşdırır. Bu kitabda görkəmli söz ustalarımız haqqında oçerklər, eləcə də ədəbiyyatımızın aktual məsələləri yer alıb.
Üçüncü cild türkologiya məsələlərinə həsr olunub. Yəni qədim türk eposundan, şeirindən, nəsrindən başlamış, müasir türk ədəbiyyatına kimi çox geniş məsələləri əhatə edir. Müəllif göstərir ki, türkologiyanın tarixi e.ə. I minilliyin ortalarından başlayır.
Dördüncü cild azərbaycanşünaslıq məsələlərini əhatə edir. Burada Azərbaycan xalqının tarixi, azərbaycançılıq ideologiyası, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizi dünya siyasi müstəvisinə çıxarmaq istiqamətində gördüyü tarixi işlər, Azərbaycanda ictimai-siyasi həyat və digər bu kimi məsələləri əhatə edir.
Beşinci cilddə müxtəlif məsələlərə həsr olunmuş elmi-publisistik yazılar yer alıb. Burada da azərbaycanşünaslıq məsələsi ana xətt təşkil edir.
Bütövlükdə, görkəmli alimin istedadının, elmi yaradıcılığının uğuru hesab olunan bu 5 cildlik iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına, eləcə də İranda Azərbaycanın daha yaxından tanınmasına öz töhfəsini verəcək. İnanırıq ki, bu çoxcildlik yaxın gələcəkdə digər dillərə də tərcümə olunaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi haqqında dünya xalqlarında daha dolğun məlumat formalaşdıracaq.
Azərbaycan ədəbiyyatının, tarixi əsərlərin, dövlətçiliyimizlə bağlı yazılan araşdırmaların xarici ölkələrdə müxtəlif dillərdə çap olunması bizim uğurumuzdur. Azərbaycan dövlətinin apardığı uğurlu mədəniyyət siyasətinin tərkib hissəsinə daxil olan bu işlər ədəbiyyatımızın, ədəbi irsimizin bütün dünyada təbliğinə, tanıdılmasına, inkişafına dəlalət edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

SON XƏBƏRLƏR

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

20.07.2025 / 14:22
III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNDİ

20.07.2025 / 14:10
"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub" - Hikmət Hacıyev

20.07.2025 / 13:48
"Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb" - Prezidentin köməkçisi

20.07.2025 / 13:40
"Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir" - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi:

20.07.2025 / 13:34
Hikmət Hacıyev Azərbaycanın MDB-nin Moskva iclasında iştirak etməməsinin səbəblərini açıqladı

20.07.2025 / 11:50
"Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib" - Qlobal Forum iştirakçısı

20.07.2025 / 11:17
Prezidentin köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur"

20.07.2025 / 11:07
"Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır" - Hikmət Hacıyev

19.07.2025 / 23:55
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO/YENİLƏNDİ

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910