04/04/2020 21:11
728 x 90

Astarada polis antinarkotika əməliyyatı keçirdi

img

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1 kiloqram 25 qram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri ilə isə rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixotrop maddə - metemafetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixotrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib. S.Həsənov polis əməkdaşları tərəfindən saxlandıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5.5 qram çəkidə psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Son xəbərlər