04/04/2020 23:31
728 x 90

Göygölün Yeni Zod kəndində oğurluq edən şəxslər saxlanıb - FOTO

img

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri,  31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin  Məmmədov, 35 yaşlı  Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su nasosunu və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. E. Məmmədov, X. Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə. İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim edilməsi istiqamətidə tədbirlər davam etdirilir.

Son xəbərlər