İyunun 13-dən 14-dək Respublikanın daxili işlər orqanları gün ərzində 124 cinayət faktı qeydə alıb, onlardan 26-sı “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı