İyunun 12-də Abşeron Rayon Polis İdarəsinə cari il mart ayının 26-da Hökməli qəsəbəsi ərazisində 2 min metrə yaxın elektrik xəttinin kəsilərək oğurlandığı barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində strateji əhəmiyyət daşıyan mühüm dövlət əmlakını talalamaqda şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanıb.
Polis idarəsində aparılan araşdırmalarla qəsəbə sakini, əvvəllər də məhkum olunmuş Heybət Dadaşovun digər cinayət əməlinin də üstü açılıb. Onun fevral ayının 23-də qəsəbə əarazisindəki evlərin birindən kombi aparatını oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı