Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı