İyunun 11-də polis əməkdaşlarının keçirdiyi tədbirlərlə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakini Aqşin Məmmədovun yaşadığı evin həyətindəki qarajdan çəkisi 305 qram marixuana aşkar edilərək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər oğurluğa və narkotikə görə məhkum olunmuşlar - Natiq İsmayılov və Emin Hüseynov saxlanıb. Şəxsi axtarış zamanı N.İsmayılovdan 440 qram, E.Hüseynovdan isə 450 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı