Astara Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2018” tədbirlər planı çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Şiyəkəran kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanıb. Şiyəkəran kənd sakini Rusif Əliyevə məxsus yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı yarımtikilinin içərisində qanunsuz olaraq əkilib becərilmiş 32 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla əlaqədar Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirir.
Məhəmməd RZAYEV polis leytenantı