İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində alması üçün ev tapacağı adı ilə aldadaraq ondan 77.000 manat aldığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanıb.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı