Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri fonunda bir gün ərzində - iyunun 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Qeyd edək ki, öncəki gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı