İyunun 6-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri Z.Abdullayev və S.Əhmədzadə evlərinin girişindən velosipedlərinin oğurlandığını bildirib.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurladığı velosipedləri satmaq istəyən şəxs cinayət başında yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov olduğu məlum olub. Onun iyunun 4-nə keçən gecə daha 2 nəfərin velosipedlərini oğurladığı da müəyyən edilib.
Velosipedlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı