Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini T.Əhmədovun “AzSamand” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini olan Rüfət Nağıyevin digər cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Onun şəhər ərazisində daha 3 avtomobildən mobil telefon və ehtiyat hissələri, habelə 3 nəfərə məxsus velosipedi oğurladığı da müəyyən edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı