Sumqayıt polisi vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində şəhər ərazisində uğurlu əməliyyat tədbirləri həyata keçirib.
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində ümumilikdə 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.
O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı